HR nədir

HR nədir? HR vakansiya necə tapılır?

İçindəkilər

HR nədir?

HR – yəni “Human Resources” (İnsan Resursları) – bir təşkilatın ən dəyərli resursu olan işçilərlə bağlı bütün prosesləri əhatə edən sahədir. İşə qəbul, işçi münasibətləri, təlim və inkişaf, performans idarəçiliyi və əmək haqqı siyasətləri HR mütəxəssislərinin əsas fəaliyyət sahələridir.

Peşəkar HR mühiti qlobal olaraq sürətlə inkişaf edir və bu sahədə uğur qazanmaq üçün praktik biliklərlə yanaşı beynəlxalq sertifikasiyalara sahib olmaq getdikcə daha vacib hesab olunur. Eyni zamanda, HR vakansiya elanlarına olan tələbat da artır, bu isə sahədə yeni imkanların açılmasına şərait yaradır.

Beynəlxalq HR Sertifikatları: SHRM, HRCI və CIPD müqayisəsi

  1.  CIPD (Chartered Institute of Personnel and Development) — Böyük Britaniyada yerləşən və Avropa ölkələrində geniş tanınan HR təşkilatıdır. Bu təşkilatın təqdim etdiyi sertifikat proqramları akademik yanaşma, dərin təhlil və yazılı tapşırıqlarla fərqlənir.

CIPD daha çox aşağıdakı şəxslər üçün uyğundur:

  • HR sahəsində dərin nəzəri bilik və təhlil bacarığı inkişaf etdirmək istəyənlər;

  • Avropa bazarında işləməyi planlaşdıranlar;

  • Akademik və uzunmüddətli peşəkar inkişafı hədəfləyənlər

 CIPD sertifikasiyası 3 əsas səviyyədən ibarətdir:

  •  Level 3 – başlanğıc səviyyə, HR sahəsinə yeni başlayanlar üçün;

  •  Level 5 – orta səviyyə, artıq təcrübəsi olanlar üçün;

  •  Level 7 – qabaqcıl səviyyə, liderlik və strateji yanaşma üçün

Bu səviyyələr üzrə iştirakçılar tədris proqramlarında iştirak edir, müxtəlif mövzularda yazılı tapşırıqlar yerinə yetirir və qiymətləndirmədən keçirlər. İmtahan yalnız Level 7 səviyyəsində bəzi modullarda tətbiq olunur.

Azərbaycanda CIPD necə əldə etmək olar?

Hazırda Azərbaycanda Level 3 və Level 5 üzrə CIPD tədrisi və qiymətləndirməsi təklif edən təlim mərkəzləri fəaliyyət göstərir. Bu proqramlar adətən 6–12 ay arasında davam edir və tam onlayn və ya qarışıq formada təqdim olunur.
Nəzərə alınmalı məqamlar:
  • CIPD tədrisi praktiki tapşırıqlara və yazı bacarığına əsaslanır;
     

  • Sertifikatlar modul-modul yığılır və davamlı qiymətləndirmə ilə tamamlanır;
     

  • Bu proqramlar əsasən tədris əsaslıdır, yalnız testə əsaslanmır.
     

CIPD sertifikatı HR sahəsində analitik düşüncə, siyasət yazımı və strateji planlama bacarıqlarınızı inkişaf etdirir. Bu biliklər, xüsusilə HR vakansiya elanlarında tələb olunan əsas kompetensiyalardan sayılır. Əgər sizin məqsədiniz Avropa bazarına inteqrasiya və peşəkar inkişafdırsa, CIPD sizin üçün güclü seçim ola bilər.

CIPD Sertifikasiyası qiymətləri

CIPD sertifikatlarının qiymətləri səviyyəyə və tədris mərkəzinə görə dəyişir:

  • Level 3 (Foundation Certificate):

    • Təxmini qiymət: £1,750 – £2,500

  • Level 5 (Associate Diploma):

    • Təxmini qiymət: £2,290 – £3,700

  • Level 7 (Advanced Diploma):

    • Təxmini qiymət: £5,950 – £7,000

Əlavə xərclərə CIPD üzvlük haqqı da daxildir:

  • İllik üzvlük haqqı: £130

  • İlk dəfə üzv olanlar üçün əlavə qeydiyyat haqqı: £40

2.SHRM (Society for Human Resource Management) — dünyada insan resursları sahəsində ən böyük və nüfuzlu təşkilatlardan biridir. Bu təşkilat tərəfindən təqdim edilən SHRM-CP və SHRM-SCP sertifikatları HR sahəsində beynəlxalq miqyasda tanınır və karyera imkanlarını genişləndirir.

Bu sertifikatlar xüsusilə:

  • HR üzrə mütəxəssis və ya menecer kimi çalışanlara;
     

  • Strateji HR biliklərini inkişaf etdirmək istəyənlərə;
     

  • Beynəlxalq şirkətlərdə və ya xaricdə işləmək arzusunda olanlara uyğundur — xüsusilə də hr vakansiya elanlarında rəqabət üstünlüyü qazanmaq istəyənlər üçün

 SHRM sertifikatı olan şəxslər tez-tez qlobal və korporativ HR komandalarında, konsaltinq və təlim sahələrində önə çıxırlar. Bir çox vakansiyada bu sertifikat üstünlük kimi göstərilir.

