
Günümüzdə aktual olan imtahan növlərindən biri də IELTS-dir.
IELTS- İnternational English Language Testing System,yəni ana dili İngilis dili olmayanlar üçün İngilis dilinin beynəlxalq standartlaşdırma testidir.
IELTS imtahanı, İngilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq,habelə xaricə miqrasiya etmək istəyən şəxslər üçün keçirilən beynəlxalq imtahandır.
Dünyanın qabaqcıl ölkələrində yerləşən universitetlərinə qəbul olmaq, işləmək və ya yaşamaq üçün lazım olan əsas tələblərdən biridir. Hazırda IELTS sertifikatı 140 ölkədə 10.000 qurum tərəfindən tanınır. IELTS imtahanının 2 növü mövcuddur: General və Academic IELTS
Bu imtahan adətən xarici ölkələrə miqrant kimi gedib,orada işləmək istəyən namizədlər üçündür. Bu imtahan daha çox namizədlərin iş mühitində İngilis dilini istifadə etmə bacarıqlarını yoxlamaq üçün nəzərdə tutulub.
Akademik IELTS imtahanı ilə strukturları eyni olsa da,bəzi hissələrdə fərqliliklər mövcuddur. Oxuma və yazma bölmələri nisbətən daha asandır.
Xarici universitetlərdə təhsil almaq istəyənlər üçün bu imtahan vacibdir. Çünki universitetə qəbul prosesində tələb olunan əsas sənədlərdən biri məhz IELTS sertifikatıdır. Tələb olunan bal universitetə görə dəyişir. Lakin bir çox hallarda minimal olaraq 6.5 bal tələb olunur.
Academik və ya General IELTS imtahanlarının strukturları eynidir, yəni hər iki halda da sizdən aşağıdakı imtahanları verməyiniz tələb olunacaq.
Namizəd, imtahan verməsi üçün Rəsmi IELTS İmtahan Mərkəzi-nə dəvət olunur. Reading, Writing, Listeningimtahanları yazılı formatda, eyni gündə, Speaking isə fərqli gündə və üzbəüz formatında keçirilir. İmtahanın vaxtı namizədə əvvəlcədən bildirilir.
Reading (Oxuma)
Namizədə 3 ayrı mətn üzrə ümumilikdə 40 sual verilir və bu sualları cavablandırmaq, eləcə də cavabları cavab kartına yazmağı üçün 60 dəqiqə (1saat) vaxt verilir. Mətnlər isə asandan çətinə doğru tərtib olunur.
Oxuma bacarıqlarınızı inkişaf etdirmək üçün elmi məqalələr və kitablar oxumağınız tövsiyə olunur və ya internet resurslarından istifadə edə bilərsiniz.
Writing (Yazma)
Writing bölməsi isə 2 hissədən ibarətdir, yəni 2 mətn yazılması tələb olunur. Tapşırıqların yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt verilir.
Birinci hissədə namizədə verilmiş visual məlumatlar əsasında öz sözləri iləminimum 150 sözdən ibarət mətn yazmaq, ikinci hissədə isə verilmiş hər hansı bir fikir və ya arqument haqqında namizədin fikrini əks etdirən, minimum 250 sözdən ibarət olan essay (inşa) yazması tələb olunur .
2-ci hissəyə daha çox bal verilir. Namizədin leksik və qrammatik dəqiqlik kriteriyalarına əməl etməsi isə yüksək qiymətləndirilir.
Listening (Dinləmə)
Bu bölmə isə 4 hissədən ibarətdir və ümumilikdə 40 sual nəzərdə tutulub. Hər bir hissə üçün namizədlər səs yazılarını dinləyib, müvafiq sualları cavablandırmalıdır. Digər bölmələrdən fəqli olaraq, 30 dəqiqə, səs yazılıarı bitdikdən sonra, cavabları cavab kartına köçürmək üçün isə 10 dəqiqə vaxt verilir. Hər sual 1 balla qiymətləndirilir.
Speaking ( Danışma)
Digər bölmələrdən fərqli olaraq, Speaking-də imtahan üzbəüz şəkildə keçirilir. Namizədin səsi imtahnı götürən şəxs tərəfindən yazılır. İmtahan isə 3 hissədən ibarətir.
Danışıq zamanı əsas diqqət edilən isə namizədin tələffüzü, leksik qaydalara riayət etməsi və fikrinin anlaşıqlı olmasıdır.
Hazırda Bakıda IELTS imtahanları Barratson və Britsh Council‘də keçirilir.
İmtahan növündən asılı olaraq 330-400 AZN arası dəyişir.
IELTS imtahanına hazırlaşarkən kurslara müraciət edə və ya özünüz self-study hazırlaşa bilərsiniz. Əvvəlki yazımızda sizin üçün faydalı ola biləcək məsləhətlər və müxtəlif saytlar, mənbələr tapıb, paylaşmışdıq. Həmin yazıya buradan keçid edə bilərsiniz.
Müəllif: Səkinə Əliyeva
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Rus dili öyrənməyin 6 qısa yolu
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
Rus dilini öyrənmək üçün sözlər və ifadələr
İngilis dilini niyə öyrənə bilmirik?
Rus dilində frazeoloji birləşmələr
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
GMAT və GRE nədir?
Liderlik haqqında sitatlar (RUS-AZE)
SAT nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
Tələbə Krediti
Esse nümunələri İngilis dilində necə Esse yazmaq lazımdır?
Ən Yaxşı Təqaüd Veb saytları
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Yös nədir?
İngilis Dili Səviyyələri
Rus Dilində Mətnlər
İngilis dilinin tarixi