İnstagram alqoritmi - platformadakı minlərlə məzmun arasından hansının hər bir istifadəçiyə daha uyğun olduğunu müəyyən edən mürəkkəb qaydalar və proseslər toplusudur. Bir çox insan alqoritmi tək bir “robot” kimi düşünür. Amma əslində belə deyil. Instagram Feed, Reels və Stories kimi hər bölmə üçün fərqli sistemlərdən istifadə edir və bu sistemlər istifadəçinin maraqlarına uyğun məzmun göstərməyə çalışır.
Alqoritm sadəcə bir filtr deyil, eyni zamanda istifadəçi təcrübəsini fərdiləşdirən bir bələdçidir. Şəkillər, videolar və reklamlar məhz bu alqoritmin analizi sayəsində qarşımıza çıxır.
İnstagram alqoritminin tətbiq olunmasının bir neçə əsas məqsədi vardır:
Alqoritm hər bir istifadəçinin nəyi bəyəndiyini analiz edir və onlara maraqlı olmayan məzmunları gizlədərək yalnız zövqlərinə uyğun paylaşımları göstərir.
İstifadəçi nə qədər çox maraqlı məzmun görərsə, tətbiqdə bir o qədər çox vaxt keçirir. Bu da platformanın əsas hədəflərindən biridir.
Keyfiyyətli məzmun yaradıcılarının öz hədəf kütlələrinə çatmasını təmin edərək ekosistemi canlı saxlayır.
Instagram-ın hər hissəsində sistem fərqli işləyir. Bir çox istifadəçi İnstagram alqoritmi nədir deyə soruşduqda, adətən tək bir mexanizm nəzərdə tutur, lakin hər bölmənin öz qaydaları var:
Feed və Stories alqoritmi əsasən istifadəçinin artıq izlədiyi hesablarla olan əlaqəsinə əsaslanır. Bir çox istifadəçi İnstagram alqoritmi nədir deyə soruşduqda tək bir sistem düşünür, lakin Instagram burada istifadəçinin ən çox qarşılıqlı əlaqədə olduğu profillərin paylaşımlarını xüsusi olaraq ön plana çıxarmağa çalışır. Instagram burada istifadəçinin ən çox qarşılıqlı əlaqədə olduğu profillərin paylaşımlarını ön plana çıxarmağa çalışır.
Alqoritm istifadəçinin hansı postları bəyəndiyini, kimlərin paylaşımlarına şərh yazdığını, hansı storilərə reaksiya verdiyini və kimlərlə mesajlaşdığını analiz edir. İnstagram alqoritmi nədir sualının Feed bölməsindəki əsas cavabı məhz "fərdiləşdirilmiş təcrübə"dir.
Məsələn, istifadəçi müəyyən bir səhifənin storilərinə tez-tez baxır və ya reaksiya verirsə, həmin səhifənin storiləri digər storilərdən əvvəl görünə bilər. Eyni qayda feed paylaşımlarına da aiddir. Bu səbəbdən brendlər üçün izləyicilərlə aktiv qarşılıqlı əlaqə yaratmaq, suallar vermək, storilərdə interaktiv elementlərdən istifadə etmək (poll, quiz və s.) alqoritm baxımından faydalı hesab olunur.
Instagram Explore alqoritmi istifadəçinin əvvəlki fəaliyyətlərini analiz edərək onun maraq dairəsinə uyğun məzmunlar təqdim edir. İstifadəçinin bəyəndiyi postlar, izlədiyi səhifələr, baxdığı videolar və saxladığı paylaşımlar bu seçimdə əsas rol oynayır.
Məsələn, əgər istifadəçi tez-tez marketinq, səyahət və ya yemək mövzulu paylaşımlara baxırsa, Explore səhifəsində də bu mövzulara uyğun postların sayı daha çox olur.
Reels bölməsində əsas diqqət əyləncəyə verilir. Burada hesabın böyüklüyündən asılı olmayaraq, videonun baxılma müddəti və təkrar izlənmə nisbəti önəmlidir.
Əgər soruşsanız ki, Reels-də İnstagram alqoritmi nədir və necə işləyir, cavab sadədir: Reels alqoritmi üçün ən vacib faktorlardan biri videoya baxılma müddətidir (watch time). İstifadəçi videonu sona qədər izləyirsə və ya bir neçə dəfə baxırsa, alqoritm həmin videonun maraqlı olduğunu düşünə bilər və onu daha çox insana göstərə bilər.
Burada hook (videonun ilk saniyələrində diqqəti cəlb edən element) çox böyük rol oynayır. Reels videolarında ilk 2–3 saniyə istifadəçinin diqqətini cəlb etməsə, o videonu keçə bilər və bu da alqoritm üçün mənfi siqnal sayılır.
Effektiv hook istifadəçinin videoya baxmağa davam etməsini təmin edir. Bu hook maraqlı sual, diqqət çəkən cümlə, gözlənilməz vizual element və ya maraq doğuran bir situasiya ilə başlaya bilər. Məsələn, “Bu səhvi edən hər kəs Instagram-da reach itirir” kimi bir başlanğıc istifadəçinin videonu davam etdirməsinə səbəb ola bilər.
Alqoritmin qərar verməsinə təsir edən əsas siqnallar bunlardır:
İnstagram alqoritmi nədir sualına cavab axtararkən qarşımıza çıxan ən vacib siqnallardan biri məhz maraq dairəsidir. Platforma istifadəçinin hansı mövzularla daha çox maraqlandığını analiz edərək ona uyğun məzmun göstərməyə çalışır. Məsələn, əgər bir istifadəçi tez-tez səyahət paylaşımlarını bəyənir, həmin mövzuda videolara baxır və ya həmin səhifələri izləyirsə, alqoritm onun qarşısına daha çox səyahət məzmunu çıxaracaq.
Bu maraq dairəsi istifadəçinin platformada etdiyi fəaliyyətlərə əsasən müəyyən olunur. Bəyənmələr, şərhlər, paylaşımın saxlanması (save), videoya baxma müddəti və profil ziyarətləri kimi davranışlar alqoritmə istifadəçinin hansı mövzulara daha çox diqqət ayırdığını göstərir.
Məhz buna görə də kontent istehsalçıları üçün auditoriyanın maraq dairəsini düzgün müəyyən etmək çox vacibdir. İstifadəçilərin marağına uyğun və dəyərli məzmun hazırlamaq paylaşımların daha çox insana çatmasına kömək edir.
Instagram alqoritmi istifadəçilər arasındakı münasibətləri də nəzərə alır. Platforma istifadəçinin kimlərlə daha çox qarşılıqlı əlaqədə olduğunu analiz edərək həmin insanların paylaşımlarını daha tez-tez göstərir.
Əgər bir istifadəçi müəyyən bir səhifənin paylaşımlarını mütəmadi olaraq bəyənir, şərh yazır, mesaj göndərir və ya storilərinə reaksiya verirsə, alqoritm bu iki hesab arasında yaxınlıq olduğunu qəbul edir. Nəticədə həmin səhifənin paylaşımları istifadəçinin xəbər lentində daha üst sıralarda görünə bilər.
Zamanlama və ya aktuallıq İnstagram alqoritminin nəzərə aldığı digər vacib faktordur. Bir çoxları üçün İnstagram alqoritmi nədir mövzusu yalnız maraqla bağlı olsa da, zamanlama hər şeyi dəyişə bilər. Platforma daha yeni paylaşımlara üstünlük verərək istifadəçilərə aktual məzmun göstərməyə çalışır.
Əgər bir paylaşım yeni paylaşılıbsa və qısa müddətdə istifadəçilər tərəfindən bəyənmə, şərh və ya digər qarşılıqlı əlaqələr alırsa, alqoritm bu postun maraqlı olduğunu düşünə bilər və onu daha geniş auditoriyaya göstərə bilər.
İnstagram alqoritmi nədir sualının kökündə əslində insan psixologiyası vəistifadəçi davranışı dayanır. Alqoritm statik bir proqram deyil; o, istifadəçinin hərbir hərəkətinə (və ya hərəkətsizliyinə) reaksiya verən dinamik bir sistemdir. İstifadəçinin bir postun üzərində nə qədər dayandığı, şəkli böyüdüb-böyütmədiyivə ya mətni oxumaq üçün "daha çox" (more) düyməsinə basıb-basmadığı alqoritmtərəfindən qeydə alınır.
