İngilis dilini və ya Rus dilini öyrənən bir çox insanlar əsas fikirlərini qrammatikanın və sözlərin öyrənilməsinə cəmləyir. Bunlar xarici dilin öyrənilməsində vacib olsa da, ünsiyyət zamanı tələffüz və səlislik də böyük önəm kəsb edir. Çünki ingils dilində danışan zaman sözlərin tələffüzünü gərəkdiyindən çox fərqli səsləndirərsinizsə insanlar sizi doğru və ya ümumiyyətlə anlamaya bilər. İngiliscə səlis danışmağı öyrənməyin bir neçə yolu vardır.
Əgər haradan başlayacağınızı bilmirsinizsə, İngilis tələffüzünü inkişaf etdirməkdə uğur qazana bilmərsiniz. İngilis dilində danışığını təkmilləşdirməyə kömək edəcək bir çox üsul var. Buna görə də bir neçə sadə, amma təsirli məsləhəti tətbiq etməklə danışıq bacarığınızı inkişaf etdirə bilərsiniz.. Unutmayın ki, bir dili öyrənərkən tələffüzünü həqiqətən yaxşılaşdırmaq üç aydan altı aya qədər vaxt aparır. Aşağıda tələffüzü inkişaf etdirmək üçün faydalı olacaq üsulları tapa bilərsiniz. Bundan əlavə, Britaniya və ya Amerika aksentini inkişaf etdirmək üçün ana dili İngilis dili olan insanlardan da kömək ala bilərsən.
İngilis dilində düzgün tələffüzü öyrənmək üçün ilk öncə yaxşı dinləyici olmaq lazımdır. Sözlərin tələffüzü nə qədər çox eşidilsə, onları sonradan istifadə zamanı səsləndirmək bir o qədər rahat olacaqdır. İngilis dilində bəzi səslər Azərbaycan dilindən fərqləndiyinə görə bu üsulla onları daha yaxşı başa düşmək və cümlədə digər oxşar sözləri bir-birindən fərqləndirmək daha asan olacaqdır. Buna görə də, ana dili və ya ikinci dili ingilis dili olan şəxslərin nitqlərini dinləməyə diqqət edin. Nə qədər çox ingiliscə dinləmə edərsinizsə bir o qədər də tələffüzünüz mükəmmələşər.
Tələffüz orqanlarının, xüsusilə də, dodaqların hərəkətinə diqqət yetirin. Danışıq zamanı ağzınızın necə hərəkət etdiyinə, sizin onu necə işlətdiyinizə fikir verin. Bunun üçün ən sadə üsul güzgüyə baxaraq danışmaqdır. Digər bir yolu isə barmağını dodaqlarına toxunduraraq danışmaqdır. Barmağını hərəkət etdirmədən danışığını və dodaqlarının hərəkətini, barmağını itələyib ya da geri çəkilməyini müşayət edin. Bundan başqa dilin hərəkətinə diqqət yetirmək lazımdır. Azərbaycan dili ilə ingilis dili əlifbaları oxşar olsa da, onların tələffüzü bir-birindən fərqlənir. Bunun üçün də güzgüdə dilin hərəkətini izləmək və ya, digər şəxslərin ağız hərəkətlərini izləmək sizə danışıqda daha kömək edəcək. Çox məşhur olan "shadowing" metodundan da istifadə etmək yararlıdır. Bu zaman, "native speaker" - ana dili ingilis dili olan şəxsin və ya ikinci dili ingilis dili olan və tələffüzü mükəmməl olan şəxslərin danışığına qulaq asa-asa onu olduğu kimi təkrarlamağa çalışmaq lazımdır. Artıq bir müddətdən sonra, ingiliscə tələffüzünüzün necə yaxşılaşacağının şahidi olacaqsınız.
İngilis dili vurğuya əsaslanan dildir, bu da bəzi hecaların daha uzun və vurğulu, digərlərinin isə daha qısa və vurğusuz olduğu deməkdir. Söz və cümlə vurğularını qeyd edib sonra onları səslə təkrar etmək tələffüzünüzü xeyli yaxşılaşdıracaq və eyni zamanda danışıq zamanı fikri daha aydın çatdırmağa kömək edəcək.
İntonasiya və vurğu ingilis dilində hisləri necə ifadə etdiyimizdir. Bu bacarığı inkişaf etdirməyin əla yollarından biri şeirləri ucadan oxumaq və ya mahnı oxumaqdır. Bu fəaliyyətlər təbii ritmə malikdir və sizi məzmun sözlərinə vurğu etməyə öyrəşdirəcək. 1-ci maddədə olduğu kimi, hər bir sözün mənasını bilməyinizə ehtiyac yoxdur, sadəcə səsləri məşq edin. İstənilən dildə danışarkən vurğunun düzgün işlədilməsi cümlənin tələffüzündə böyük əhəmiyyət daşıyır. Bununla həm müxtəlif cümlələri, həmçinin cümlədəki hansı sözün əsas olduğunu vurğulayırıq. İngilis dilində bəzən eyni sözlər cümlədəki vəzifəsindən asılı olaraq vurğuları müxtəlif şəkildə qəbul edir. Xüsusilə, ikihecalı sözlər cümlədə isim olanda vurğu birinci, fel olduqda isə ikinci hecaya düşür. Məsələn,
A PREsent (isim) To preSENT (fel)
An ADDress (isim) To address (fel)
İngilis dilində tələffüzü inkişaf etdirməyin ən yaxşı yollarından biri də digər bir şəxs ilə məşq etməkdir. Digərləri ilə məşq etmək həm daha əyləncəli, həm də danışıqda etdiyiniz səhvləri öyrənməyin ən yaxşı yollarından biridir. Bundan başqa, hər hansı sevimli filmdən bir-iki cümlə seçərək onu danışmaq və danışığını video vasitəsi ilə qeyd etməklə həm tələffüzünüzü, həm də ağız hərəkətlərinizi izləyə və dəyərləndirə bilərsiniz. Dost və tanışlarınızdan da bu video haqqında fikirlərini almaqla və ya orijinal videonu təkrar izləməklə arada olan fərqi görə bilərsiniz.
Əlinizdə olan mənbələrdən maksimum şəkildə yararlanmaq lazımdır. Bunun üçün internetdə araşdırmaqla xaricdə yaşayan vətəndaşlar ilə ünsiyyət qurmaq, onların danışığını dinləmək və yaxud, tələffüz üçün olan proqramlar ilə mütəmadi məşq etmək mümkündür.
Bu mövzuda seçə biləcəyiniz bir çox seçim var. Onların içində ən tanınmışı ingilis filmlərinə və televiziya proqramlarına baxmaqdır. Sait və samit səslərin necə tələffüz olunduğuna diqqət edin. Hansı hecalar vurğulanır? Aktyorların danışarkən ağız formaları necə dəyişir?
Uşaq proqramları isə daha sadə və yavaş danışıqdan ibarətdir. Buna görə də bu cür proqramlar həm səsləri, həm söz birləşmələrini, həm də dilin özünü daha yaxşı öyrənmək üçün mükəmməl seçimdir.
Filmləri altyazı ilə izləmək də başqa bir faydalı üsuldur. Bu şəkildə fonetik qaydalara uyğun gəlməyən sözləri daha yaxşı anlaya bilirsiniz.Filmlər, televiziya proqramları və xəbərlər gündəlik istifadə olunan ifadələr, sabit söz birləşmələrini ehtiva edir. Həmçinin reklamlar da İngilis tələffüzünü inkişaf etdirmək üçün əla vasitədir. Burada diqqəti məzmundan çox istifadə olunan sözlərə, onların açıq və sürətli tələffüzünə yönəldin.İngilis kitabları, jurnalları və qəzetləri oxumaq da bu baxımdan çox faydalıdır. Hər gün sizi maraqlandıran bir mətni seçib ucadan oxumaq, bəzi sözləri qeyd edib sonradan təkrar məşq etmək çox yaxşı fikirdir. Bu yolla hansı sahələrdə tələffüzünüzü daha çox inkişaf etdirməli olduğunuzü kəşf edə bilirsiniz..
İngilis dilində səlis danışmaq nə qədər zaman aldığı çoxlarını maraqlandıran suallardan biridir. Bu suala heç kəs dəqiq cavab verə bilməz çünki, bu öyrənən şəxsin aktivliyindən asılıdır. Yalnız ingilis dilində sərbəst danışdığınız zaman bunun sizin üçün nə qədər vaxt aldığının fərqinə varmaq mümkündür. Bu və ya digər üsullardan istifadə etməklə tələffüzü inkişaf etdirmək lazımdır.
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
İngilis dilini niyə öyrənə bilmirik?
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
IELTS nədir və nə üçün lazımdır?
Esse nedir
İngilis Dili Səviyyələri
İngilis dilinin tarixi
İdiom nədir?