
İngilis dilində esse yazmağı bacarmaq olduqca vacibdir. Çünki ingilis dilində esse yazmaqla bağlı ən çox problem IELTS, TOEFL kimi beynəlxalq imtahanlara hazırlaşarkən yaranır. Esse yazmaq bacarığı insanlara çoxlu akademik və karyera imkanları yaradır. Maraqlı bir esse yazmaq istəyirsinizsə, bunun üçün maraqlı ideyalarınız olmalıdır. Esseyə başlamazdan əvvəl mövzu haqqında araşdırma aparın. Daha çox oxuyan daha yaxşı nəticə əldə edər. Essenin əsas məqsədi verilmiş mövzuya fikrinizi bildirməkdir. Öz essemizlə başqalarından necə fərqlənə bilərik? Düzgün formada esse yazmaq üçün nə etməliyik? Blogumuzda suallarınıza cavab tapa bilərsiniz.
Essenin strukturu 4 hissədən ibarətdir:
1. Giriş
2. Əsas hissənin 1-ci paraqrafı
3. Əsas hissənin 2-ci paraqrafı
4. Nəticə
İlk hissə giriş adlanır, bu hissədə siz mövzu üçün ümumi giriş verə və essedə nə danışacağınız haqqında qısa məlumat verə bilərsiniz. Giriş hissəsində siz həmdə mövzu ilə əlaqədar fikrinizi bildirən ifadələrdən istifadə edə bilərsiniz. Giriş hissəsində təsiredici giriş etməlisiniz ki, oxucu təsirlənərək oxumağa davam etsin və digər hissələrə də keçid etsin.İkinci hissə body adlanır və əsasən bir neçə paraqrafdan ibarət olur. Body essedə ən vacib hissədir. Yazdığınız essenin növünə əsasən, bu hissədə mövzunu müxtəlif faktlarla müdafiə edə bilərsiniz, ya da mənfi və müsbət cəhətlərini qeyd edə bilərsiniz. Ən vacibi, fikirlərinizi mütləq əsaslandırın. Sonda isə bütün fikirlərinizi ümumiləşdirib, güclü sonluq ilə esseni yekunlaşdırın.
Ən yaxşı təcrübələrdən biri hər hansı bir esseni yazmağa başlamazdan əvvəl bu esseyə hazırlıq dönəmi keçməkdir. Verilən mövzu ilə bağlı məlumatlarınız varsa, bunu esse yazarkən istifadə etmək məsləhətlidir. Lakin, sadəcə məlumatlandırıcı şəkildə yazmaq düzgün deyil. Çünki siz öz düşüncələrinizidə əlavə etməlisiniz. Yazacağınız esse haqqında hər gün qeydlər aparmalısınız, essenin planını hazırlamalısınız. Yeni fikirlər, cümlələr ağlınıza gəldikcə essenizə əlavə edin. Daha sonra isə əsas esseni yazmağa başlayın.
Essenizin mükəmməl olması üçün açar sözlərdən istifadə etməyiniz mütləqdir. Bəzi misallar: Ümumi izah verərkən “In order to”, “In other words”, “That’s to say” istifadə edə bilərsiniz. Bir nöqtəni dəstəkləmək üçün əlavə məlumat vermək üçün “Furthermore”, “Not only, but also”, “Firstly, secondly, thirdly” cümlələrdən istifadə edin. Essenizi sonlandırmaq üçün “In conclusion”, “Above all”, “All things considered”, “The arguments we have presented… suggest that…/ prove that…/ would indicate that…”, “All of this points to the conclusion that…” kömək edəcəkdir. Öz fikrinizi vurğulamaq istəyirsinizsə “It is my contention that…”, “My own opinion is…” istifadə edə bilərsiniz.
Hər birinizə uğurlar!
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Rus dili öyrənməyin 6 qısa yolu
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
Rus dilini öyrənmək üçün sözlər və ifadələr
İngilis dilini niyə öyrənə bilmirik?
Rus dilində frazeoloji birləşmələr
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
GMAT və GRE nədir?
Liderlik haqqında sitatlar (RUS-AZE)
SAT nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
Uğurlu CV-yə sahib olmanın 5 metodu! - CV numuneleri
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR olmaq istəyirəm amma hardan başlayacağımı bilmirəm
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
Təhsil Kreditləri
IELTS nədir və nə üçün lazımdır?
Ən Yaxşı Təqaüd Veb saytları
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Yös nədir?
İngilis Dili Səviyyələri
Rus Dilində Mətnlər