İngilis dili daima zəngin olan və yenilənən lüğətinə görə tanınır. Buna görə də bəziləri bu dildən çəkinir və bunun mümkünsüz olduğu qənaətinə gəlirlər. Lakin, ingilis dilini öyrənən zaman bunun heç də doğru olmadığını görəcəksiniz.
1.Bunlardan biri müxtəlif fəndlərdən istifadə edərək sözləri öyrənməkdir. Məsələn: tanınmış şəxslərin adlarından istifadə edərək (Nicolas Cage/ Nicolas in cage), mürəkkəb sözlər yaratmaq üçün işlədilən sözləri öyrənmək və ya əksini etmək (teardrop\ tear + drop, pancake\ pan + cake, earrings \ ear +rings), sinonimlərini tapmaqla (angry\irritated\annoyed\offended) və bunun kimi digər fəndlər işlətməklə ingilis dilində bir çox sözləri öyrənə bilərsiniz
2.Dil öyrənərkən əylənməyi unutmamaq lazımdır. Nə qədər sevərək və əylənərək dili öyrənsəniz, bir o qədər intensiv inkişaf gedəcəkdir. İngilis dilində olan qısa hekayələr oxumaq və ya hansısa sizə maraqlı olan şəxs, əşya və digər şeylər haqqında məlumat axtarmaq sizin üçün əyləncəli olacaqdır və bu şəkildə öyrənilən sözlər daha yaddaqalan olur. Burada gördüyünüz hər bir sözü tərcümə etməyiniz tələb olunmur. Cümlələrin əsasını anlamaqla bilmədiyiniz sözlərin tərcüməsini güman edə bilərsiniz. Belə ki, oxuyarkən bu sözlərlə yenidən qarşılaşdıqda sizdə onların mənası haqqında daha aydın fikir yaranacaq. Əks halda, həmin sözü tərcümə etməklə mənasını öyrənə bilərsiniz.
3.Əgər oxumaqla aranız yoxdursa, dinləmək vasitəsilə öyrənməyə çalışın. Xarici dildə olan mahnıları və ya, ingilis dilində olan filmləri alt yazılı olaraq izləyin. Hətta həmin mahnıları oxumaq və ya, filmlərdəki obrazları canlandırmaqla deyilən cümlələri təkrarlamağa çalışmaq bunu sizə görə daha əyləncəli edə bilər.
4.Bundan başqa hər gün öz-özünüzə öyrənə biləcəyiniz söz limiti qoyun. Lakin, bunu minimum rəqəm seçməklə deyil maksimum sayı seçməklə etməyiniz daha məsləhətdir. Gün ərzində maksimum nə qədər öyrənə biləcəyinizi nəzərdə tutaraq bu miqdarı mütləq olmamaq şərti ilə öyrənməyə çalışın. Məsələn; gün ərzində maksimum 5 söz öyrənməyi qarşınıza məqsəd qoyun, lakin bunu şərt kimi deyil, 5 sözə qədər, 2-3 söz öyrənməklə də məqsədinizə çata bilərsiniz. Burada əsas məqsəd şəraitdən asılı olaraq, öyrənə bilmədiyiniz zamanlarda və ya ən azı 1 söz öyrənə bildiyiniz zamanlarda ruh düşkünlüyü keçirməməkdir.
5.Müxtəlif söz oyunlarının köməyi ilə ingilis dilində bildiyimiz sözlərin sayını artıra bilərik. Məsələn, hər sözün son hərfi ilə başlayan yeni sözlər düşünmək, krossvord həll etmək və digər müxtəlif vasitələrlə həm özünüzün bildiyiniz sözləri müəyyən edə, həm də digərlərindən eşitdiyiniz fərqli sözləri öyrənə bilərsiniz.
6.Söz gündəliyi tutmaq bəziləri üçün darıxdırıcı ola bilər, lakin bu üsul vasitəsilə də bir çox yeni sözləri öyrənə bilərsiniz. Bunun üçün dəftər və ya mobil telefondan istifadə etmək olar. Bura sözü, onun izahını, işlədildiyi cümləni yazaraq və ya şəkillərə link etməklə daha yaxşı və asan edə bilərsiniz. Bu cür gündəliyin üstün cəhətlərindən biri də, sizə hansı sözləri öyrənməkdə çətinlik çəkdiyinizi müəyyənləşdirməyə və sözlər arasındakı əlaqəni görməyə kömək edir.
7.Son olaraq unutmayın ki, istənilən sözü istifadə etmədikdə onun unudulma şansı daha çox olur. Öyrəndiyiniz hər sözü ətrafınızda baş verənləri təsvir etmək üçün bacardığınız qədər çox situasiyalarda işlətməyə çalışın.Eləcə də təkrar biliyin anası olduğunu unutmayın və hər öyrəndiyiniz sözü dəfələrlə işlətməyə çalışın.
Ingiliscə lüğəti genişləndirməyin gördüyünüz kimi bir çox yolları vardır. Bunlardan geniş istifadə etməklə ingilis dilində olan sözləri daha sərfəli şəkildə öyrənmək mümkündü.
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
İngilis dilini niyə öyrənə bilmirik?
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
IELTS nədir və nə üçün lazımdır?
Esse nedir
İngilis Dili Səviyyələri
İngilis dilinin tarixi
İdiom nədir?