
MBA ( Master of Business Administration) – iqtisadiyyat və menecment sahəsində magistr dərəcəsidir.
20-ci əsrin əvvəllərində Amerikada meydana çıxan MBA təhsilinin məqsədi biznes üçün yaxşı idarəçiləri yetişdirmək olub. Hal-hazırda dünyanın demək olar ki, hər bir yanında MBA təhsilindən xəbər var.
MBA təhsilini digərlərindən fərqləndirən əsas cəhət, praktiki təhsilə nəzəri biliklərdən daha çox üstünlük verilməsidir. Tədris ərzində tələbələr müxtəlif “real case”lər üzərində çalışırlar. Dərslər özündə biznes oyunların, təlimlərin və mühazirələrin keçirilməsini, layihələrin yaradılmasını və müdafiəsini, komanda işini ehtiva edir. Müəllimlər heyəti isə məsləhətçilərdən, idarəçilərdən və direktorlardan ibarət olur.
MBA təhsilinin bir neçə növü var:
MBA diplomu və dərəcəsi olan insanlar kariyerasında daha asanlıqla və daha prestijli iş tapırlar. Əgər siz də bu sahədə rəqabətə davamlı, ixtisaslaşmış mütəxəssis olmaq istəyirsinizsə MBA təhsili haqqında düşünməyə başlamalısınız. (MBA təhsilini həm Azərbaycanda, həm də ölkə xaricində ala bilərsiniz.) Qiymətlərə gəldikdə isə MBA təhsili ölkəmizdə 2500 manatdan başlayır.