İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!

İçindəkilər

İNGİLİS DİLİNDƏ ƏN ÇOX İŞLƏNƏN 10 FEİL! ÖYRƏN VƏ DAHA SÜRƏTLİ DANIŞ!

  İngilis dilində danışarkən qarşımıza çıxan ən böyük maneələrdən biri hərəkətimizi ifadə etməkdir, hansı ki cümlə konstruksiyasında böyük əhəmiyyət daşıyır və yoxluğu cümlənizin qətiyyən anlaşılmamasına səbəb olacaqdır. Hərəkətinizi anlatmaq üçün lazım olan feili tapa bilmədikdə müxtəlif əvəzləmələr etmək məcburiyyətində qalırsınız, lakin bu adətən işə yaramır və ya xoş səslənmir. Gəlin daha sürətli və rahat danışmaq üçün ən çox ehtiyacımız olan 10 feilə, onların sinonimləri və işləndikləri cümlələrə nəzər yetirək:

          1. Call – zəng etmək, çağırmaq, girmək, yada salmaq.

          Sinonimlər: summon, convene, invite, name, ask, take out.

  She had managed well enough the previous night, and calling a servant could draw attention to her presence. O keçən gecəni kifayət qədər yaxşı idarə etmişdi və qulluqçu çağırmaq diqqəti onun varlığına yönəldə bildi.

          2. Feel – hiss etmək, duymaq.

          Sinonimlər: have a sensation, conceive

  Maybe you should do something nice for her, to make her feel special. Bəlkə də sən onun üçün, onu xüsusi hiss etdirmək üçün xoş bir şey edə bilərsən.

          3. Try – sınamaq, cəhd etmək.

          Sinonimlər: make and effort, endeavor, strive

  If she can just make an effort to try and be better, she can actually live a much better life. Əgər o sadəcə cəhd etməyə və daha yaxşı olmağa səy göstərsə, əslində həyatı çox daha yaxşı yaşaya bilər.

          4. Work – işləmək.

          Sinonimlər: run, function, commit

  The work ethic culture has resulted in men working longer hours than in any other European country. İş etikası kişilərin istənilən digər Avropa ölkəsində olduğundan daha uzun saatlarda işləməsi ilə nəticələnmişdir.

          5. Give – vermək.

          Sinonimlər: hand, deliver, confer, endure

  I have a very simple message to give those who are listening to the debate in the White House today. Mənim bu gün Ağ Evdə o debatı dinləyənlərə vermək üçün çox sadə bir mesajım var.

          6. Know – bilmək, tanımaq.

          Sinonimlər: be aware, recognize, acknowledge, be acquainted

  English children living in France would have to know the language - spoken and written. Fransada yaşayan ingilis uşaqlar dili bilməlidir – danışıq və yazılı.

          7. Take – götürmək, aparmaq.

          Sinonimlər: pick up, lift, admit, adopt, lead carry, conduct.

  Do not take that cake from the refrigerator, we will have it on your dad’s birthday. O tortu soyuducudan götürmə, biz onu atanın ad günündə yeyəcəyik.

          8. See – görmək.

          Sinonimlər: notice, observe, sight

  It may be their last chance to see each other, as Mr Spence feels he will not be strong to undertake such a long journey again. Mr.Spens belə uzun səyahəti bir daha öz üzərinə götürmək üçün güclü olmayacaq, bu onların bir birini görmək üçün son şansı ola bilər.

          9. Say – demək.

          Sinonimlər: tell, call, name

  He was talking to me, and I was trying to say my speech, but he wasn't paying attention. O mənimlə danışırdı, mən öz nitqimi söyləməyə çalışırdım, lakin o diqqət etmirdi.

          10. Want – istəmək, ehtiyacı olmaq.

           Sinonimlər: ask, love, like, crave

  I want to make them believe more in themselves and then they can do something with their lives. Mən onları özlərinə daha çox inandırmaq istəyirəm və o zaman onlar öz həyatlarında nəsə edə bilərlər.

Bunlardan əlavə, sözləri sistemli şəkildə, səviyyələrə uyğun öyrənmək üçün İngilis dili dərslərimizə müraciət edə bilərsiniz. 

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: