Nikola Tesla 1856-ci ildə Xorvatiyanın Smiljan kəndində serb əsilli bir ailədə dünyaya gəlib. Atası Milutin Tesla ortodosk keşişi olub. O, oğlunun da ruhani təhsil alıb keşiş olmasını istəyib. Nikolanın anası Duka isə evdar qadın idi. Duka heç bir təhsil olmasına baxmayaraq müxtəlif ev alətləri düzəltməyi bacarırdı. Nikola sahib olduğu güclü yaddaşın və kreativ bacarıqların ona məhz anasından keçdiyinə inanırdı. 17 yaşı tamam olanda Nikola vəba xəstəliyinə tutulur. 9 ay ölüm döşəyində yatan Tesla sağalacağı təqdirdə atasından onu mühəndislik məktəbinə göndərməsini istəyir. Atası sözünü tutur və Nikola 1875-ci ildə Qrats Texniki Universitetində təhsil almağa başlayır.
Tesla gəncliyində ehtiraslı şəkildə kart və digər qumar oyunlarına maraq göstərir. O, bu oyunlarda çoxlu pul qazanır və eyni zamanda böyük məbləğlər itirirdi. Getdikcə asılılığa çevrilən bu maraq təhsil həyatına da təsirsiz ötüşmür və nəticədə o, üçüncü kursda universitetdən qovulur. Yenidən doğulduğu kəndə qayıdan Nikola, ailəsinin, xüsusilə atası Milutinin təzyiqləri nəticəsində qumar oynamaqdan imtina etməyə qərar verir. Tesla bu vərdişi tərk edərək özünü tamamilə elmi və texnoloji ixtiralara həsr edir. Məhz verdiyi bu qərar, onun gələcəkdə dünya tarixində ən böyük ixtiraçılardan biri kimi tanınmasında mühüm rol oynayır.
1881-ci ildə Nikola Budapeşt Telefon Teleqraf Şirkətində çertyojçu kimi işə düzələn Nikola, bir il sonra Parisdə Kontinental Edison şirkətində çalışmağa başlayır. İki il ərzində şirkət tərəfindən Avropada quraşdırılan cihazlara texniki dəstək xidməti verir. 1884-cü ildə Edisonun Nyu-Yorkdakı maşınqayırma zavodunda işə başlayır. Burada Edisonla şəxsən tanış olan Tesla ona sabit elektrik generatorlarının yenidən layihələndirilməsini təklif edir. Edison isə, “Bunu edən bilsən sənə 50 min dollar verərəm”, deyir. İş bitdikdə isə Edison 50 min dollar vədinin sadəcə bir zarafat olduğunu bildirir. Bunun yerinə o, Teslaya həftəlik maaşını 10 dollardan 18 dollara qaldırmağı təklif edir. Nikola bu təklifi qəbul etmir və işdən ayrılaraq “Tesla Elektrik İşığı və İstehsalat” şirkətini qurur.
Tesla dəyişən cərəyanla çalışan bir sıra cihazlar hazırlayıb, patentləşdirir. Bu, Edisonun rəqibi Corc Vestinhausun diqqətini çəkir. Teslanın bir çox patentini alan Vestinhaus onun özünə də iş təklif edir. Sabit cərəyan tərəfdarı olan Edison bu ikiliyə qara piar aparmağa başlayır. Onun sifarişi ilə qəzetlərdə Vestinhaus tənqid olunur, Tesla şarlatan adlandırılır. Edison dəyişən cərəyanın təhlükəli olduğunu sübut etmək üçün hətta bir filli bu cərəyanla edam edir. Daha da irəli gedən Edison dəyişən cərəyanla işləyən elektrik stulu hazırlayır. Amma Ümumdünya Enerji Sərgisi onun planlarını alt-üst edir. Sərginin işıqlandırılması Vestinhausun şirkətinə həvalə edilir. Burada Tesla lampaları naqilsiz işıqlandıraraq dəyişən cərəyanın təhlükəsizliyini bir daha sübut edir.
1895-ci ildə Teslanın Nyu Yorkdakı laboratoriyasında yanğın baş verir. İllərin əməyi bir gecə də külə dönür. Yanğının Edison tərəfindən törədildiyi şübhəsi olsa da, buna dair heç bir dəlil tapılmır. Koloradoya köçən Tesla burada naqilsiz enerjinin ötürülməsi ilə bağlı araşdırmalarını davam etdirir. 1900-cu ildə dünyada ilk simsiz kommunikasiya qülləsi “Vordenkliff”in inşasına başlayır. Tesla bu qüllə ilə elektrik enerjisini Atlantik okeanı üzərindən Avropaya ötürmək istəyirdi. Amma Con Morqanın maliyyə dəstəyini çəkməsi ilə Teslanın bu çılğın planı xəyal olaraq qalır.
1901-ci ildə italyan Qulyelmo Markoni radionu ixtira edir. O, Teslaya məxsus 17 patentdən haqsız istifadə etmişdi. Markoni həmin patenləri özünküləşdirərək həm Nobel mükafatı qazanır, həm də varlanır. 1943-cü ildə məhkəmə Teslanın həmin patentlər üzərindəki hüquqlarını bərpa edir. Amma Tesla artıq həyatda yox idi. Bir çox ixtiraları və patenləri olmasına baxmayaraq Tesla ömrünün son illərini borc və yoxsulluq içində yaşayır.
Nikola Tesla 1943-cü ildə Nyu Yorkda, bir hotel otağında 86 yaşında dünyasını dəyişir.
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
MBA nədir?
Təhsil Tələbə Krediti
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Podcast nədir?
Mentor nədir?
Front end nədir?
Frontend Kursları
HTML Nədir?
SWOT analizi nədir?