FLEX programı nədir?

İçindəkilər

 FLEX programı nədir?

FLEX (Future leaders’ exchange- Gələcəyin liderlərinin  mübadiləsi) 10 ay yəni bir təhsil ili üçün nəzərdə tutulmuş bir programdır. Bu program vasitəsilə, qaliblər, Amerikada həmin il ərzində təhsil almaq şansı qazanırlar. Program Azərbaycanda artıq 25 ildir ki keçirilir və Azərbaycandan 26000-dən artıq tələbə bu programın iştirakşısıdır.

 FLEX programının xeyri nədir?


İlk növbədə xeyri, 10 ay ərzində başa bir ölkənin həyat tərzi və mədəniyyəti ilə tanış olursan. İngilis dilini daha da inkişaf etdirirsən. Özünə başqa FLEX məzunlarından ibarət bir qrup qazanırsan və ən əsası qayıtdıqdan sonra belə müxtəlif maraqlı işlər görə biləcəyin çoxlu dostların əhatəsində olursan.
 

FLEX programı tamamilə pulsuzdurmu? və Kim maliyyələşdirir?

Bəli, FLEX programı tamamilə pulsuzdur və Amerikadakı müxtəlif orqanizasiyalar və sizi qəbul edən ailələr tərəfindən maliyyələşdirilir. Yəni iştirakçıların, bütün uçuş biletləri, visa və həmçinin siğortaları, həmçinin aylıq 100-150 dollar (organizasiyadan asılı olaraq dəyişir)arası olan təqaüdləri həmin bu proqramlar tərəfindən ödənilir. Həmin bu il ərzində isə, siz könüllü yəni heç bir ödəniş almadan sizi qəbul etmiş bir ailədə həmin ailənin bir üzvü kimi yaşayırsınız, yəni yemək və ev xərcləriniz də onlar tərəfindən qarşılanır. Məktəb isə, ailənin və sizi qəbul edən orqanizasiyanın yaxınlığında olan bir məktəb seçilir. İştirakçılar (yəni siz) sizi qəbul edən orqanizasiyanı, ailəni və ya ştatı seçmək şansı əldə etmirsiniz. Onlar sizi seçirlər.
P.S ödədiyiniz yeganə məbləğ seçildiyiniz təqdirdə xarici pasport almaq üçün ödəyəcəyiniz 47 manat məbləğində dövlət rüsumu olacaq

Flex Programda iştirak şərtləri nədir? 

  • 15-17 yaşlı olmalı
  • Müsabiqə keçirilən zaman orta məktəbdə 9, 10, 11-ci sinif  şagirdi olmalı;
  • İngilis dilini bilməli  (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər)
  • Amerika vizalarının verilməsi tələblərinə uyğun olmalı;
  • Azərbaycan vətandaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalıdırlar.

(https://az.usembassy.gov/)

 

Flex programında İngilis dili vacibdirmi? 

İngilis dilini heç olmasa imtahan turlarını keçə biləcəyiniz və Amerikada olarkən öz ehtiyaclarınızı ifadə edə biləcəyiniz səviyyədə bilməlisiniz. Və bəli, Amerikaya getməzdən əvvəl imtahanları keçmək üçün ən azından “hello”, “how are you?”-nu deməyi bacarmağınız vacibdir.

Flex programında İmtahan necə olur? 

FLEX imtahanı 3 turdan ibarət olur. İmtahanını 1ci turu əsasən, 15 sentyabrla- 15 oktyabr arasındakı bir tarixdə (yaşadığınız şəhərdən asılı olaraq) keçirilir. İmtahan tarixlərini  American councils  -in üstünə klikləyərək həmin saytdan yoxlaya bilərsiniz. Birinci tur üçün sizə lazım olan sadəcə olaraq, şəxsiyyət vəsiqəsi və ya metrika-nın kopyası və əsli, 3X4-ə şəkil və bir də qələminizi götürərək sizə ən yaxın olan imtahan məntəqəsinə getməkdir. Qeydiyyat elə imtahan günü həmin yerdəcə aparılır və siz imtahana buraxılırsınız. Birinci turda 15 sualdan ibarət ingilis dilində bir test olur və imtahan sadəcə 15 dəqiqə çəkir. Suallar sadə ingilis dili bilikləri olanlar üçün asandır deyilə bilər. Bu turun nəticələri ya həmin gün ya da ən uzağı 1 gün sonra açıqlanır və siz 2ci tura dəvət olunursunuz.

2-ci tur normalda 1ci turdan sonrakı 1 ay ərzində keçirilir və bu tur üçün şəxsiyyət vəsiqəniz və ya metrikanızla imtahana buraxılırsınız. Bu turda siz əvvəlcə Dinləmə (Listening) -dən imtahan verirsiniz. Yəni oturduğunuz otağa maqnitofonla müxtəlif dialoqlar və ya hekayələr qoyulur və siz onların cavablarını cavab kartında işarələyirsiniz. Bundan sonra isə ingilis dilində olan inşa yazmağınız tələb olunur. İnşa suallarını siz seçmirsiniz. 2ci turun nəticələri də 1 ay ərzində məlum olur və 3cü tur üçün şans qazanırsınız.

3-cü tur da 2ci turdan sonrakı 1-2 ay ərzində keçirilir. Burada sizdən interview alınır və sizdən yenə də inşa yazmağınız tələb olunur. Bu arada deyim ki, inşa sualları çox asan olur.  və həmçinin sizə evdə və məktəbdə ailənizə və müəllimlərinizə və həmçinin də özünüzə doldurmaq üçün formalar (sənədlər) verilir.

3cü turun cavabları isə ən azı 4-5 ay ərzində yəni mart-aprel aylarında açıqların və siz seçilsəniz və ya seçilməsəniz belə sizə zəng edib bu haqda məlumat verilir. bu vaxt 3- haldan biri olur: ya tamamilə seçilməmisiniz, ya seçilmisiniz və artıq programla 1 il ərzində Amerikada təhsil şansı qazanmısınız və yaxud da alternativ olmusunuz. Yəni, əgər seçilmiş finalistlərdən hər hansısa birisi imtina edərsə, və ya müəyyən səbəblərə görə iştirak edə bilməzsə demək ki, onun yerinə siz gedəcəksiniz.

Əgər artıq buraya qədər də gəlmisinizsə, gerisində nə edəcəyinizi, dolduracağınız bütün sənədlərə Amerikan konsulluğu köməkçi olur və sizin bütün suallarınızı cavablandırır.

Uğurlar!

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: