Macarıstanda təhsil

İçindəkilər

Dünyanın fərqli bölgələrindən hər il minlərlə tələbə təhsil almaq üçün Macarıstana yollanır. Bu ölkə həm keyfiyyətli təhsil ocağları həm də təmiz şəhərlər, sərfəli qiymətlər, perspektivli iş imkanları ilə fərqlənir. Əcnəbi tələbələrimizin əksəriyyəti Budapeştdə təhsil alsa da, digər şəhərlərin də tələbələr üçün təklif edəcəyi çox şey var. Macarıstanın öndə gələn universitetləri isə belədir:

1.University of Szeged

2.University of Debrecen

3.Eötvös Lorand University

4.University of Pecs

5.Corvonus University of Budapest

 

Macarıstan dövlət təqaüdü

Təqaüd, hər il 5000 -dən çox beynəlxalq tələbə cəlb edən, demək olar ki, 80 ölkə və ərazidə beş qitədə mövcuddur. Hal-hazırda, Stipendium Hungaricum Proqramı ilə məşğul olan, bütün dərəcə səviyyələrində bütün ali təhsil sahələrini əhatə edən, part-time və doktorantura proqramları da daxil olmaqla, əsasən ingilis dilində aparılan 600-dən çox təhsil proqramı ilə məşğul olan 29 Macarıstan ali təhsil müəssisəsi var.

Stipendium Hungaricum proqramında mövcud təhsil sahələri:

Engineering science
Social science
Teacher training
Theology
Natural sciences
Arts education
Medical and Health science
Computer science

 

Təqaüd xərcləri və tələblər universitet və ixtisaslardan asılı olaraq dəyişə bilir. Aşağıda əsas qoyulan tələbləri qeyd edirəm:

  • IELTS və ya TOEFL (İxtisaslardan asılı olaraq dəyişə bilir)
  • Motivasiya məktubu
  • Sağlamlıq barədə arayış
  • GPA (İxtisaslardan asılı olaraq dəyişir)

 

Bəzi universitetlər imtahanla qəbul edir. Bu imtahanın nəticəsindən asılı olaraq siz qəbul alırsız. Yüksək nəticələri olan müəyyən sayda tələbələr təhsil haqqından azad olunma və yaşayış xərcləri kimi üstünlüklərdə qazana bilir.

Macarıstanda doktorantura üzrə təhsilinizi davam etdirə bilərsiniz. Əsasən tədqiqat işi və motivasiya məktubu tələb olunur.

Macarıstanda olan təhsil müəssələri, ixtisaslar və qəbul şərtləri barədə daha ətraflı məlumat almaq istəyənlər üçün Macarıstan Təqaüdü rəsmi saytına aşağıdakı linkdən daxil ola bilərsiniz. 

https://apply.stipendiumhungaricum.hu/

 

Macarıstanda iş imkanları

Macarıstan Avropada iş tapmaq üçün əlverişli ölkələrdən biridir. Macarıstan höküməti əcnəbi tələbərə həftədə 24 saat işləmək icazəsi verir. Buda təhsil müddətindəişləyərək həm təcrübə, həm də əlavə gəlir qazanmaq imkanı yaradır. Şirkətlərdə təcrübəçi olaraq çalışan tələbərində sayı kifayət qədər çoxdur. Əlavə olaraq, təhsilinizi bitirdikdən sonra ölkədə qalıb işləmək istəyirsinizsə, iş icazəsi almalısınız. Çox vaxt işə qəbul edən şirkət bu prosedurlarla məşğul olur. Bu icazəni alana kimi siz işləyə bilməzsiniz. Macarıstanda iş imkanları üçün sosial şəbəkələrdən və ya iş veb-saytlarına baxa bilərsiniz:

 

https://www.profession.hu/ 

https://www.jobinfo.hu/

 

Macarıstana viza şərtləri

Macarıstan Şengen ölkələr qrupuna daxildir. Yəni, Macarıstana getmək üçün də Şengen vizası tələb olunur. Tələbə kimi gedirsizsə D kateqoriyalı vizaya müraciət edə bilərsiniz. Bunlar üçün Macarıstanın Bakıda yerləşşən səfirliyi ilə əlaqə saxlaya bilərsiniz. Əlavə olaraq, şərtlər və prosedurlarla yaxından tanış olmaq istəyirsinizsə aşağıdakı linkə klik edin.

https://baku.mfa.gov.hu/aze/page/prosedur

 

   Ən Çox Verilən Suallar

  • + Macarıstanda ali təhsil sistemi necədir?
  • + Macarıstan universitetləri və dərəcələri beynəlxalq səviyyədə tanınırmı?
  • + Macarıstanda təhsil ingilis dilində aparılırmı?
  • + Macarıstanda bakalavr proqramının müddəti nə qədərdir?
  • + Macarıstanda beynəlxalq tələbələr üçün təqaüdlər varmı?
  • + Macarıstan universitetlərində qiymətləndirmə sistemi necə işləyir?