TÖMER nədir?

İçindəkilər
TÖMER nedir?
TÖMER (Türk dili haqqında sertifikat) /TYS (Türkçe Yeterlik Sınavı), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır. TÖMER imtahanı xarici tələbələrin türkcə dil biliyini yoxlayır. Bakalavr səviyyəsində universitetlər TÖMER imtahanını əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə birbaşa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur. 
 
Qısacası TÖMER/TYS Türkiyədə aşağıdakı kataqoriyaya aid olan hər kəsə lazımdır.
• Attestatla bakalavr təhsili almaq istəyənlərə
• YÖS-lə bakalavr təhsili almaq istəyənlərə 
• Magistr təhsili almaq istəyənlərə 
• Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
• Doktorantura oxumaq istəyənlərə
 
Lakin TÖMER imtahanı ilə maraqlanan hər kəsin bilməli olduğu bəzi qaydalar var: 
1. TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır.Bu həm vaxt itkisi, həmçinin də pul itkisidir.
2. YÖS-lə qəbul aparan universitetlərdə TÖMER və ya TYS balları 65-70-dən başlayır. Attestatla qəbul aparılan universitetlərdə keçid balları 55-60-dan başlayır. 
3. Türkçe Yeterlilik Sınavı zamanı sizin biliyiniz 6 səviyyədə qiymətləndirilir.
Bu səviyyələr aşağıdakılardır:
• A1 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)                                     
• A2 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir) 
• B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir) 
• B2(55-70) – Başarılı – (Bu nəticəni birçox universitetlər qəbul edir) 
• C1(71-88) – Başarılı – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir) 
• C2(89-100) -Başarılı – (Bu nəticə tamami ilə keçərlidir)
 
Əgər siz Türkçe Yeterlilik sınavına girirsinizsə istənilən halda yuxarıda sadalanan 6 səviyyədən birinə aid biliyiniz olduğuna dair sizə sertfikat veriləcəkdir.
Məsləhət olunur ki, TÖMER sınavı günü çatmadan hər kəs TÖMER imtahani suallari nümunələrinə baxsın çünki bu imtahanda uğurlu olmağa kömək edəcək. 

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + TÖMER nədir?
  • + TÖMER nəyi test edir?
  • + TÖMER necə qiymətləndirilib?
  • + Fərqli TÖMER səviyyələri hansılardır?
  • + TÖMER xalları nə qədər etibarlıdır?