yos imtahani

Yös nədir?

İçindəkilər

YÖS imtahan tarixləri və ödənişlər

 

YÖS haqqında  məlumat

 YÖS (Yabancı Öğrənci Sınavı) Türkiyədə bakalavr təhsili almaq üçün şagirdlərin keçməli olduqları imtahandır. YÖS imtahanında uğurlu nəticə əldə edərək Türkiyənin 150-dən çox qabaqcıl universitetinə qəbul ola bilərsiniz. İmtahan yalnız bakalavr pilləsi üçün keçərlidir.

Yös imtahanında maksimal bal 100 baldır – minimal keçid bal intervalı isə 51-55 bal arası dəyişir. Ümumiyyətlə, 60-dan yuxarı bal topladığınız təqdirdə güzəştli şərtlərlə təhsil ala bilərsiniz.

Yös imtahanı 2 hissədən ibarətdir

1 Məntiq, riyaziyyat

2 Türk dili

İmtahan məzmununa ümumiyyətlə, Riyaziyyat (30-40 sual), Həndəsə (5-15 sual) və Məntiq(IQ) (40-60 sual) daxildir. Bundan əlavə, imtahanlarda türk dili (50-60 sual) bacarıq(yazı,dinləmə,danışıq,oxuma) testləri tətbiq edilir və bu suallar tələbələrin türkcə səviyyəsini ölçmək üçün verilir.

YÖS imtahanına qeydiyyat

Hər bir universitetin öz veb saytından mart-iyun ayları arasında aparılır. İmtahan Bakıda keçirilir.

Tələbələrdən rəqəmsal fotoşəkil, şəxsiyyət vəsiqəsi/pasport, diplom/tələbə sertifikatı, transkript və s. kimi sənədlər tələb olunur.

İmtahanın nəticəsi 3-6 həftə arasında elan edilir. İmtahan nəticəsinə uyğun olaraq qəbullar həyata keçirilir. İmtahanda zəif nəticə göstərmiş tələbələr istədikləri qədər imtahan verə bilərlər. Müxtəlif universitetlərin imtahanlarına dəfələrlə qatılmaq üçün məhdudiyyət yoxdur.

YÖS imtahan ödənişləri

İmtahana giriş üçün edilən ödənişlər universtitetlərə görə dəyişə bilir.

Ortalama bu qiymətlər 50-150 dollar arası dəyir.

YÖS imtahanında ən çox üstünlük verilən bölmələr

• Tibb fakultəsi ( Türkcə)

• Tibb fakültəsi ( İngiliscə)

• Baytarlıq

• Diş həkimi Hüquq fakültəsi

• İqtisadiyyat

• Psoxologiya – PDR

• Memarlıq

•Hüquq fakültəsi

 

55 – 65 bal arası qəbul ola biləcəyiniz ixtisaslar

•Dövlət idarəçiliyi

•İqtisadiyya

•Maliyyə

•Menecment

•Turizm

•İdman

•Logistika

 

*70-85 bal arası qəbul ola biləcəyiniz ixtisaslar*

•Memarliq

•Mühəndislik

•psixologiya

 

*90-100 bal arası qəbul ola biləcəyiniz ixtisaslar*

•Hüquq

•Tibb

•Diş həkimliyi

YÖS 2022 imtahan tarixləri və imtahan ödənişləri

 

Universitetin adı İmtahan Tarixi İmtahan saatı Son Qeydiyyat Tarixi Ödəniş
Pamukkale Üniversitesi 11 may 2022 16:00 31 mart 2022 70$
İnönü Üniversitesi 21 may 2022 13:00 1 aprel 2022 65$
Ondokuz Mayıs Üniversitesi 29 May 2022 14:00 15 aprel 2022 85$
Çukurova Üniversitesi 11 iyun 2022 10:30 22 aprel 2022 60$
Uludağ Üniversitesi  (ONLİNE) 28 may 2022 11:00 25 aprel 2022 95$
Uludağ Üniversitesi (ONLİNE) 4 iyun2022 11:00 25 aprel 2022 75$
İstanbul Üniversitesi 11 iyun 2022 16:00 2 may 2022 75$
Sakarya Üniversitesi 4 iyun 2022 16:00 15 may 2022 85$
Sivas Cumhuriyet Üniversitesi 4 iyun 2022 12:00 15 may 2022 65$
Atatürk Üniversitesi 16 iyun 2022 12:00 15 may 2022 55$
Harran Üniversitesi – 2.sınav 11 iyun 2022 15:00 70$
Dumlupınar Üniversitesi – 2. sınav 11 iyun 2022 12:00 27 may 2022 45$
Erciyes Üniversitesi 12 iyun 2022 15:00 27 may 2022 55$
Celal Bayar Üniversitesi 25 iyun 2022 29 may 2022 70$
Cerrahpaşa Üniversitesi 25 iyun 2022 15:00 10 iyun 2022 90$
Gaziantep Üniversitesi 2 iyul 2022 14:30 3 iyun 2022 65$

 

SAT ilə YÖS fərqi

İndi isə keçək əsas məsələyə SAT yoxsa YÖS ilə hazırlaşmaq?

 Türkiyənin bir çox universiteti həm SAT həmdə Yös imtahanı ilə qəbul ola bilərsiniz həmin universitetlər üçün hansı imtahan ilə hazırlaşmanızının önəmi yoxdur. Lakin bəzi universitetlər varki ancaq SAT ilə qəbul aparır.

Məsələn, ÖDTÜ, Boğaziçi, Gazi, Hacettepe, Sabancı, Koç kimi Türkiyənin öndə gedən universitetlərində təhsil 100 faiz ingiliscə olduğu üçün bu universitetlərdə SAT imtahanı ilə verməlisiniz.

Əgər YÖS imtahanı ilə hazırlaşmaq qərarına gəlmisinizsə o zaman siz, Uludağ, Dumlupınar, Celal Bayar kimi universitetlərə qəbul ola bilərsiniz. Həmçinin İTÜ, Akdeniz, İstanbul, Marmara kimi universitetlərə YÖS imtahanı ilə də qəbul ola bilərsiniz. YÖS imtahanı ilə qəbul olan tələbələr üçün TÖMER və ya TYS imtahanı verməsi lazımdır. Bu imtahan Azərbaycanlı tələbələr üçün çox asandır.

 

   Ən Çox Verilən Suallar

  • + YÖS nədir?
  • + YÖS imtahanı nəyi qiymətləndirir?
  • + YÖS imtahanı nə vaxt edilir?
  • + YÖS imtahanına necə qeydiyyatdan keçə bilərəm?
  • + YÖS imtahanının formatı necədir?
  • + İlk cəhdimdə keçə bilməsəm, YÖS imtahanını yenidən verə bilərəmmi