5 ADDIMDA İNGİLİSCƏ DANIŞ

İçindəkilər

 

Bu blogda siz ətrafınızdakı sərbəst ingiliscə danışan şəxslərin sirlərini öyrənərək öz üzərinizdə tətbiq edə və qısa müddətdə onlar kimi danışmaq üçün 5 asan və effektiv yolla tanış olacaqsınız.

ADDIM 1 – öyrəndiyiniz sözləri cümlələrdə işlədərək yadda saxlamaq

Aydındır ki, ingilis dilimizi inkişaf etdirmək üçün tez-tez lüğətə müraciət edirik və yeni sözlər öyrənirik. Lakin, 100-200 sözü yalnız siyahı formasında əzbərləmək, təəssüf ki, sizin danışığınızda heç bir irəliləyiş yaratmayacaq, ən pisi, bu sözlər sizin yadınızdan qısa müddətdə çıxacaq. Daha effektiv və əvvəlkindən heç də çətin olmayan üsul isə öyrəndiyiniz sözləri cümlələrdə işlətməkdir. Sözü öyrənərkən onu cümlə içində qeyd etmək və davamlı olaraq təkrarlamaq artıq sözün lazım olduğu vəziyyətdə asanlıqla yadınıza düşməsinə səbəb olacaq.

ADDIM 2 – Ağız əzələlərinizi məşq etdirmək

Ingilis dilində çətinlik çəkmədən danışmaq üçün əsas faktorlardan biri dilimizi bu səslərə uyğunlaşdırmaqdır. Azərbaycan dilində olduğu kimi, ingilis dilində də yanıltmaclar vardır ki, onları gündəlik oxuyaraq öz dilinizi inkişaf etdirə bilərsiniz. Aşağıda müxtəlif yanıltmaclar qeyd edilib:

Fuzzy Wuzzy was a bear. Fuzzy Wuzzy had no hair. Fuzzy Wuzzy wasn’t fuzzy, was he?

I scream, you scream, we all scream for ice cream

You know New York, you need New York, you know you need unique New York

Wayne went to wales to watch walruses

Fred fed Ted bread, and Ted fed Fred bread

Of all the vids I’ve ever viewed, I’ve never viewed a vid as valued as Alex’s engVid vid

ADDIM 3 – Audio kitablar dinləmək və öz-özünüzə danışmaq

Danışmağın ən böyük açarı dinləməkdir, hansı ki yalnız kitabları oxuyaraq səlis danışığa nail ola bilmirik. Lakin bu problemimizin həlli audio kitablardadır. Siz bu tipli kitabları ala və pulsuz şəkildə cihazınıza yükləyə, o cümlədən application formasında yükləyərək dinləyə bilərsiniz. Mətni dinlədikdən sonra məzmununu özünüzə danışmaq və ya cümlə-cümlə dinləyib danışmaq qısa müddət ərzində danışığınızı inkişaf etdirəcəkdir.  Aşağıda audio kitablar tapa biləcəyiniz vebsaytlar qeyd edilib:

ADDIM 4 – Söhbət klubları

Xüsusilə Bakıda pulsuz və uyğun qiymətlərə söhbət klubları təşkil edən tədris mərkəzləri kifayət qədərdir. Bu tipli klublardan xəbərdar olmaq üçün sosial mediada aktiv olmağınız və davamlı şəkildə tədbirləri yoxlamağınız yetərlidir. Təşkil edilən söhbət klubları ingilis dili səviyyəsinə görə bölündüyü üçün siz bu klubları öz dilinizi inkişaf etdirmək üçün istifadə edə bilərsiniz. Lakin, söhbət klublarının tədris mərkəzləri tərəfindən təşkil olunmuş olması məcburiyyət deyil. Belə ki, si dostlarınız və müəllimlərinizlə bunu təşkil edə bilərsiniz. Hər həftə ən azı bir gün söhbət klubunda iştirak edin, fərqi özünüz görəcəksiniz!

ADDIM 5 - İngilis dilli dostlar

Ümumiyyətlə digər milliyətlərdən olan dostlara sahib olmağınız ingilis dilinizin inkişafı üçün kifayət qədər münbit mühit yaradır. Bu dostlar İngiltərə, Amerika Birləşmiş Ştatları, Kanada və s. ölkələrdən olduqda isə danışığımızı inkişaf etdirmə şansımız 10 qat artır. Çünki biz bu dili ana dili olan, bu dili təmiz bilən şəxslə ünsiyyət qurmuş oluruq. Ümumilikdə, xarici dostlar tapmaq və onlarla danışmaq üçün rəqəmsal dünya bizə müxtəlif imkanlar verir. Bunun üçün müxtəlif tətbiqlər var ki, sizinlə bölüşürük:

  • OpenTalk
  • Busuu
  • FluentU

Uğurlar!

Speaking bacarığlarınızı daha peşəkar şəkildə inkişaf etdirmək üçün İngilis dili dərslərimizə yazıla bilərsiniz.

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: