Polsada Tehsil haqqinda

İçindəkilər

Polşada təhsil

Bu yazıda Polşa universitetləri və qəbul şərtləri haqqında danışacağıq. Polşanın təhsili hal – hazırda çox sürətlə inkişaf edir və artıq Avropada bu ölkənin universitetləri yüksək təhsil verən universitetlər kimi göstərilir. Bu baxımdan Polşa universitetləri Azərbaycan gənclər üçün də əlverişli sayıla bilər.

Çünki digər avropa ölkələrindən fərqli olaraq bu ölkənin universitetlərinə 11-ci sinfi bitirdikdən sonra birbaşa qəbul olmaq mümkündür. Amma digər avropa ölkələrində mütləq foundation proqramı keçib sonra bakalavr dərəcəsinə başlamaq olur.

Üstünlükləri:

    – Polşa univeristetləri bir çox fərqli sahədə və bölümdə ingilizcə təhsil verir. İngilis dili səviyyəniz yetərli deyilsə, ilk il ingiliscə hazırlıq bölümündən sonra ümumi proqrama başlıya bilirsiniz. Əgər ixtisas öyrətim dilini polyakca seçsəniz ixtisas seçim sayınız daha çox artacaqdır.

    – Əsas da, Avropa’da yaşayacaq, Schengen vizası ilə bütün Avropa’da sərbəst nəqliyyat avantajını istifadə edə biləcəksiniz.

  • Polşa universitetlərə daxil olmaq çətin deyil, qəbul üçün dil sertifikatı

və ya dil biliyinizin orta səviyyədə olması yetərlidir. Hətta heç bir dil biliyiniz yoxdursa Polşanın özündə, universitet nəzdində dil hazırlığına başlaya bilərsiniz.

    –  Ucuz təhsil haqqı və yaşayış xərcləri: Polşada yaşayış xərci tələbələr üçün ayda 200-500 € arasındadır. Bu məbləğə aylıq yataqxana qiyməti, ərzaq və nəqliyyat üçün ödənişlər daxildir. Ayrıca, universitetlərin təhsil haqqı illik əsasən 750-3,000 €-nu əhatə edir. (Müəyyən ixtisaslar üçün daha ucuz, pulsuz və təqaüdlü variantlar da mövcuddur).

    –  Reytinqli universitetlər, keyfiyyətli təhsil.

   –  Polşada məzun olan tələbələrə Polşada işləmək və yaşamaq hüququ verilir.

   –  Bakalavr 3, magistratura 2, doktorantura 3 illikdir.

20 Top-Ranked Universities of Poland:

  • University of Warsaw
  • Jagiellonian University
  • Adam Mickiewicz University Poznan
  • Gdansk University of Technology
  • AGH University of Science & Technology
  • Lodz University of Technology
  • Nicolas Copernicus University
  • Medical University of Warsaw
  • Warsaw University of Technology
  • Medical University of Silesia
  • Wroclaw University of Science and Technology
  • Cracow University of Technology
  • Poznan University of Technology
  • University of Gdansk
  • University of Lodz
  • University of Silesia in Katowice
  • University of Wroclaw
  • Universitet WSB Akademia
  • Warsaw University of Life Sciences
  • Wroclaw Medical University
  • Medical University of Gdansk
  • UFM – University of Finance and Management

Azərbaycanlı tələbələrin əksər hissəsinin oxuduğu əsas 2  Polşa universiteti varki, onlar haqqında ətraflı məlumat üçün klik edin.

Polşa universitetləri haqqında ətraflı məlumat: