DAAD nədir?
DAAD alman ali məktəblərinin və tələbələrinin birliyi kimi tanınır. DAAD-nin əsas fəaliyyətləri gəncləri təqaüdlə təmin etmək (hansı ki bir azdan daha ətraflı məlumatla tanış ola biləcəksən), o cümlədən alman ali məktəblərinin beynəlmilləşməsini, alman dili filiologiyası və alman dilinin xaricdə güclənməsini dəstəkləyir, inkişaf etməkdə olan ölkələrdə güclü ali məktəb sisteminin yaradılmasını, mühüm qərar verici orqanları təhsil, təhsil sahəsində xarici əlaqələri və inkişaf siyasətini dəstəkləyir.
DAAD təqaüd və proqramları bizə hansı imkanları təklif edir?
1) Bakalavr və magistr tələbələri
Bu qrupa daxil olan şəxslər DAAD-nin təklif etdiyi yay dil kurslarına qatılmaq şansına sahibdirlər. Lakin bunu daha spesifik hala gətirməliyik - bakalavr təhsilinin ilk və son kursunda oxumayan tələbələr, birinci kurs master tələbələri DAAD yay dil kurslarından yararlana bilərlər. Əgər uğurla seçilsəniz, ödənis olaraq birdəfəlik 1575 € məbləğində təqaüdlə təmin olunursunuz və bu məbləğ kurs seçiminizdən aslı olmayaraq təyin edilmişdir. Təqaüdü isə burada deyil, artıq Almaniyaya getdikdən sonra əldə edirsiniz. Buradan 675 avro yol xərcləri, 950 avro isə digər xərclər üçün nəzərdə tutulmuşdur. Dil kursunun müddəti 3-4 həftə təşkil edir. Dil kursu üçün təqaüd hər il təxminən 50 nəfərə verilir, hədəf kütləsi isə Şərqi Avropa ölkələridir. Kurs seçərkən diqqətli olmağını tövsiyyə edirik, çünki bəzi kurslar var ki təqaüd vermir, bəziləri isə qalmaq üçün yeri qarşılamır, hansı ki, Almaniyada ilk dəfə olan şəxslər üçün böyük çətinliklər törədə bilər. Dil kursunda iştirak etmək üçün minimum A2 səviyyəsində Alman dili tələb olunur! Lakin heç bir sertifikat tələb edilmir, səviyyə müəyyən imtahanlar vasitəsilə təyin edilir. Aşağıdakı linklərə klikləyərək yararlanmağını tövsiyyə edirik:
Alman dili öyrənmək üçün:
2) Məzunlar üçün təqaüd proqramları
İnkişaf siyasəti ilə bağlı ixtisaslar üçün master təqaüdü (EPOS) - ən azı iki illik iş təcrübəsi olan məzunlar üçün nəzərdə tutulmuşdur. İxtisasların siyahısına klikləyərək daha ətraflı məlumat ala bilərsiniz. Proqram vasitəsilə alacağınız ödəniş aylıq təqaüd, sığorta xərcləri və səyahət xərclərindən ibarətdir. Müddəti isə 1-3 il aralığında dəyişir. Birbaşa seçdiyiniz universitetə müraciət etməklə bu proqramdan yararlanmaq imkanı qazana bilərsiniz, müraciət rəsmi vebsaytdan edilir. Proqramda iştirak üçün sizdən Alman dili bilikləri və bunun sübutu tələb olunur, hansı ki DSH 2 və ya TestDaF 4 olaraq nəzərə alınır. Bu tip imtahanlarda hər hansı nəticə əldə etmək üçün minimum B1 səviyyəsində Alman dilinə sahib olmalısınız. IELTS sertifikatınız (minimum 6.0) və ya TOEFL nəticəniz (minimum 550 paper based, 213 computer based, 80 internet based) olması da tələblər arasındadır. Rəsmi elana daxil olmaq üçün -
daad.de/go/en/stipa50076777
ERP - iqtisadiyyat sahəsi üzrə master təqaüdü – təhsilinin sonuncu kursunda oxuyan tələbələr və məzunların müraciət edə biləcəyi proqramdır. Ödəniş aylıq 850 euro, üstəlik sığorta və səyahət xərclərini də qarşılayır. Müddəti 1-2 il arasındadır. Rəsmi elana daxil olmaq üçün -
daad.de/go/en/stipa50015171
Bütün ixtisas sahələri üzrə təhsil almış məzunlar üçün master təqaüdü – Bu proqramdan yararlanmaq üçün ali təhsilinizin sonuncu pilləsində olan tələbə və ya universitet məzunu olmağınız əsas faktordur. Əldə edəcəyiniz ödəniş isə aylıq 850 euro + sığorta və səyahət xərcləri, əgər həyat yoldaşı və övladınız varsa onlar üçün də əlaə ödəniş edilir. 10 ay-2 il müddətində davam edən proqramda iştirak etmək üçün güclü səbəbləriniz və yüksək səviyyəli akademik nailiyyətləriniz olması tələb edilir. Daha detallı məlumat üçün
daad.de/go/en/stipa50026200 linkinə keçid edə bilərsiniz.
İncəsənət, memarlıq dizayn və musiqi ixtisaslı məzunlar üçün master təqaüdü – Memarlıq, Tətbiqi İncəsənət, Dizayn və Film, Musiqi sahəsində ali təhsilini bitirmiş, Almaniya li məktəbi ilə əlaqə saxlamış və razılıq məktubu olan şəxslər üçün nəzərdə tutulmuşdur. Əldə edəcəyiniz ödəniş isə aylıq 850 euro + sığorta və səyahət xərcləri, əgər həyat yoldaşı və övladınız varsa onlar üçün də əlaə ödəniş edilir. Bu proqramın da müddəti 10 ay – 2 il arasındadır. Maraqlıdır ki, təqaüd seçimlərindən uğurla keçməyiniz artıq universitetə qəbul almağınız anlamına gəlmir, universitetlər özləri yenidən daxil olma imtahanı keçirirlər. Daha ətraflı məlumat üçün
daad.de/go/en/stipa57135742 keçid də bilərsiniz.
Uğurlar!
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: