Italiyada Təqaüdlə Təhsil

İtaliyada həm pulsuz həmdəki illik 5100 avro teqaud ile tehsil almaq imkanı

İçindəkilər

Əziz şagirdlər və tələbələr!
Sizi İtaliyanın ən nüfuzlu universitetlərində istədiyiniz ixtisasa uyğun TƏQAÜDLÜ təhsil imkanlarından faydalanmağa dəvət edirik! Həm bakalavr, həm də magistr pilləsi üzrə yüksək səviyyəli təhsil almaq şansı sizi gözləyir.

 

Bakalavr üçün vacib məlumatlar:

  • Bakalavr pilləsi üzrə təhsil almaq üçün müraciət edənlər 12 illik təhsil sənədinə malik olmalıdırlar. Bu tələbi yerinə yetirmək üçün siz: 1 illik orta məktəb + ən azı 1 illik kollec təhsili və ya bakalavr pilləsinin ilk ilini tamamlamalısınız.
  • İtaliyada bakalavr təhsili ümumilikdə 3 il (Triennale) davam edir.

Qeyd:
Pisa Universiteti (Università di Pisa) istisna olaraq 11 illik təhsil bazası ilə Foundation (hazırlıq) mərhələsinə qəbul edir. Hazırlıq proqramını uğurla bitirdikdən sonra tələbə universitetin təklif etdiyi istənilən bakalavr proqramına müraciət edə bilər.

 

Magistr üçün vacib məlumatlar:

  • Magistr təhsilinə təqaüd qazanmaq üçün yalnız 2 illik magistr proqramlarına müraciət edə bilərsiniz.
  • 1 illik magistr proqramlarına təqaüd verilmir.

 

İtaliyada Təqaüd Proqramları

İtaliyada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları mövcuddur:

  1. Universitet təqaüdləri: Bir çox İtalyan universiteti öz tələbələrinə təqaüd imkanları təqdim edir. Bu təqaüdlər adətən tələbənin akademik göstəricilərinə və ailə gəlirlərinə əsaslanır. Məbləğ və şərtlər universitetdən universitetə dəyişə bilər.

  2. İtaliya Hökuməti təqaüdləri: İtaliya hökuməti beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edir. Məsələn, "Invest Your Talent in Italy" proqramı çərçivəsində magistr təhsili alan tələbələrə təhsil haqlarının bir hissəsi və aylıq 900 avro məbləğində təqaüd təmin edilir. Bu proqram həmçinin tələbələrə İtaliyada seçilmiş şirkətlərdə təcrübə keçmə imkanı da verir.

  3. DSU təqaüdü: İtaliyanın müxtəlif regionları tərəfindən təqdim edilən bu təqaüdlər tələbələrin ailə gəlirlərinə və akademik göstəricilərinə əsaslanır. DSU təqaüdünün məbləği ildə 1,188 avrodan 5,139 avroya qədər dəyişə bilər və bu məbləğ tələbənin ehtiyaclarına uyğun olaraq müəyyən edilir.

 

İtalyada tələbələrin yaşam xərci

İtaliyada tələbələrin aylıq yaşam xərcləri şəhərdən və şəxsi yaşam tərzindən asılı olaraq dəyişir. Ümumi olaraq, aşağıdakı xərcləri nəzərə almaq lazımdır:

Yaşayış xərcləri: Şəhərə görə dəyişir. Məsələn:

Milan və Roma: 900€ – 1,400€
Florensiya: 850€ – 1,200€
Bolonya: 750€ – 1,000€
Daha kiçik şəhərlər: 550€ – 650€

Yemək xərcləri: Aylıq təxminən 250€ – 500€ arasında dəyişir.

Nəqliyyat xərcləri: Aylıq təxminən 9€ – 15€ arasında dəyişir.

Sığorta xərcləri: Aylıq təxminən 10€ – 12€ təşkil edir.

Digər xərclər: Aylıq təxminən 100€ – 200€ arasında dəyişə bilər.

Beləliklə, tələbələrin aylıq ümumi yaşam xərcləri təxminən 700€ – 1,400€ arasında dəyişir.

 

Təqaüd əldə etmək üçün şərtlər

  • Ailə gəlirləri: Təqaüd müraciətlərində ailə gəlirləri mühüm rol oynayır. Ailə üzvlərinizin illik gəliri müəyyən edilmiş limitdən aşağı olmalıdır. Bu məlumatları təsdiqləmək üçün müvafiq sənədlər təqdim edilməlidir.
  • Akademik göstəricilər: Yüksək akademik göstəricilər (GPA) təqaüd qazanmaq şansınızı artırır. Bəzi təqaüdlər üçün müəyyən GPA tələbləri mövcuddur.
  • Dil bilikləri: İngilis dilində təhsil almaq istəyənlər üçün IELTS və ya TOEFL kimi beynəlxalq dil sertifikatları tələb oluna bilər. İtalyan dilində təhsil üçün isə müvafiq italyan dili bilikləri tələb olunur.
  • Universitet qəbulu: Təqaüd proqramlarına müraciət etməzdən əvvəl seçdiyiniz universitetdən qəbul məktubu almalısınız. Təqaüd müraciətləri adətən universitetə qəbuldan sonra başlayır.

 

QƏBUL ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR

1. Diplom əlavəsi (transcript) və Attestat (yalnız bakalavra gedənlər) İngilis dilinə tərcümə və notarial təsdiq (PDF)

2. Xarici pasportun nüsxəsi (PDF)

3. Europass formatda CV (ingilis dilində word formatında)

4. İngilis dilində 1 ədəd motivasiya məktubu  (word formatında)

5. İngilis dilində 2 ədəd referans məktubu (PDF)

6. 3x4 foto (1 ədəd) 

7. İngilis dili sertifikatı (əgər varsa)

 
 
Qəbul prosesindən başqa, IELTS xarici ölkədə təhsil almaq üçün lazımi vizanı təmin etmək üçün eyni dərəcədə vacibdir. Bir çox ölkə beynəlxalq tələbələrdən tələbə vizası müraciətinin bir hissəsi kimi xüsusi ingilis dili biliyi meyarlarına cavab vermələrini tələb edir. Bu meyarlara cavab verməmək vizadan imtina ilə nəticələnə bilər və bununla da insanın xaricdə təhsil almaq xəyallarına mane ola bilər. Buna görə də güclü IELTS balı təkcə təhsilin qapısını açmır, həm də xarici ölkəyə rahat keçidi təmin edir. 
 
Əlavə məlumat üçün qeydiyyat formunu  doldurmağınız xahiş olunur

 

   Ən Çox Verilən Suallar

  • + İtaliyada ali təhsil sistemi necədir?
  • + İtaliyada təhsil ingilis dilində aparılırmı?
  • + İtaliyada bakalavr proqramının müddəti nə qədərdir?
  • + İtaliyada beynəlxalq tələbələr üçün dil biliyi tələbləri hansılardır?
  • + İtaliya universitetlərində qiymətləndirmə sistemi necə işləyir?