TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. TOEFL imtahanını dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür. Mənbələrdə qeyd edilir ki, hər il təxminən bir milyondan artıq insan TOEFL imtahanı verir.
Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması IBT (İnternet based TOEFL) adlanır. Amma TOEFL imtahanını yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə PBT (Paper based TOEFL) adlanır.
TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxumaq), Listening (qulaq asmaq), Speaking (danışıq), Writing (yazı).
Reading hissəsində mətnlər verilir və mətnə aid suallara cavab vermək lazımdır. Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir . Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq yazı səviyyələri yoxlanılır.
Rəsmi Test mərkəzi ETS'dir (Educational Testing Service). Azərbaycanda TQDK, Xarici Dillər və s. kimi test mərkəzlərində vermək mümkündür. ETS'in rəsmi saytından qeydiyyatdan keçirsiniz. Toefl imtahan qiymeti: 195$'dır.
Bu imtahanda istənilən İngilis dili biliyinə güvənən şəxslər iştirak edə bilər. Belə ki, imtahanda uğur qazanmaq üçün ən azı İngilis dilindən intermediate səviyyədə bilmək lazımdır. Lakin ümumilikdə bu imtahana girmək üçün yaş məhdudiyyəti yoxdur.
TOEFL da IELTS kimi akademik səviyyədə oxumaq, dinləmək, danışmaq və yazmaq bacarıqlarını ölçən beynəlxalq ingilis dili sertifikat imtahanıdır. Bu imtahanın iki növü var TOEFL PBT və TOEFL IBT.
1. TOEFL PBT (Paper-based) kağız üzərində verilən növüdür,
2. TOEFL IBT (Internet-based test) isə kompüter vasitəsilə verilir və ən populyar növüdür yəni TOEFL PBT demək olar ki işlək deyil.
- IELTS'dən fərqinə gəldikdə :) ən əsas fərqləri odur ki TOEFL Speaking hissəsində səsin yazılır, yəni kiminləsə yox mikrofona danışırsan. 15 saniyə düşünməyə, 45 saniyə isə danışmağa vaxt verilir.
- Speaking və Writing section'larında Integrated hissəsi var. kiçik mətn verilir, onu oxuyandan sonra ona uyğun bir dinləmə olur sonra isə özət keçib danışmaq/yazmaq lazımdır.
- İmtahan zamanı sizə 3 ədəd A4 kağız verilir və listening hissələrində note götürməyə icazə var. Sualları qeydlərinizdən istifadə edərək cavablandırırsınız.
- Kağız bitdikdə 1 işlənmiş kağızı verib 1 ağ kağız götürə bilərsiniz. 2 kağız almaq istəyirsinizsə 2 kağız verməlisiniz. Yəni qarşınızda maksimum 3 kağız ola bilər.
Kənardan çətin görünsə belə praktika etdikcə çox maraqlı gəlir TOEFL. Həm də təkcə ingilis dilinizı inkişaf elətdirmir. TOEFL'a hazırlaşanda zamanı düzgün şəkildə idarə edə bilmək, düzgün qeydlər götürmək, düzgün analiz etmək qabiliyyətləriniz artır. Həm də mətnlər o qədər oxuyursuz ki, dünya görüşünüzün artmasına da müsbət təsir edir.
2022 və 2023-cü ildə TOEFL imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
07.09.2022
17.09.2022
21.09.2022
24.09.2022
19.10.2022
29.10.2022
02.11.2022
12.11.2022
16.11.2022
19.11.2022
03.12.2022
07.12.2022
17.12.2022
21.12.2022
DİM tərəfindən keçirilən TOEFL imtahanına qeydiyyat üçün klik edin
"IELTS nədir və nə üçün lazımdır" adlı blog yazımız ilə tanış olun. klik edin
Ən Çox Verilən Suallar
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
İngilis dilini niyə öyrənə bilmirik?
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
IELTS nədir və nə üçün lazımdır?
Esse nedir
İngilis Dili Səviyyələri
İngilis dilinin tarixi
İdiom nədir?