Azərbaycanda SHRM imtahanı necə verilir?

2025-ci ilə görə, SHRM imtahanını Azərbaycanda birbaşa test mərkəzində vermək mümkün deyil. Lakin onlayn formatda, yəni remote proctoring ilə evdən imtahan vermək mümkündür.

  İki seçim mövcuddur:

  •  Prometric test mərkəzi (Azərbaycanda mövcud deyil)

  •  Online imtahan – ən çox istifadə edilən üsuldur.

  Tələblər:

  •  Sabit internet, kamera və mikrofon;

  •  Tək və səssiz mühit;

  •  İmtahan öncəsi otağın göstərilməsi

  •  Qeydiyyat zamanı “Remote Proctoring” seçimi

SHRM Sertifikasiyası qiymətləri

  • SHRM-CP:

    • Üzvlər üçün: $495

    • Üzv olmayanlar üçün: $595

  • SHRM-SCP:

    • Üzvlər üçün: $595

    • Üzv olmayanlar üçün: $695

Əlavə olaraq, SHRM Learning System adlı onlayn hazırlıq paketi mövcuddur:

  • Üzvlər üçün: $820

  • Üzv olmayanlar üçün: $1,130

3.HRCI (HR Certification Institute) — insan resursları üzrə qlobal səviyyədə tanınan və əsasən Amerika modeli üzərində qurulmuş nüfuzlu bir təşkilatdır. Bu qurum tərəfindən təqdim edilən PHR (Professional in HR) və SPHR (Senior Professional in HR) sertifikatları HR biliklərinin genişliyini və praktiki tətbiqini ölçür.

 Bu sertifikatlar əsasən:

  • HR biliklərinin texniki və qanuni tərəflərini dərinləşdirmək istəyənlər;

  •  ABŞ və beynəlxalq bazarlarda rəqabətə davamlı peşəkarlar;

  •  Özünü spesifik HR funksiyalarında inkişaf etdirmək istəyən mütəxəssislər üçün uyğundur;

HRCI sertifikat növləri və fokus sahələri
HRCI müxtəlif səviyyələrdə HR mütəxəssisləri üçün fərqli imtahanlar təqdim edir:

  • PHR – gündəlik HR funksiyalarına və əməliyyatlara fokuslanır və xüsusilə də hr vakansiya axtaranlar üçün praktiki biliklər qazandırır;
     

  • SPHR – daha strateji yanaşma, liderlik və siyasət yaratma bacarıqları tələb edir, bu da yüksək səviyyəli hr vakansiya elanlarında üstünlük əldə etməyə imkan verir.

İmtahanlar test formatında keçirilir və iştirak üçün müəyyən qədər iş təcrübəsi və təhsil səviyyəsi tələb olunur. Əvvəlcədən tədris almaq məcburi deyil, lakin hazırlaşmaq üçün mənbələr mövcuddur.

Azərbaycanda HRCI imtahanı necə verilir?

HRCI imtahanlarını Prometric test mərkəzlərində və ya onlayn formatda (OnVUE platforması ilə) vermək mümkündür.

  İki seçim mövcuddur:

  •  Test mərkəzi – Bakıda və ya yaxın regionlarda Prometric mərkəzləri;

  •  Online imtahan (remote proctoring) – evdən və ya ofisdən verilir.

 Onlayn imtahan üçün əsas tələblər:

Yüksək keyfiyyətli internet bağlantısı;

Kamera və mikrofonu olan kompüter;

Sessiya zamanı tam tək olmaq;

İmtahandan öncə otağın nümayişi və texniki yoxlama

 HRCI Sertifikasiyası qiymətləri

  • PHR (Professional in Human Resources):

    • Ərizə haqqı: $100

    • İmtahan haqqı: $395

    • Ümumi: $495

  • SPHR (Senior Professional in Human Resources):

    • Ərizə haqqı: $100

    • İmtahan haqqı: $495

    • Ümumi: $595

HR Vakansiyaları: İnsan Resursları Sahəsində İş Necə Tapmaq Olar?

Əgər İnsan Resursları (HR) sahəsində iş axtarırsınızsa, müxtəlif platformalardan istifadə edərək hr vakansiya elanlarını tapmaq mümkündür. Azərbaycanda ən çox istifadə olunan vakansiya saytlarından biri Busy.az-dır. Bu platformada, işəgötürənlər və iş axtaranlar bir-birini taparaq rahatlıqla əlaqə qura bilərlər.

Busy.az-da İnsan Resursları sahəsindəki vakansiyaları tapmaq üçün sadəcə bu addımları izləmək kifayətdir:

  •  Bu linki klikləyin;

  •  Kateqoriyalar hissəsində İnsan Resursları seçin;

Vakansiyaların siyahısını görə bilərsiniz və uyğun olanı taparaq müraciət edə bilərsiniz.

Bu üsul sayəsində, hr vakansiya axtarışınızı daha məqsədyönlü və sürətli şəkildə həyata keçirə bilərsiniz.

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: