
SAT nədir?
Scholastic Aptitude/Assessment Test, başqa sözlə, bir çoxumuzun abbreviatura olaraq eşitdiyi SAT ilk əvvəl Amerikada (1926, "College Board" tərəfindən) Ali təhsil müəssisələrinə qəbul üçün yaranmış, sonralar isə digər ölkələrdə də tətbiq olunmağa başlanan standartlaşdırılmış test imtahanıdır. İllər ərzində SAT imtahanının adı və strukturu müəyyən dəyişikliklərə uğrayıb. Hal-hazırda isə SAT - Reasoning test (SAT I) və Subject test (SAT II) formasında 2 hissəyə ayrılır. Türkiyə, Amerika və bizim bəzi universitetlərə qəbul üçün tələb olunan məhz SAT I hissəsidir. SAT II digərinə nəzərən az tələb olunur və məşhur ABŞ universitetlərinə qəbul üçün nəzərdə tutulub. Bu imtahanları vermək üçün tövsiyə olunan ingilis dili səviyyəsi B2 yəni, upper-intermediate-dir. İmtahanın nəticələri 2 ilədək etibarlı hesab olunur.
SAT I imtahanı
Reasoning test (SAT I) 3 hissəyə ayrılır: “Riyaziyyat” , “Critical Reading” və “Writing”
“Riyaziyyat” hissəsində həndəsə və cəbrdən biliyiniz, “Critical Reading” hissəsində ingiliscə oxumaq və anlamaq qabiliyyətiniz,“Writing” hissəsində isə ingiliscə yazı qabiliyyətiniz yoxlanılır. İmtahanın davam etmə müddəti 3 saat 45 dəqiqədir və toplana biləcək maksimum bal isə 1600-dür. Türkiyə universitetləri üçün ilk 2 hissə (“Riyaziyyat” və “Critical Reading”) kifayət etsə də, Amerika universitetlərinə qəbulu planlaşdırırsınızsa hər 3 bölmə üzrə (yəni, “Writing” hissəsi də daxil) imtahan verməyiniz mütləqdir.
SAT II imtahanı
SAT II imtahanında isə sizin seçmə fənn üzrə akademik biliyiniz yoxlanılır. Suallar müxtəlif akademik fənnlərdən (fizika,kimya,biologiya,tarix,alman,fransız,italyan,ispan,çin,yapon dili və s.) olur. Bal intervalı 200-800 arasında dəyişir, imtahanının davametmə müddəti isə 1 saat olur. Yuxarıda da qeyd olunduğu kimi, bu imtahan sırf ABŞ universitetlərinə qəbul üçün nəzərdə tutulub. Seçmə fənni isə qəbul olmaq istədiyiniz universitetin tələblərinə əsasən müəyyən edə bilərsiniz.
Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, Azərbaycanda ADA,UNEC və Xəzər kimi universitetlərdə bakalavr pilləsi üzrə tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanı ilə yanaşı, beynəlxalq SAT imtahanı əsasında da aparılır.
SAT Kursları haqqında əlavə məlumat üçün klik edə bilərsiniz.
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Rus dili öyrənməyin 6 qısa yolu
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
Rus dilini öyrənmək üçün sözlər və ifadələr
İngilis dilini niyə öyrənə bilmirik?
Rus dilində frazeoloji birləşmələr
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
GMAT və GRE nədir?
Liderlik haqqında sitatlar (RUS-AZE)
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
Tələbə Krediti
IELTS nədir və nə üçün lazımdır?
Esse nümunələri İngilis dilində necə Esse yazmaq lazımdır?
Ən Yaxşı Təqaüd Veb saytları
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Yös nədir?
İngilis Dili Səviyyələri
Rus Dilində Mətnlər
İngilis dilinin tarixi