İngilis dilini niyə öyrənə bilmirik?

İçindəkilər

 Maraqlı sualdır, elə deyilmi? Bəzi insanlar bu dili uğurlu bir şəkildə öyrənə bilərkən, digərləri ümidsizliyə qapılır. Ətrafımızda bu   beynəlxalq dildə səlis danışan insanları görərkən, bu güclü söz olsa belə, paxıllıq hissinə qapılırıq. Bəzən özümüzdən teoremlər   uydurmağı da bacarırıq: “Eh, yəqin xarici ölkədə yaşayıb, öyrənib” , “Bir ətək pul töküb də yəqin, yoxsa hardan biləcəkdi?”.

 Sizcə də bunlar sadəcə bizi öyrənməkdən yayındıran, hər gün uğurdan bir az daha uzaqlaşdıran bəhanələr deyilmi? Bu barədə   eyni fikirdəyiksə, gəlin ingilis dilini öyrənməklə bağlı yayılan o məşhur “mif” - lərə birlikdə nəzər salaq, bəlkə də kənardan   göründüyü kimi qorxunc deyil!

1.İngilis dilini öyrənmək üçün çox yaşlıyam

Xeyr, deyilsiniz. İngilis dilini öyrənən insanların əksəriyyətinin gənc olması hər hansı bir yaş ortalaması formalaşdırmır və bu da avtomatik heç kimi çox “qoca” və ya çox “cavan” vəziyyətinə sala bilməz. Yaşınız sizin üçün heç bir maneə ola bilməz, gəlin məsələyə elmi aspektdən də yanaşaq. Barselonada fəaliyyət göstərən bir qruo nevrologiya professorlarının tədqiqat nəticəsində gəldiyi qərarı nəzərə alsaq, öyrənmək prosesinin spesifik aspektləri, məsələn yeni sözlər öyrənməkdə yetkinlərin daha aşağı yaş qruplarına baxsaq, böyük üstünlüyü və daha rahat öyrənmə qabiliyyəti var.

2.İngilis dilini öyrənmək mütəmadi və dəyişməz bir “mücadilə” olmalıdır.

Yeni bir dili öyrənmək sizin üçün iztirablı bir yol kimi görünə bilər. Lakin bu sizə ingilis dili dərslərində etdiyiniz hər bir tapşırıq ən çətin, ən əziyyətli formada olmalıdır tərzində düşünməyə əsas vermir. İngilis dilini öyrənərkən özünüz üçün müxtəlif ölçülü “challenge” – lər yarada bilərsiniz. Lakin bunu nəzərə alın: Hər hansı bir çətin mövzunu öyrəndikdən sonra bildiklərini də təkrar etməli və bu iki növ arasında balans yaratmalısınız. Bu halda istəyinizə nail ola bilərsiniz.

3.Dəqiqlik ən önəmlisidir.

Bu bəhanə əsasən söhbət klublarında və dərslərdə insanların danışmaqdan və aktiv iştirak etməkdən qaçmaq üçün yaratdığı bir bəhanədir. Bəli, həqiqətən bu bir bəhanədir. Bu tip şəxslərlə tez-tez rastlaşırıq, bəlkə də hal-hazırda bu məqaləni oxuyanlar arasında onlar var. Hey, qüsur həmişə var. Əsas odur ki, onları düzəldərək irəliyə addım atasınız. Danışığınızda hər hansı qüsurlar varsa, səlis deyilsinizsə bu sizi geri yox, irəli çəkməlidir. Hər gün daha çox danışaraq daha az səhv edəcəksiniz. Və bunu təcrübəyə əsaslanaraq dediyimizə əmin ola bilərsiniz.

4.İngilis dilini öyrənmək çox uzun zaman alır.

Hey, ingilis dilini öyrənmək əbədi deyiləcək qədər vaxt almır. Və siz həqiqətən maraqlı və istəkli olduğunuz müddətcə çətin dil kimi bir anlayış mövcud deyil. Sizin motivasiyanız və UPPER education bu müddəti minimuma endirə bilər. Və ən önəmlisi, nə qədər müddət keçirsə keçsin əldə etdiyiniz gözəl, yararlı və universal əlaqələrə açıq bir dil olacaq.

5.Yalnız ingilis dilli bir ölkədə yaşayaraq bu dili sərbəst öyrənmək olar.

Bu fikrin kiçik reallıq payı var, çünki ingilis dilini ən sürətli şəkildə insanların bu dildə danışdığı ölkədə yaşayaraq öyrənə bilərsiniz. Lakin elə bir ölkədə olmamağınız ingilis dili öyrənməyə qətiyyən əngəl deyil. Siz bunu etmədən belə sosial mediada ingilis dilli insanlarla ünsiyyət qura, və ya ən sadə formada,

Ingilis dilində videolara baxa, səs yazılarını dinləyə, müəlliminizlə və dostlarınızla söhbət edə bilərsiniz. Bunlar mütəmadi olduğu müddətcə yuxarıda adı çəkilən mifimizə ehtiyac qalmır!

Miflərin sizi geri çəkməyinə imkan verməyin. Motivasiyanıza təsir edəcək amillərə qətiyyən zaman ayırmayın, əksinə, öyrənmə mühitinizi əyləncəli və davamlı edin. Və ən önəmlisi, bizi izləmədə qalın!

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: