
Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə AR Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilmişdir.
Tələbə Təhsil Krediti (TTK) təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə təşkil edilmişdir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.
Tələbə təhsil krediti üçün Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
https://e-ttkf.edu.az/Account/CreditCalculator
*Təhsil göstəricilərinə əsasən güzəşt hüququ əldə etdikdə 0% (faizsiz)
Sosial TTK-dən istifadə etmək hüququna malik tələbələr:
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
Standart TTK-dən istifadə etmək hüququna malik tələbələr:
Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər:
Qeyd: TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır.
Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən qəbul imtahanında toplanan minimal həddi :
Tələbə təhsil müəssisəsindəki həmin ixtisas üçün rəsmi qaydada təsdiq edilmiş illik təhsil haqqı məbləğinin bir semestr üçün olan miqdarında TTK ala biləcək.
Bu müddət tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə verilən güzəşt və möhlət dövrlərindən asılıdır.
Tələbə təhsil krediti aldıqdan sonra əyani təhsil aldığı dövr, güzəşt dövrü və möhlət müddətlərində ondan kredit geri istənilmir və faiz hesablanmır.
Təhsil müddəti bitdikdən sonra tələbəyə 2 il güzəşt verilir. Bundan sonra tələbə kreditini 10 il müddətində qaytara biləcək.
Təhsil tələbə krediti almış təhsilalan həqiqi hərbi xidmətdə, analıq məzuniyyətində olduğu müddətdə, birinci dərəcə əlilliyi olan şəxslərə və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağa baxdığına müddətdə ona kreditin ödənilməsində əlavə möhlət verilir.
Təhsil müddətində yaxşı oxuyan tələbələrə güzəştlər olunacaq. Bu güzəşt həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasına şamil olunur.
Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır.Belə ki:
*Bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmur. Məbləğ hər tədris ili üzrə ödənilir. Bank tərəfindən birbaşa təhsil müəssəsinə ödənilir.
Bu kredit üçün girov və ya zaminlik tələb olunmur və bu kredit sığortalanır.
Tələbə kreditinə müraciət və qeydiyyat üçün Təhsil Tələbə Krediti Fondunun rəsmi saytına daxil ola bilərsiniz. https://ttkf.edu.az/
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
MBA nədir?
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Podcast nədir?
Mentor nədir?
Front end nədir?
Frontend Kursları
HTML Nədir?
SWOT analizi nədir?
Nikola Tesla Kimdir?
HR nədir? HR vakansiya necə tapılır?