Ölkəmizdə tələbələrin müraciət etdiyi TOP-10 ölkədən biri olan Estoniya əcnəbi tələbələrə bir çox təhsil və təqaüd imkanları verir. Ölkədə Tartu, Tallin Texnologiya və Tallin kimi öndə gələn universitetləri vardır. Həmçinin, bu universitetlər QS ( https://www.topuniversities.com/university-rankings ) Dünya reytinqində yer alır. Estoniya təqaüd imkanlarının çoxluğu ilə Avropada fərqlənir .
Dora Plus proqramı Eurpean Regional Development Fund və Estoniya respublikası tərəfindən maliyyələşdirilən təhsil proqramıdır. Bu proqram üçün əsas tələblər bunlardır:
Əlavə olaraq tələbə Full-time international student olmalı və başqa təqaüd almamalıdır.
Təqaüd aylıq 350 € (10 ay müddətində)
Təhsil ala biləcəyiniz sahələr bunlardır.
Social Sciences:
Science and technology:
Universitetlər:
Təqaüd aylıq 240-300 EUR 10 ay müddətində.
3. Tallin Universitetində Təshil
4. Tallin Universitində Performance Scholarship
Təqaüd aylıq 100 EUR.
Müddəti 5 ay (ikinci semestrdən sonra almaq olur,hər dəfə təkrar müraciət olunmalı)
Tələblər:
5.Tallin Universitetində Specialty Scholarship
Semesterin əvvəlində Study information system-də (OİS) müraciət submit olunur və ilk semesterdən bu təqaüd qazanıla bilər. Həm bakalavr, həm də magistr üçün keçərlidir.
Təqaüd:
Aylıq 160 EUR (Cyber Security, computer System Engineering magistrı üçün aylıq 160-300 EUR)
Estoniyada doktorantura (PhD) təhsili isə tamailə ödənişsizdir. Dövlət doktorantura oxuyan tələbələrin maddi ehtiyaclarını qarşılayır.
Bloqda əsas sahə və proqramları qeyd etdim. Əlavə olaraq, Estoniyada təhsil mövzusunda baxmaq istədiyiniz başqa proqram və ya sahələr varsa sizə Dream Apply saytını önərirəm. Müraciət etmək üçün aşağıdakı linkə keçid edin.
Dreamapply Estonia https://estonia.dreamapply.com/
Estoniya son illərdə orta əmək haqqının artımı ilə fərqlənir.
Yüksək ixtisaslı mütəxəsisslər orta hesabla 1500-2000 avro əmək haqqı alir. Bu aralıq iş sahələrindən asılı olaraq dəyişə bilir. Estoniyada iş imkanları isə əsasən İT sahəsi ilə bağlıdır. İT sektorunda daima işçi qüvvəsinə ehtiyac vardır. İT mütəxəssislər ilkin 1000-1500 avro arası əgər 3 il və ya daha çox təcrübəniz varsa 2000-4000 avro arası əmək haqqı qazana bilir. Əlavə olaraq, Estoniyada mühəndis, bank və həkim kimi çalışanlara da tələbat vardır.
Estoniyada iş imkanları üçün bu saytdan istifadə edə bilərsiz:
Həmçinin, Estoniyada yerləşən şirkətlərin veb-saytlarına və ya sosial şəbəkələrinə baxa bilərsiniz.
Estoniya oturum alma prosesinin rahatlığına görə digər avropa ölkələrindən öndədir. Müraciət etdikdən 2-3 ay sonra təsdiq olunur əgər şərtləri qarşılayırsınıza.
Əlavə olaraq qeyd edim ki, oturum və D vizası üçün müraciəti Estoniyanin Tblisi və ya Ankara səfirliyindən edə bilərsiniz. Təəssüf ki, Bakıda müraciət mümkün deyil.
İlkin olaraq Estoniyada təqaüd alsanız belə əlavə pul götürməyinizi məsləhət görürəm. Yataqxanada qalacaqsızsa, ödənişin öncədən olduğunu unutmayın. Estoniya gündəlik tələbat məhsullarının qiymətlərinin ucuzluğu ilə fərqlənir. Lakin tərəvəz və ya ət kimi məhsulların qiymətləri nisbətən yüksəkdir.
Havanı nəzərə alaraq özünüzlə qiş paltarları aparmağı unutmayın. Yataqxanada qalacaqsızsa əlavə yorğan, yastıq kimi şeylərə xərciniz çıxa bilər. Yataqxanalar çox vaxt bunları qarşılamır. Əgər ev tutacaqsınızsa aylıq büdcənizi nəzərə alın.
Xaricdə təhsil haqqında Digər blog yazılarımız üçün linkə klik edin: Klik edin
Müəllif: Mətləb Məmmədov
Ən Çox Verilən Suallar
Avstriyada Magistratura Təhsili
Belçikada təhsil
Türkiyədə Təhsil - Türkiyə Bursları
Xaricdə oxumağın 7 üstünlüyü
Yaponiyada Təqaüdlə Təhsil
İtaliyada təhsil
DAAD nədir?
TÖMER nədir?
GMAT və GRE nədir?
FLEX programı nədir?
SAT nədir?
Enactus proqramı nədir?
Fransada təhsil
ERASMUS nədir?
Polsada Tehsil haqqinda
Ən Yaxşı Təqaüd Veb saytları
Macarıstanda təhsil
Kanadada Təhsil
Yös nədir?
Ausbildung nədir?