Enactus proqramı nədir?

İçindəkilər

Enactus nədir

ENACTUS (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. ENACTUS - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. ENACTUS ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir.
ENACTUS şəbəkəsi ilə qurulan əlaqələr dünyadakı fərdləri və cəmiyyətləri faydalandırır, iştirakçılar arasında şəxsi və professional mühitin inkişafına səbəb olur. Proqramın cəmiyyət aspektinə əlavə olaraq, ENACTUS-un liderlik və karyera təşəbbüsləri öyrənmək, ENACTUS-un əməkdaş şirkətləri ilə tələbə və məzunların mübadiləsi və həmçinin yerləşdirilməsinə əhəmiyyətli imkanlar yaratmaq üçün planlaşdırılıb.
ENACTUS komandaları fərdi universitet kampuslarında təşkil olunur. ENACTUS Dünya Qərargahı tərəfindən bu cür komandaların necə təşkil olunması və strukturlaşması ilə bağlı bilərəkdən çox az qayda və prosedurlar yaradılmışdır.
ENACTUS komandasını təşkil etmək və onu idarə etməyin çoxsaylı yolu var. Hər bir kollec və ya universitet  xidmət etdiyi cəmiyyətə qədər unikaldır. Bu elastiklik hər bir quruma öz ENACTUS komandasını onun fakültə, tələbə və cəmiyyət ehtiyaclarına münasib şəkildə qurmağa icazə verir.
ENACTUS öz cəmiyyətində fərqlənməklə sosial cəhətdən məsuliyyətli biznes liderləri olmaq üçün, bacarıqları inkişaf etdirmək sahəsində universitet tələbələrini mobilləşdirməklə bağlı biznes və ali təhsil liderləri ilə işləyən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. İştirakçı tələbələr kampuslarda komandalar təşkil edir və ehtiyacı olan insanların həyat keyfiyyəti və yaşam standartını yaxşılaşdıran yardım layihələrini inkişaf etdirmək üçün biznes konsepsiyalarını tətbiq edirlər. İllik regional və milli yarışlar liderlərin hakimlər kimi çıxış etməsini təmin edir. Enactus - Ali təhsil müəssisələri və biznes strukturları arasında partnyorluq, tərəfdaşlıq və əməkdaşlıqdır. Əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması nəticəsində tələbə komandaları yaşadıqları cəmiyyətdə azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər.

Enactusda Azərbaycan komandaları

Ən çox ENACTUS-un respublika çempionatı üzrə ən çox qalibi olan komandası Dövlət İdarəçilik Akamediyasına aiddir(2016, 2018, 2019).

2014 cü il qalibi Naxçıvan Dövlət Universiteti olmuşdur. (“Arı südü”, “Herba Us” və “Piezo elementləri”)

2015 ci il qalibi Azərbaycan Dövlət Aqrar Universiteti olmuşdur.

Enactus Azərbaycan tarixində ilk dəfə respublika çempionu olan DİA komandası 2016 ci ildə Torontoda keçirilən Enactus WORLD CUP-da iştirak edirdilər. (Cücələrim, Life Keeper)

2016 ci il enactus qalibi

UNEC 2017 ci ildə keçirilən respublika cempionatında qalib olsalar belə Londonda keçirilən World Cup-da iştirak etməmişdir.

 

2018 və 2019 cu illərdə də Dövlət İdarəçilik Akademiyası qalib olaraq 2 dəfə ardıcıl Amerikada keçirilən World Cup-da iştirak haqqı qazanmışdır.

2018

Enactus 2018 ci il qalib

2019

2019 cu il qalibi Enactus

2020 ci qalibi isə Bakı Dövlət Universiteti olmuşdur.

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + Enactus nədir?
  • + Enactus necə işləyir?
  • + Enactus-un əsas prinsipləri hansılardır?
  • + Enactus konkret ölkə və ya bölgə ilə məhdudlaşır?
  • + Enactusun bir hissəsi olmağın faydaları nələrdir?
  • + Mənə yaxın Enactus komandasını necə tapa bilərəm?