Fransada təhsil

İçindəkilər

Fransada təhsil haqqında

Xaricdə təhsil üçün ən əlverişli ölkələrdən biri də məhz Fransadır. Fransada təhsil alan azərbaycanlı tələbələrin sayı hər il artmaqdadır. Buna səbəb də məhz Fransanın yüksək təhsil keyfiyyətindən başqa, Fransada ali təhsil üçün çoxsaylı təqaüd proqramlarının olması, Fransada pulsuz ali təhsil almaq imkanıdır.

Lakin bütün bunlara baxmayaraq, tələbələrimizin əksəriyyəti hələ də Fransada ali təhsil barədə ya məlumatsızdırlar, ya da qəbul prosesini yaxşı bilmədiklərindən Fransada təhsil fikrindən əl çəkirlər. Halbuki, əslində Fransada təhsil əksər ölkələrdən daha keyfiyyətli olmaqla yanaşı sizə təhsil müddətində və hətta təhsilinizi başa vurduqdan sonra bir çox üstünlüklər verəcəkdir.

Oxumaq üçün dil biliyi şərtləri

Fransada ali təhsil almaq üçün, xarici tələbələrin birinci növbədə fransız dilindən yaxşı dil səviyyələri olmalıdır. Lakin İngilis dilində təhsil alacağınız təqdirdə fransız dili biliyi tələb edilmir. 

1. TCF (Fransız dili Testi), Fransız dili səviyyəsini müəyyən edən bu test, Fransa Təhsil Nazirliyi tərəfindən verilən və iki il müddətində qüvvədə olan sertifikatla təsdiqlənir. Akademik il ərzində TCF-dən üç imtahan sessiyası keçirilir. Universitetin 1-ci və ya 2-ci kursuna yazılmaq istəyən xarici tələbələr xüsusi TCF-DAP (Universitetə öncədən qəbul) imtahanını verməlidir. Bu imtahan yalnız ildə bir dəfə keçirilir.

2. DELF (Fransız dili diplomu) və DALF ( Mükkəmməl Fransız dili diplomu) Fransa Təhsil Nazirliyinin müstəqil rəsmi diplomlarıdır.                                                                     

3. Bu imtahanların  birini yüksək nəticə ilə versəniz Fransa universitetlərinə asanlıqla qəbul ala bilərsiniz.

 

Qəbul prosesindən başqa, IELTS xarici ölkədə təhsil almaq üçün lazımi vizanı təmin etmək üçün eyni dərəcədə vacibdir. Bir çox ölkə beynəlxalq tələbələrdən tələbə vizası müraciətinin bir hissəsi kimi xüsusi ingilis dili biliyi meyarlarına cavab vermələrini tələb edir. Bu meyarlara cavab verməmək vizadan imtina ilə nəticələnə bilər və bununla da insanın xaricdə təhsil almaq xəyallarına mane ola bilər. Buna görə də güclü IELTS balı təkcə təhsilin qapısını açmır, həm də xarici ölkəyə rahat keçidi təmin edir. 

 

Qeyd: Fransada ali təhsil almaq istəyirsinizsə, birinci növbədə Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq şöbəsinə məsləhət və kömək almaq üçün müraciət edə bilərsiniz: [email protected]

Sizi maraqlandıran, universitet nəticələrinizi nəzərə alan, məqsəd və imkanlarınıza cavab verən, düzgün təhsil proqramını seçmək lazımdır. Sonra, karyera planlarınızı müəyyən edərək, düzgün ixtisas və ali təhsil müəssisəsi seçilməlidir. Və yalnız bundan sonra, əgər siz Fransız dili testlərindən kifayət qədər bal toplasanız, dosyenizi universitetə yazılmaq üçün göndərə bilərsiniz.

Fransada Magistr tehsili üçün faydalı kontaktlar

Aşağıda verilən İnternet səhifələri, Fransada sizin universitet təhsilinizi düzgün hazırlamaq üçün kömək edəcək. Təklif olunan İnternet səhifələri müntəzəm olaraq yeniləşir.

1) Tələbə vizasını almaq üçün prosedurlar
https://az.ambafrance.org/Az%C9%99rbaycanda-Fransa-ucun-viza-muraci%C9%99ti

2) Tələbə həyatı ilə bağlı təşkilatlar
etudiant.gouv.fr

3) Xarici İşlər Nazirliyinin saytında ətraflı məlumat tapa bilərsiniz.
 Fransaya oxumağa gəlmək

 

   Ən Çox Verilən Suallar

  • + Fransada ali təhsil sistemi necədir?
  • + Fransada təhsil ingilis dilində aparılırmı?
  • + Fransada bakalavr proqramının müddəti nə qədərdir?
  • + Fransada beynəlxalq tələbələr üçün dil biliyi tələbləri hansılardır?
  • + Beynəlxalq tələbələr məzun olduqdan sonra Fransada qala bilərlərmi?
  • + Fransa universitetlərində qiymətləndirmə sistemi necə işləyir?