
Hər kəsin tanıdığı, Meta şirkətinin yaradıcısı və əsas səhmdarı olan Mark Zukerberq öz şirkətini yaradarkən daha təcrübəli İT rəhbərləri ilə - Bill Qeyts və Stiv Cobs ilə ünsiyyət qurmağa başladı. Onlar Markın fikrilərini və ideyalarını kənardan qiymətləndirə bildilər və onun üçün mentor kimi oldular. Təcrübəli bizneыmenlər mentorların kim olduğunu, nə üçün lazım olduğunu və onları haradan tapacağını bilirlər.
45 top-menecerdən 38 nəfəri Harvard Business Review jurnalına müsahibəsində mentor məsləhətlərinin onları səhv addım atmaqdan çəkindirdiyini, 32 nəfər isə mentorun sayəsində şirkətlərinin daha məhsuldar olduğunu bildirmişlər.
Nəticə sadədir: mentorla iş daha səmərəli qurulur. O, sizin üçün uğurlu karyera qurmayacaq, ancaq düzgün hədəflər qoymağa və onlara çatmağınıza mütləq kömək edəcəkdir.
İngilis dilində müəllimə (məsləhətçi) Menntor, ondan məsləhət alan şəxsə Mentee (mentee), mentorluq prosesinə isə mentorinq (mentoring və ya mentorship) deyirlər.
MENTOR - müəyyən bir sahədə və ya biznesdə təcrübəsi olan və bu təcrübənin faydalarını “yenicə doğulmuş” - MENTEE adlanan gənclə bölüşən şəxsdir. Mentorun rolu adətən Menteeyə konkret karyera məqsədlərinə nail olmaq üçün fəaliyyət planı hazırlamağa kömək etməkdir, baxmayaraq ki, Mentor Menteenin həyatının digər sahələrində də təlimat verə bilər.
Mentor menecer və ya daha təcrübəli həmkar ola bilər. Yaxud Mentor Menteenin işi ilə bağlı olmayan, lakin onun inkişafında maraqlı olan biri ola bilər.
Mentorlar adətən könüllü olurlar. Onların mentorla uzunmüddətli münasibəti ola bilər və ya onlar mentorla yalnız mentorluq əlaqəsi vasitəsilə tanış ola bilərlər.
Ümumi mövzu münasibətlərin özüdür: düzgün mentor gəncin inkişaf prosesinin müəyyən mərhələsində Menteeyə dəstək verən bələdçi və məsləhətçi kimi çıxış edir; Mentee - Mentorun müdrikliyini və məsləhətini mənimsəməyə çalışan tələbədir.
Mentoru təlimçi, müəllim və ya məşqçi ilə qarışdırmaq mümkündür.
Mentorun işi hər üçünün elementlərini əhatə edə bilər, lakin onun əsas diqqəti mənəvi və emosional dəstək, dürüst rəy və təsadüfi geri dönüş təklif etməkdir. Həqiqətən də, böyük mentorun heç bir formal təhsili olmaya bilər. Önəmli olan mentorun təcrübəsi və onu Menteeyə çatdırmaq bacarığıdır.
Mentee dinləməli və onun problemləri üçün təhliledici kimi çıxış etməli;
Menteenin planlarını, məqsədlərini və istəklərini hörmətlə soruşmalı;
Menteinin seçimləri və davranışları ilə bağlı konstruktiv tənqidi təklif etməli;
Xüsusilə sınaq anlarında emosional dəstək və təşviq verməli;
Menteinin sahəsinə uyğun yaxşı davranış, etika və dəyərləri modelləşdirməli;
Menteeni rahatlıqdan kənara çəkməli; Menteni daha üstün olmağa çağırmalı;
Müstəqil düşünməyi və qərar qəbul etməyə təşviq etməli;
Şəbəkə qurmaq, resurslarla təmin etmək və menteinin karyerasını aktiv şəkildə təşviq etməklə menteinin uğurunu asanlaşdırmalı.
Mentor-Mentee münasibəti inam və dürüstlük üzərində qurulur. Əgər Mentorun Menteinin maraqlarına uyğun olmayan gizli məqsədləri varsa, o, sui-istifadəyə məruz qala bilər.
Mentorluq münasibətinlərindən öz əhəmiyyəti üçün istifadə etmək
Qərar vermədə və ya problemin həllində Mentee üzərində səlahiyyəti öz üzərinə götürmək.
Müəyyən bir istiqamətə Menteeni məcbur etmək
Şəxsi mənfəət və ya üstünlük üçün mentor-mentee münasibətlərindən istifadə etmək.
Obyektivliyi itirmək və ya favoritlik nümayiş etdirmək.
Menteinin xarakterinə hücum edərək onun özünə hörmətini aşağı salmaq.
O, Menteinin peşəsinə uyğun olan əsas insanlar ilə tanış ola edə bilər;
O, istinadlar verə bilər;
O, Menteyin tək kəşf etməyəcəyi resursları göstərə bilər;
O, menteyi iş perspektivləri barədə xəbərdar edə bilər;
O, öz tanışları içində biznes sahiblərinə müsbət söz deyə bilər;
Və bir dost kimi, o, ilham verə bilər / işlər planlaşdırıldığı kimi getmədikdə dəstək üçün orada ola bilər və menteyə çıxış yolu strategiyası hazırlamağa kömək edə bilər.
Yaxşı Mentor axtararkən unutmayın ki, Siz kimdənsə böyük məsuliyyət istəyən bir iş tələb edəcəksiniz. İnkişaf etmək istədiyiniz sahə üzrə geniş təcrübəsi olan insanların axtarışına çıxın və ictimai münasibətlərinizin səmimi yollar vasitəsi ilə inkişafına şərait yaradın.
Ondan sizə mentorluq etməyi xahiş etdikdə, öhdəliyi hər ikiniz üçün rahat olan şəkildə müəyyənləşdirin. Məsələn, ayda bir dəfə sizinlə görüşə biləcək bir mentor axtardığınızı qeyd edə bilərsiniz.
Mentordan nə öyrənmək istərdiniz? Bu münasibətin necə görünməsini istərdiniz? Onu yazın:
Daha çox təcrübəsi olan birindən öyrənmək istədiyiniz üç xüsusi bacarıq.
Mentorluq üçün müraciət edə biləcəyiniz üç potensial insan.
Hər bir insandan öyrənmək istədiyinizi nə qədər vaxt ərzində soruşsanız rahat olarsınız. Həmin vaxtı müəyyənləşdirin.
Əgər ağlınızda sizə mentorluq edə biləcək üç ad varsa, onlara necə müraciət edəcəksiniz? Üç potensial mentoru müəyyən edə bilmirsinizsə, onları necə tapacaqsınız?
Potensial mentor tapdıqdan sonra onlarla müsahibə aparın. Onları araşdırın. İzləyin. Mentor-mentee münasibəti uzun müddət davam edə bilər, ona görə də münasibətlər qarşılıqlı anlayış zəmnində formalaşmalıdır.
Bloq yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Rus dili öyrənməyin 6 qısa yolu
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
Rus dilini öyrənmək üçün sözlər və ifadələr
İngilis dilini niyə öyrənə bilmirik?
Rus dilində frazeoloji birləşmələr
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
GMAT və GRE nədir?
Liderlik haqqında sitatlar (RUS-AZE)
SAT nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
Tələbə Krediti
IELTS nədir və nə üçün lazımdır?
Esse nədir?
Ən Yaxşı Təqaüd Veb saytları
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Yös nədir?
İngilis Dili Səviyyələri
Rus Dilində Mətnlər
İngilis dilinin tarixi
Podcast nədir?
Frontend nədir?