
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU. İNGİLİS DİLİNDƏ HƏR AY 300 SÖZ ÖYRƏN!
Gəlin bunu qəbul edək ki, ingilis dilini öyrənmək üçün qramatikaya sərf etdiyimiz vaxtın çox böyük qismini söz öyrənməyə sərf edə və praktikada bir neçə qat daha yüksək uğura nail ola bilərik. Amma, ingilis dilində söz öyrənmək asan deyil axı! Bunun mütləq effektiv yolları olmalıdır. Əgər lüğət öyrənməkdə çətinlik çəkiriksə aşağıdakı 3 sınanmış və ən effektiv sayılan metodlarla bu maneəni dəf edəcəksiniz. Elə isə, başlayaq!
1. KİTAB METODU
Bunu hamımız bilirik ki, söz öyrənmək üçün gündəlik oxumaq lazımdır. Bəs bunun planını və zamanlamasını necə edək? Əslində sözləri öyrənmək üçün sadəcə kitabxanaya gedə və məsləhətlərə əsasən maraqlı bədii kitablar (əlbəttə ki, ingilis dilində) seçib oxumağa başlaya bilərsiniz. Bu kitabların motivasiya və digər sizi inkişafa yönəldəcək tipdə kitablar olması da arzuolunandır. Kitabları oxuyaraq, bilmədiyiniz sözləri işarələyib mənalarını öyrənmək və işlədildiyi cümlələri gözdən keçirmək çox effektiv və sürətli bir metoddur. Bir gündə minimum 20 dəqiqə, maksimum 1 saat bu metodun istifadəsinə ayrılmalıdır, gündə bir saatdan daha çox isə öyrəndiyiniz sözlərin yadda qalmamasına və ya zehninizin çox yüklənməsinə səbəb ola bilər.
2. YAZI METODU
Yazmaq sizə bu məqsədinizə çatmaqda kömək edəcək ən güclü yollardan biliridir. Gündəlik özünüzə məqsədlər qoya bilərsiniz və öyrəndiyiniz sözlər ətrafında kiçik esselər, işləndikləri cümlələrdən ibarət qısa mətnlər yaza bilərsiniz. Bundan əlavə işinizə ən çox yarayacaq vasitələrdən biri də öz lüğətinizi və qeyd dəftərizi tutmaqdır. Nəzərə alsaq ki əksəriyyətimiz yazaraq öyrənməyə üstünlük veririk, yeni öyrəndiyiniz sözləri “dərindən” araşdırmalısınız. Sözün ilkin mənası, sinonimləri, işləndikləri cümlələri dəftərinizə qeyd etmək və çox yaxşı bir siyahı yaratmalısınız. Bu metodun ən böyük üstünlüyü isə bir sözü öyrənərkən əslində daha çox söz (sinonimlərini də) öyrənmiş olmağınızdır.
3. FLƏŞ KART METODU
Deməli, bu metoddan yararlanmaq üçün etməli olduğunuz əsas iş hər gün öyrəndiyiniz sözləri müxtəlif rənglərdə olan kartlara yazmaqdır. Əgər söz sizin üçün çox çətin gəlirsə onu qırmızı, və çətinlik dərəcəsindən asılı olaraq, sarı, yaşıl və s. rənglərə boyaya bilərsiniz. Kartın bir üzündə sözün ana dilinizdəki mənası, digər üzündə isə orjinal variantı olmalıdır. Bu kartlardan ibarət qovluq hazırlayaraq hər gün kartlara - təbii ki orjinal variant üzünə baxa, sözün mənasının yadınızda qalıb qalmadığını yoxlaya bilərsiniz.
Əgər yuxarıda qeyd etdiymiz metodlara ayıracaq vaxtınız yoxdursa və ya bunları sistemli şəkildə edə bilmirsinizsə, İngilis dili dərslərimizə yazılaraq müəllim müşayiətində sistemli şəkildə söz bazanızı artıra bilər və ingilis dilində danışa bilərsiniz.
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Rus dili öyrənməyin 6 qısa yolu
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
Rus dilini öyrənmək üçün sözlər və ifadələr
İngilis dilini niyə öyrənə bilmirik?
Rus dilində frazeoloji birləşmələr
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
GMAT və GRE nədir?
Liderlik haqqında sitatlar (RUS-AZE)
SAT nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
Tələbə Krediti
IELTS nədir və nə üçün lazımdır?
Esse nümunələri İngilis dilində necə Esse yazmaq lazımdır?
Ən Yaxşı Təqaüd Veb saytları
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Yös nədir?
İngilis Dili Səviyyələri
Rus Dilində Mətnlər
İngilis dilinin tarixi