Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər

Amerika ingiliscəsi Britaniya ingiliscəsinə nə qədər yaxın olsa da, bu iki dil arasında bəzi müxtəlifliklər vardır. Bəs onları bir-birilərindən fərqləndirən nələrdir?

İçindəkilər

           Əgər siz Amerikanı ziyarət etsəniz eşitdikləriniz ilk anda sizi çaşdıra bilər, çünki deyilənlərin çox hissəsini anlamaqda çətinlik çəkəcəksiniz. Ingilis dilinə həvəsi olanlar və ingilis dilini öyrənmək istəyənlər üçün bu məlumatlar maraqlı ola bilər. Lakin, diqqət yetirdikdən sonra sözlərin bir çoxunun Britaniya ingiliscəsi ilə eyni olduğunu görəcəksiniz. Bunu aşağıdakı bir neçə fərqləndirməyə baxaraq cavablandıra bilərik.

           Amerika və Britaniya ingiliscəsi arasında ən çox gözəçarpan fərqərdən biri bu dillərin lügət tərkibidir. Gündəlik işlədilən sözlər arasında belə yüzlərlə müxtəlif sözlərə rast gəlmək olar. Məsələn, kənardan alınan yeməkləri Britaniyalılar “takeaway”, Amerikalılar isə “takeout” adlandırırlar. Bundan başqa “timetable”(B) – “schedule”(A), “rubber”(B) – “eraser”(A), “apartment”(A) – “flat”(B) və daha bir çox müxtəlif sözlərə malikdirlər. Bu fərqlərə baxmayaraq cümlənin məzmunundan sözləri anlamaq o qədər də çətin olmur.

            Bundan başqa onlar arasında kollektiv isimlərin işlədilməsi zamanı bəzi qrammatik fərqlər vardır. Kollektiv isimlər dedikdə bir qrup şəxs/əşya və s. kimi şeylər nəzərdə tutulur. Amerika ingiliscəsində kollektiv isimlər təkdə sayılır. Məsələn, “staff”, “band”, “team” kimi sözlər kollektiv isimlər olsalar da cümlədə “the band is good” xəbəri təkdə olur. Lakin, Britaniya ingiliscəsində xəbər həm təkdə, həm də cəmdə ola bilər. Bu şəxsin sözləri hansı mənada nəzərdə tutmasından asılı olaraq dəyişir. Məsələn, “family” deyərkən əgər ailə nəzərdə tutulursa xəbər təkdə, ailənin hər bir üzvü nəzərdə tutulursa xəbər cəmdə olur.

            Amerika ingiliscəsi və Britaniya ingiliscəsi arasında başqa bir qrammatik fərq də köməkçi fellərin istifadəsidir. Bu fellər əsas fellərə qoşularaq zaman, modallıq bildirirlər. Britaniya ingiliscəsində köməkçi fel shall gələcəyi bildirir. Amerikalılar da bu felin hansı mənaya gəldiyini bilsələrdə danışıq zamanı onu qeyri-rəsmi səsləndiyindən nadir hallarda işlədirlər. Bunun əvəzinə onlar köməkçi fel olan will işlədirlər. məsələn, I shall go(B) – I will go(A). Sual formasında isə Britaniya ingiliscəsində “shall we go now?” işlədildiyi halda, Amerika ingiliscəsində isə əsasən “should we go now?” işlədilir.

            Fellərin keçmiş zamanda istifadəsidə bu iki dildə bir birindən fərqlənir. Amerika ingiliscəsində qaydasız fellər Britaniya ingiliscəsindəki qaydasız fellərdən fərqlənir. Amerikan ingiliscəsində learn felinin keçmiş forması learned, Britaniya ingiliscəsində isə learned və ya learnt kimi seçimlər vardır. Eyni qayda dreamed dreamt, burned burnt, leaned leant haqqında da demək olar. Amerikalılar əsasən –ed, İngilislər isə əsasən –t sonluğunu işlədirlər. Amerikalılar həmçinin bəzi keçmiş zamanda olan fellərə -en şəkilçisini də artırırlar. Məsələn, I have never gotten caught, lakin, Britaniyalılar bu şəkilçini işlətmirlər: I have never got caught.

             Britaniya ingiliscəsi ilə Amerika ingiliscəsinin digər fərqi isə onlar arasındakı orfoqrafik müxtəliflikdir. Bu dillər arasında yüzlərlə hərf fərqlərinə rast gəlmək olar. Amerika öz azadlığını əldə etdikdən sonra da omların lüğət tərkibi Britaniya ingiliscəsi ilə çox yaxın idi. Lakin dövlətin azadlığı onun dilinin azadlığından da asılıdır. Buna görə də leksikoqraf Noah Webster Amerika ingiliscəsinə dəyişikliklər edərək sözlərin daha da yazıldığı kimi oxunulmasına cəhd göstərdi. Məsələn, color (colour), honor (honour), labor (labour) və s.

Amerika ingiliscəsi və Amerika ingiliscəsi fərqlərindən çox oxşar tərəfləri vardır. Bəzən bu fərqlər çətin görünsə də, onların əsası eynidir. Bəzi dialektləri nəzərdə tutmasaq bu iki dildən hər hansını bilən biri digərini anlamaqda çətinlik çəkməyəcəkdir.

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: