Bir çoxumuzun arzuları və planları arasında xarici ölkədə təhsil almaq, proyektlərə və aktivliklərə qatılmaq, təcrübə qazanmaq və özünü inkişaf etdirmək kimi başlıqlar var. Bu gün xarici ölkədə təhsil almaq üçün ən effektiv və geniş yayılmış proqramlardan biri olan Erasmus+ (2014-cü ildən etibarən Erasmus adına + işarəsi əlavə edilmişdir, məqsəd Erasmus çərçivəsində olan bütün proqramların eyni ad altında birləşdirilməsidir.) haqqında məlumat alacaqsınız.
Erasmus+ Avropa Birliyi tərəfindən təhsil, iş təcrübəsi və sosial aktivlik proqramları kimi sahələrdə insanların özlərini inkişaf etdirməsi üçün hazırlanmış bir proqramdır. Bu, bakalavr və təhsilinin növbəti sferalarında olan şəxslərin öz təhsillərini xarici universitetdə davam etdirməsi və karyera imkanları əldə etməsi üçün qurulmuş möhtəşəm bir sistemdir.
Bu proqrama qoşulmaq üçün universitet tələbəsi olmalısınız, təhsil aldığınız universitet Erasmus proqramına qoşulmuş olmalıdır və bir sıra xarici universitetlərlə partnyorluğu olmalıdır. Erasmus proqramı `na qoşulmuş Azərbaycan universitetlərinin siyahısı:
Azərbaycan Dillər Universiteti
Azərbaycan Memarlıq və Inşaat Universiteti
Qafqaz Universiteti
Bakı Dövlət Universiteti
Naxçıvan Dövlət Universiteti
Xəzər Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Mingəçevir Politexnik İnstitutu
Bakı Slavyan Universiteti
Lənkəran Dövlət Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Müəllimlər İnstitutu
Bakı Bisnes Universiteti
Qərb Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Neft və Sənaye Universiteti
Yuxarıda qeyd edilmiş universitetlərin tələbəsisinizsə beynəlxalq əlaqələr departamentinə yaxınlaşaraq etməli olduqlarınız barədə daha detallı məlumat ala bilərsiniz. Bu proqrama qoşulmaq üçün tələblər isə əksər universitetlərdə aşağıdakı kimidir:
1. Motivasiya məktubu (məktubda özünüz haqqında məlumat, sosial aktivlikləriniz varsa bu barədə məlumat, seçdiyiniz ölkə və universitet və “niyə”si qeyd edilməlidir)
2.Tövsiyə məktubu (bunu sizə dərs keçən professorlardan almağı məsləhət görürük)
3. Yüksək GPA - transkript (bu limit universitetlərə görə dəyişə bilir, məsələn Azərbaycan dövlət İqtisad Universitetində ortalamanız 91+ olmalıdır ki, seçimlərdə iştirak edəsiniz)
4. Təhsilin ingilis dilində olması, əgər deyilsə mütləq şəkildə beynəlxalq ingilis dili sertifikatı – IELTS
5. Sosial aktivlik, dəqiq hədəflər, intervyu prosesinin uğurlu keçməsi
Müraciət etdiyiniz proqramı qazandığınız təqdirdə isə sizin bütün yol xərcləriniz qarşılanır, viza dəstəyi edilir və getdiyiniz/hansı ölkədən olmağınız kimi faktorlar nəzərə alınaraq sizə qrant verilir. Bu qrant sizə yataqxanada yaşamağa və ya kirayə ev tutmağa, digər Avropa ölkələrini gəzməyə (Şengen ölkəsinə qazandığınız təqdirdə) və yemək kimi xərclərinizi qarşılamağa imkan verir. Qeyd edim ki, bu proqram vasitəsilə təhsil alıb qayıtdıqdan sonra öz universitetinizdə normalda keçməli olduğunuz bir neçə fəndən akademik borcunuz yaranır ki, bunu ödəmək üçün qayıtdıqdan sonra keçdiyiniz fənlərdən əlavə alt qruplarda təhsil almaq məcburiyyətindəsiniz.
Bu proqramlar vasitəsilə sizi maraqlandıran sahələr üzrə təhsil ala və təcrübə qazana bilərsiniz. Erasmus+ proqramlarına qoşulmaq üçün aşağıdakı saytlardan sizə uyğun olan proqramları tapa bilərsiniz. Sizə bu saytları mütəmadi olaraq izləməyi məsləhət görürük:
https://www.facebook.com/sdgt.csyo/ (Bu təşkilat vasitəsilə Erasmus+ proqramlarında iştirak edə bilərsiniz)
Xaricde mubadile proqramlari ile bagli daha etrafli melumat ucun: klik edin
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar
Avstriyada Magistratura Təhsili
Belçikada təhsil
Türkiyədə Təhsil - Türkiyə Bursları
Xaricdə oxumağın 7 üstünlüyü
Yaponiyada Təqaüdlə Təhsil
İtaliyada təhsil
DAAD nədir?
TÖMER nədir?
GMAT və GRE nədir?
FLEX programı nədir?
SAT nədir?
Enactus proqramı nədir?
Fransada təhsil
Polsada Tehsil haqqinda
Ən Yaxşı Təqaüd Veb saytları
Estoniyada Təhsil
Macarıstanda təhsil
Kanadada Təhsil
Yös nədir?
Ausbildung nədir?