İngiliscə danışığı öyrənməyin 10 yolu

İçindəkilər

   Dünyada qlobal dil kimi ən çox tanınan dillərdən biri də ingilis dilidir. İngilis dili öyrənmək ilk başlarda çətin ola bilər. Müxtəlif insanlar bu dili müxtəlif məqsədlər üçün öyrənir. Lakin, hər bir səbəbin sonunda ünsiyyət əsas vasitə kimi gəlir. İngilis dilini öyrənmək ilk başda çətin görünsə də, hər kəs öz öyrənmə metodunu taparaq buna asanlıqla nail ola bilər. Aşağıda belə yolların bir neçəsi haqqında nümunələr sizə öz öyrənmə yolunuzu tapmaqda kömək olacaqdır. Dil öyrənməyin çox sayda yolu var. Lakin, ingilis dilini öyrənməyin ən məhşur 10 yolu aşağıda göstərilib. 

 1. İngilis dilini olduğu kimi qəbul etməyə çalışın. İngilis dilində danışığı öyrəndiyiniz zaman ağlınızda bir çox suallar yarana bilər. Məsələn: niyə flourflower fərqli sözlər olsada eyni cür tələffüz olunurlar. Bu və digər fərqli suallarla qarşılaşmaq tez-tez baş verə bilər lakin, bunların hər birinin səbəbini axtarmaqla ingilis dilini öyrənmək sizə daha da çətin gələcəkdir. İngilis dili bəzən qəribə və anlaşılmayan bir dil kimi görünə bilər lakin, bunu olduğu kimi qəbul etməklə bu dili öyrənmək sizə üstünlüklər verəcəkdir.

2. İngilis dilinin dərinliklərinə daxil olmağa çalışın. Gün ərzində bir neçə saat, həftədə bir neçə gün ingilis dili ilə məşğul olmaqla özünüzü inkişaf etdirmək çoxda müsbət nəticə vermir. Ən tez şəkildə dil öyrənməyin yollarından biri, həmin dili gündəlik həyatımızda işlədilməsidir. Bütün gün olmasa da, hər gün  müəyyən müddət ərzində ingilis dilində olan səsləri dinləmək, mətnləri oxumaq və sizə çətin görünən sözləri tələffüz etməklə qısa müddətdə irəliləyişlərə nail ola bilərsiniz.

3. Bu dildə sözləri tərcümə etməyə deyil ingilis dilində düşünməyə çalışın. Bunun mümkünsüz və mənasız olduğunu düşünə bilərsiniz lakin, ingilis dilində danışmağa çalışarkən hər sözü beyninizdə tərcümə edərək danışmaq sizi sözlərinizə daha diqqət yetirməyə yalnış sözlər deməmək üçün çoxlu vaxt işlətməyə məcbur edir. Buna görə də gündə 5 dəqiqə vaxt ayırmaqla sadəcə ingilis dilində düşünməyə çalışın. Yalnışlarınız olsa da bunun sizi dayandırmasına icazə verməyin.

4. Unutmayın ki, cavablar sualların içərisindədir. Kimsə sizə sual verərkən onlara diqqətlə qulaq asın. İngilis dilində suallar və cavablar sanki güzgüyə bənzəyir. Məsələn,

does he….? \ yes, he does                      can he….? \ yes, he can

Buna görə də sizə verilən suala cavab tapmaqda çətinlik çəksəniz, verilən sualdakı sözləri xatırlamağa çalışın.

5. Özünüzə çox yüklənməyin. Əvvəl deyilənlərin əksi kimi səslənsədə özünüzü çox yormaqla əldə edilən nəaliyyətlər tez bir zamanda unudulur. Xarici dil öyrənmək üçün vaxtınızı bölməyi sizin özünüzdən yaxşı heç kəs edə bilməz. Gün ərzində saatlarla oxumaqla dil öyrənməyə çalışmaq, sonda əldə olunan zəif nəticə sizi daha da ruhdan sala bilər. Vaxtınızı yaxşı bölməyi və arada fasilələr verməyi unutmayın.

6. Məcbur öyrənməyə deyil, əylənərək öyrənməyə çalışın. Hər kəsin xarici dili öyrənəməkdə öz səbəbləri var. Kimi bunu iş məqsədiylə, kimi xaricdə oxumaq məqsədiylə və s. səbəblərdən öyrənirlər. Səbəblər müxtəlif olsa da ingilis dilini əyləncəli məşğuliyyət kimi öyrənməklə onun sizə nə cür təsir edəcəyini görəcəksiniz. Danışıq zamanı əldə etdiyiniz irəliləyişləri dəyərləndirin və bunu daha da irəliləmək məqsədilə stimul kimi işlədin.

7. Bacardığınız qədər sizə verilən fürsətlərdən istifadə edin. Ətrafda sizin kimi digər xarici dili öyrənən və ya bilən şəxslər ilə ünsiyyətdə olmağa çalışın. Əgər belə bir fürsətiniz yoxdursa öz səsinizi qeyd edib onu dinləyin. Düzgün yoxlayacağınıza əmin deyilsinizsə, işlətdiyiniz sözlərin tələffüzünü ayrılıqda internet vasitəsi ilə yoxlaya bilərsiniz.

8. İngilis dilində danışmağın ən yaxşı yolu çoxlu danışmaqdır deyə düşünürsəniz bu haqda yalnış deyilsiniz. Lakin çoxlu oxumaq, dinləmək vasitəsilə də danışıq səviyyənizi artıra bilərsiniz. İngilis dilində əsas tələffüz qaydalarını bildiyiniz müddətdə, qarşınıza çıxan bir çox sözlərin tələffüzünü asanlıqla müəyyən edə bilərsiniz. Burada sizə tələffüz qaydalarının əsasını öyrənmək kömək olacaqdır. Danışıq zamanı öyrəndiyiniz məlumatlardan istifadə edərək qarşıdakı şəxsə öz fikrinizi asanlıqla çatdıra bilərsiniz.

9. Gərginliyi özünüzdən uzaqlaşdırmağa çalışın. Rahat şəkildə qurulan münasibət daha aydın olur. Unutmayın ki, əsas mükəmməl olmağa çalışmaq, hər sözü düzgün demək vacib deyil. Əsas olan qarşıdakı şəxsə öz fikirlərinizi çatdıra bilməkdir. Bunun üçün də ünsiyyət zamanı danışığınızın mükəmməlliyinə, edilən səhvlərin həmin anda düzəldilməsinə deyil, nəzərinizdə olan fikirləri həmin şəxsə çatdırmağa daha çox diqqət yetirin. Lakin, etdiyiniz səhvləri kənara atmağa deyil növbəti dəfə hansı şəkildə, daha düzgün deyə biləcəyiniz haqqında düşünməyə çalışın.

10. Pozitiv düşünməyi unutmayın. Bir çoxları uğursuzluğa baş vurduqdan sonra bunun mümkünsüz olduğunu və nəticənin dəyişməyəcəyini düşünərək təslim olurlar. Lakin, ingilis dilini mükəmməl bilən hər bir şəxs onu sıfırdan, səhvlər edərək öyrənir. Gündəlik əldə etdiyiniz uğurları dəyərləndirin və özünüzü mükafatlandırmağı da unutmayın. Xırda və ya dəyərsiz deyə düşündüyünüz şeylər belə sizə hər an lazımlı gələ bilər.

Ingilis dilində danışığı öyrənməyin bir çox yolu vardır. Lakin, hər bir şəxsin özünün daha yaxşı öyrəndiyi ona məxsus yolu vardır. Bu yolu tapmaq isə məhz həmin şəxsin vasitəsi ilə aparıla bilər. Bunun  üçün verilən üsullardan istifadə edərək və daima müxtəlif yollar axtararaq, seçim imkanlarını genişləndirə bilərsiniz.

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: