İngilis dilində hər esse 3 əsas hissədən ibarətdir:
- Mövzunu təqdim et.
- Mövzu ilə bağlı ümumi fikir ver (background information).
- Son cümlədə thesis statement yaz, yəni əsas fikrini qısa və aydın ifadə et.
Nümunə:
Many people believe that technology makes our lives easier, while others think it makes us more dependent. This essay will discuss both sides and give my opinion.
Adətən 2 və ya 3 bənd olur.
Hər bənddə bir əsas fikir (main idea) və onu dəstəkləyən misal, sübut və izah olmalıdır.
Struktur:
- Topic sentence (əsas fikir)
- Explanation (izah)
- Example (misal)
- Linking sentence (keçid cümləsi)
Nümunə:
Firstly, technology helps people save time. For example, online banking allows customers to make payments without visiting a bank. This convenience shows how technology simplifies daily life.
- Mövzunu qısaca xatırlat.
- Əsas fikirlərini yekunlaşdır.
- Öz nəticəni və ya fikrini aydın şəkildə bildir.
Nümunə:
In conclusion, although technology can make people more dependent, its advantages such as saving time and increasing productivity are more significant.
Akademik yazı qabiliyyəti, xüsusilə də esse bacarıqları insanlara bir sıra karyera və akademik imkanlar yaradır. Esse tələbi bir sıra yarışmalar,xaricdə təhsil proqramları, o cümlədən təhsilin müxtəlif pillərində qarşımıza çıxır və bu müəyyən qədər kreativlik və dəqiqlik tələb etdiyi üçün tələbələrin çətin olaraq təsəvvür etdiyi tələblərdən biridir. Bəs öz essemizlə kütlədən necə fərqlənə bilərik? Düzgün struktura, güclü söz bazasına və təsirli mesaja malik esse yazmaq üçün nə etməliyik? Bu blogda suallarınıza cavab tapa biləcəksiniz. Gəlin başlayaq!
Hər hansı bir esseni yazmağa başlamazdan əvvəl bu esseyə hazırlıq dönəmi keçməlisiniz. Xüsusilə də bu esse sizin üçün çox geniş imkanlar aça biləcək hər hansı bir proqram və s. üçündürsə, bu “pre-writing” dönəmində kifayət qədər məsuliyyətli olmalısınız. Bunun üçün etməli olduğunuz isə sadədir: hər gün yazacağınız esse haqqında düşünmək və kiçik cızma-qaralar, qeydlər qoymaq. Essedə yazmaq üçün mütəlif ideyalar, mesajlar, başlama və bitirmə hissəsi və s. Əlinizdə qeydləriniz olmadan esse yazmağa başlamaq kompas olmadan səyahətə çıxmaq kimidir, buna görə də esse üçün o “kompas”-ı hazırlamağa tənbəllik etməyin. Qeyd əvəzinə ilkin esse formanızı da yaza bilərsiniz, sonra ağlınıza yeni və ya daha yaxşı cümlələr gəldikcə əlavə edə bilərsiniz. Aşağıdakı qeyd nümunəsi ilə tanış olun:

Essenin strukturu adətən 4 hissəyə bölünür. İlk hissə introduction-giriş hissəsi adlanır, hansı ki siz, sizdən tələb edilən mövzu üçün giriş verə və bu essedə nələrdən danışacağınıza aid qısa anons verə bilərsiniz. Orta hissə (hansı ki body adlanır) bir neçə paraqrafdan ibarət olur, bu rəqəm 2 və daha artıq ola bilər. Lakin çox uzun etməmək məsləhətlidir. Body essenin ən mühim hissəsidir. Hansı ki burada çox güclü mesajlar verə və essenizi oxuyan şəxsi təsirləndirə bilərsiniz. Mövqeyinizi dəstəkləyən faktlardan istifadə etməyi unutmayın. Esseni güclü formada bitirmək də önəmli faktorlardan biridir, sonluğu verərkən girişdə başladığınız fikri sanki tamamlayın, mövqeyiniz bir daha qısaca verin və güclü sonluq ilə hekayənizi bitirin:

Uğurlu bir esse yazmaq üçün onun açar sözlərindən istifadə etmək mütləqdir. Bəzi misallarla tanış olaq: Arqumentin əks tərəfinə toxunursunuzsa “It would also be interesting to see…”, “One should, nevertheless, consider the problem from another angle” tipli cümlələrdən istifadə edə bilərsiniz. Essenizə sonluq verərkən “The arguments we have presented… suggest that…/ prove that…/ would indicate that…”, “All of this points to the conclusion that…” işinizə yarayacaqdır. Elementləriniz, arqumentləriniz və ideyalarınızı vurğulayarkən “Firstly,…/ Secondly,…/ Finally,…”, “On the one hand, …. on the other hand…” “There are at least xxx points to highlight.” kimi cümlələrdən istifadə edin. Öz fikriniz olduğunu vurğulamaq istədiyiniz cümlələrdə “It is my contention that…”, “My own opinion is…” kömək edəcəkdir. Faktları qeyd etmək üçün “It is… true that…/ clear that…/ noticeable that…” ideal başlanğıclardır. Müqayisə üçünsə “Some critics suggest…, whereas others…” və “Compared to…” tipli sözlərə üstünlük verə bilərsiniz.
Bu esse növündə yazıçı öz fikrini aydın şəkildə ifadə etməlidir. Mövzular adətən “Do you agree or disagree?”, “What is your opinion?” və ya “To what extent do you agree?” kimi suallarla verilir.
Bu esse növünün məqsədi seçilmiş mövzu haqqında şəxsi mövqeni bildirmək və həmin fikri arqumentlərlə əsaslandırmaqdır.
Struktur olaraq əvvəlcə girişdə mövzu təqdim edilir və əsas fikir (thesis statement) yazılır. Birinci və ikinci bədən bəndlərində arqumentlər və nümunələr verilir. Nəticə hissəsində isə əsas fikir yekunlaşdırılır.
İfadə nümunələri:
In my opinion…
I strongly believe that…
I completely agree/disagree because…
Bu esse növündə müəllif mövzunun hər iki tərəfini – həm müsbət, həm mənfi arqumentləri təqdim edir. Bəzən yekunda öz şəxsi fikrini də əlavə etməsi tələb olunur.
Məqsəd mövzunu obyektiv şəkildə analiz etmək və hər iki baxışı balanslı formada təqdim etməkdir.
Strukturda giriş hissəsində mövzu təqdim olunur və “This essay will discuss both sides…” kimi cümlə istifadə oluna bilər. Birinci bədən bəndində bir tərəfin arqumentləri, ikinci bənddə isə əks tərəfin arqumentləri göstərilir. Nəticədə isə hər iki tərəf qısaca yekunlaşdırılır və şəxsi fikir əlavə edilir.
İfadə nümunələri:
Some people believe that…, while others think that…
On the one hand…, on the other hand…
After discussing both sides, I believe that…
Bu esse növü müəyyən bir məsələnin həm üstün, həm də mənfi cəhətlərini izah etməyə yönəlib.
Məqsəd mövzunu iki tərəfdən analiz etmək və ümumi bir nəticəyə gəlməkdir.
Strukturda giriş hissəsində mövzu təqdim edilir. Birinci bədən bəndində üstünlüklər, ikinci bənddə isə çatışmazlıqlar yazılır. Nəticə hissəsində balanslı bir nəticə çıxarılır.
İfadə nümunələri:
One of the main advantages is that…
However, a major disadvantage is that…
Overall, the benefits seem to outweigh the drawbacks.
Bu növ essedə müəllif müəyyən bir problemi təqdim edir və onun həll yollarını təklif edir. Mövzu çox vaxt “What are the problems and how can they be solved?” formasında olur.
Məqsəd problemi və onun səbəblərini göstərmək, həmçinin praktik və məntiqli həll yolları təqdim etməkdir.
Strukturda giriş hissəsində mövzu təqdim olunur. Birinci bədən bəndində problem izah edilir, ikinci bənddə isə onun həlli yolları göstərilir. Nəticədə qısa yekun verilir.
İfadə nümunələri:
One major problem is that…
A possible solution could be…
To tackle this issue, governments should…
Bu esse növündə müəllif müəyyən bir hadisənin və ya vəziyyətin səbəblərini və nəticələrini izah edir.
Məqsəd hadisənin niyə baş verdiyini və onun hansı nəticələrə gətirib çıxardığını aydın şəkildə göstərməkdir.
Strukturda giriş hissəsində mövzu təqdim olunur. Birinci bədən bəndində səbəblər, ikinci bənddə isə nəticələr izah edilir. Nəticə hissəsində qısa yekun və şəxsi fikir verilir.
İfadə nümunələri:
There are several reasons why…
As a result…
This has led to…
Uğurlar!
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
İngilis dilini niyə öyrənə bilmirik?
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
IELTS nədir və nə üçün lazımdır?
Esse nedir
İngilis Dili Səviyyələri
İngilis dilinin tarixi
İdiom nədir?