İstifadəçi davranışı alqoritmi birbaşa qidalandırır. Məsələn, əgər bir şəxsdavamlı olaraq mənfi və ya maraqsız hesab etdiyi məzmunları "gizlət" (hide) seçimi ilə işarələyirsə, sistem həmin mövzuları bir daha onun qarşısına çıxarmır. Bu səbəbdən, İnstagram alqoritmi nədir deyənlər bilməlidir ki, sistemin məqsədiistifadəçini platformada mümkün qədər narahat etmədən saxlamaqdır. Məzmunyaradıcıları üçün isə bu, o deməkdir ki, auditoriyanın davranışını izləmək vəonların vərdişlərinə uyğun paylaşım etmək uğurun əsas şərtidir.
Bizneslər üçün İnstagram alqoritmi nədir sualının cavabı — "pulsuzhədəfləmə aləti" deməkdir. Düzgün optimizasiya olunmuş bir strategiya iləalqoritm bizneslərə aşağıdakı faydaları təmin edir:
Reels videolarına üstünlük verin: Hal-hazırda ən çox orqanik artım Reels vasitəsilə gəlir.
İzləyicilərlə ünsiyyət qurun: Şərhlərə cavab vermək alqoritmə "bu hesab dəyərlidir" siqnalı göndərir.
Engagement rate-i izləyin:
İnstagram alqoritmi üçün ən vacib göstəricilərdən biri engagement (qarşılıqlı əlaqə) səviyyəsidir. Engagement rate istifadəçilərin paylaşımınızla nə qədər aktiv şəkildə qarşılıqlı əlaqə qurduğunu göstərir. Bu göstərici adətən bəyənmə, şərh, paylaşım və save kimi fəaliyyətlərin ümumi auditoriyaya nisbəti əsasında hesablanır.
Ən sadə hesablama formulu belədir:
Engagement Rate = (Bəyənmə + Şərh + Save + Paylaşım) / Ümumi izləyici sayı × 100
İnstagram alqoritmi nədir sualının texniki tərəfi məhz bu göstərici ilə bağlıdır. Bu göstərici nə qədər yüksək olarsa, alqoritm həmin məzmunun istifadəçilər üçün maraqlı olduğunu düşünə bilər və onu daha geniş auditoriyaya göstərmək ehtimalı artır.
İnstagram alqoritmi üçün ən güclü siqnallardan biri də istifadəçilərin postu saxlamasıdır (save). Bir istifadəçi paylaşımı saxlayırsa, bu alqoritm üçün həmin məzmunun dəyərli olduğunu göstərən güclü bir siqnal sayılır.
Eyni şəkildə paylaşımlar (share) da məzmunun daha çox insana çatmasına kömək edir. İstifadəçilər postu dostlarına göndərdikdə və ya storilərində paylaşdıqda alqoritm bu məzmunun maraqlı olduğunu qəbul edə bilər.
İzləyiciləri şərh yazmağa təşviq etmək engagement səviyyəsini artırmaq üçün effektiv üsullardan biridir. Reels videolarının sonunda izləyicilərə sual vermək və ya onların fikrini soruşmaq daha çox şərh yazılmasına səbəb ola bilər.
Mütəmadi olun: Həftədə bir neçə dəfə stabil paylaşım etmək görünürlüyü artırır.
Düzgün Hashtag istifadə edin: Mövzuya uyğun, lakin həddindən artıq olmayan hashtaglar seçin. Unutmayın ki, İnstagram alqoritmi nədir sualının bir hissəsi də paylaşımlarınızı düzgün kateqoriyalaşdırmaqdan keçir.
Marketing haqqında biliklər qazanıb bu sahəni dərindən öyrənmək istəyirsinizsə digital marketing kursu səhifəsinə keçid edib ətraflı tanış olun.
İnstagram alqoritmi nədir sualına yekun olaraq demək olar ki, bu, daim dəyişən və təkmilləşən bir sistemdir. Alqoritmi "aldatmağa" çalışmaq əvəzinə, onun məqsədini (istifadəçiyə dəyər qatmaq) anlamaq və buna uyğun keyfiyyətli məzmun istehsal etmək ən doğru strategiyadır.
Ən Çox Verilən Suallar