İtaliyada təhsil

İçindəkilər

Bugünkü “Xaricdə təhsil” blogunda bəhs edəcəyimiz təhsil sistemi İtaliyanın təhsil sistemidir.

İtaliya Bologna sisteminin vətəni olaraq bilinir.Burada təhsil sistemi Azərbaycan sistemindən tamami ilə fərqlidir. İtaliyada bakalavr təhsili 3 il, maqistr təhsili isə 2 il davam edir. Həmçinin  "Ciclo Unico" yəni 5-6 illik olan proqramlar da var ki, bunların ikisini də özündə birləşdirir.

İtaliyada təhsil ingilis və italyan dilində tədris olunur. İngilis dili üçün universitetlərdən asılı olaraq İELTS 5.5-6.5 talebi olunur. Elə universitetlər də var ki, siz sertifikat göstərmədən universitetə qəbul ala bilərsiniz. Bu zaman siz getdiyiniz universitetdə səviyyə imtahanı verməlisiniz. İtalyan dilində təhsil üçün isə B2 səviyyəsi tələb olunur. Təbii ki, İtalyan dilində tədris proqramları daha çoxdur.

Hər bir fəndən ildə 4 dəfə rəsmi imtahan verə bilərsiniz. Qış sessiyası və yay sessiyasına bölünməklə hər sessiyada 2 imtahan olur. Bundan əlavə rəsmi imtahanlardan qabaq aralıq imtahanları mövcuddur ki, bu da öz  növbəsinə vaxtından qabaq imtahan vermək istəyən tələbələr üçün nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, burada maksimum qiymət 30 baldır və minimum keçid balı 18dir. Professorların xüsusi qəbul günləri olur və tələbələr bu günlərdə professorun otağına gedərək suallarını verə bilərlər. Dərslərə giriş çox vaxt sərbəstdir. Siz dərslərdə iştirak etməsəniz də sonda imtahanlarda iştirak edə bilərsiniz. İmtahanlar şifahi və yazılı ola bilər

Əcnəbi tələbələr lazımı şərtlərə cavab verdikləri və italyan dilini yaxşı bildikləri halda bu ölkədə təhsil ala bilərlər. İtaliyada dil məktəbləri italyan dilinin öyrənilməsi proqramı ilə yanaşı, dizayn və incəsənət üzrə xüsusi kurslar da təklif edirlər. Biznes üçün italyan dilini öyrənmək istəyənlər sırf iqtisadiyat və hüquq leksikası ilə zəngin dil kursunu sifariş edə bilərlər.

Hər bir universitetin rəsmi saytı olması tələbələr üçün çox rahat olur. Tələbələr şəxsi hesabları vasitəsi ilə buradan oxumaq istədikləri fənləri seçə bilər, imtahanlara qeydiyyatdan keçə bilər və ya dərs materialları ilə tanış ola bilərlər.

 

   Ən Çox Verilən Suallar

  • + İtaliyada ali təhsil sistemi necədir?
  • + İtaliyada təhsil ingilis dilində aparılırmı?
  • + İtaliyada bakalavr proqramının müddəti nə qədərdir?
  • + İtaliyada beynəlxalq tələbələr üçün dil biliyi tələbləri hansılardır?
  • + İtaliya universitetlərində qiymətləndirmə sistemi necə işləyir?