
GMAT və GRE nədir?
GMAT və GRE tənqidi düşünmə, analiz bacarığı və riyazi bilikləri yoxlayan imtahanlardır. Dünya universitetlərində təhsil almaq üçün müxtəlif beynəlxalq imtahanlar tələb olunur. Bu imtahanlar ölkədən – ölkəyə, universitetdən – universitetə dəyişə bilər. Magistr və doktorantura təhsili almaq üçün GRE və GMAT imtahanları vermək tələb olunur. Bu imtahanlar tələbənin ingilis dili biliyi ilə yanaşı, digər elmi biliklərini testdən keçirir.
GMAT nədir?
GMAT (Graduate Management Admission Test) Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura dərəcələrində təhsil almaq istəyənlər bu imtahandan keçməlidir. Belə ki, Amerika universitetlərinə magistr dərəcəsi və yaxud da doktorantura üçün müraciət etdikdə sizdən GMAT imtahanı tələb olunacaq. Bu bütün universitetləri əhatə etmir. Bəzi dəqiq elmlər var ki, onlar üzrə magistr təhsili almaq istəyəndə bu imtahan tələb olunur. Bu imtahan dünyanın müxtəlif yerlərində keçirilir. Həmçinin bu imtahana hazırlıqlar da bir çox ölkələrdə mövcuddur. GMAT (Graduate Management Admission Test) 3.5 saat çəkən kompüter adaptiv test imtahanıdır, 4 hissədən ibarətdir:
GMAT balı 200-800 arasında dəyişir, əksər tələbələr 400-600 arası nəticə göstərirlər, buna görə də 600+ kifayət qədər ciddi bal sayılır. Integrated Reasoning 1-8 bal aralığında, Analytical Writing isə 1-6 bal aralığında qiymətləndirilir.
GMAT imtahanı da kompyuter vasitəsilə keçirilir. Lakin dünyanın bəzi ölkələri var ki, orada kompyuterlə imtahan vermək mümkün olmadıqda yazılı olaraq GMAT imtahanı vermək mümkündür. Qeyd etdiyim kimi GMAT imtahanında ingilis dili səviyyəsi ilə yanaşı, digər vacib olan ixtisaslardan da səviyyə yoxlanılır.
GMAT imtahanı hal-hazırda yalnız MBA proqramı üçün daha da məşhurdur və dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər. Təkcə Amerika deyil, eyni zamanda bir çox ölkələrin güclü universiteteləri bunu tələb edir.
GRE nədir?
GRE (Graduate Record Examination) Amerika Birləşmiş Ştatlarında magistr və doktorantura təhsili almaq üçün verilən imtahandır. Dünyanın bir çox məşhur universiteteləri də humanitar fənlər üzrə (iqtisadiyyatdan başqa) GRE imtahanını tələb edirlər. Əsasən dəqiq fənlər üzrə təhsil almaq istəyənlər üçün nəzərdə utulub. İki qrup ayrılır:
GRE General Test imtahanını magistr və doktorantura oxumaq istəyən hər kəs veməlidir. GRE Subject Test isə bəzi universitetlər tələb edir. GRE 4 saat çəkən kompüter adaptiv test imtahanıdır, 3 hissədən ibarətdir:
Əldə edə biləcəyiniz ən yüksək ümumi GRE hesabı 340 olacaqdır, əksər tələbələr 150-200 arası nəticə göstərirlər. Verbal Reasoning və Quantitative Reasoning 130-170 bal aralığında, Analytical Writing isə 0-6 bal aralığında qiymətləndirilir.
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Rus dili öyrənməyin 6 qısa yolu
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
Rus dilini öyrənmək üçün sözlər və ifadələr
İngilis dilini niyə öyrənə bilmirik?
Rus dilində frazeoloji birləşmələr
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
Liderlik haqqında sitatlar (RUS-AZE)
SAT nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
Tələbə Krediti
IELTS nədir və nə üçün lazımdır?
Esse nədir?
Ən Yaxşı Təqaüd Veb saytları
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Yös nədir?
İngilis Dili Səviyyələri
Rus Dilində Mətnlər
İngilis dilinin tarixi
Podcast nədir?
Mentor nədir?
Frontend nədir?
Frontend Kursları
Backend Kursları
HTML Nədir?