
Veb səhifəsi yaratmaq və strukturlaşdırmaq üçün istifadə edilən HTML (Hyper Text Markup Language) standart mətn işarələmə dilidir. Əslində HTML proqramlaşdırma dili olmayıb, vebin təməl sütunu hesab edilir. HTML Chrome, Safari, Yandex və s. brauzerlərdə kodlar vasitəsi ilə müxtəlif elementləri səhifənin içərisinə yerləşdirməyə imkan verir.
Veb-saytlarda toplanan və internetə qoşulan kompüterlərin ekranlarında göstərilən səhifələr HTML kodları vasitəsi ilə yazılır. HTML səhifə və proqramlarda mətn yaratmaq, təsvir (foto, video və s.) yerləşdirmək, paraqraf, cədvəl və başlıqlar vermək, sənəd və mətnin rəngini seçmək, multimediya elementlərini əlavə etmək, bu və digər elementlər arasında əlaqə yaratmaq üçün istifadə edilir.
Brauzerlərdə axtarış zamanı qarşımıza çıxan hər səhifə sadə kod strukturları olan teq (tag) və atributlar (attributes) vasitəsi ilə formalaşdırıla bilər. Başqa sözlə, HTML kodları olmadan vebsayt yaratmaq mümkün deyil.
HTML kodları yazmaq üçün Notepad, Notepad ++, Visual Studio Code, Dreamwear, IntelliJ Idea, WebStorm Sublime Text kimi proqramlardan istifadə etmək olar.
<head> |
Sənədin məlumat hissəsini ehtiva edir. |
<h1> - <h6> |
Sənədin başlıqlarını təyin edir. |
<body> |
Sənədin məzmununu: başlıq, paraqraf, təsvir, cədvəl və s. təyin edir. |
<title> |
Sənədin başlığını təyin edir. |
<P> |
Paraqrafı təyin edir. |
<İmg> |
Foto əlavə etmək üçün istifadə olunur. |
<input> |
İstifadəçi tərəfindən məlumatı daxil etmək üçün yaradılan elementdir. |
<a> |
Bir səhifədən digərinə keçid üçün istifadə olunur. |
<i> |
Mətni və ya sözü “italic” olaraq göstərir. |
<b> |
Mətni “bold” yazmaq üçün istifadə edilir. |
<area> |
Başlıqdan sonra mətn yazmaq üçün istifadə edilir. |
<button> |
Yeni səhifəyə keçid üçün istifadə edilir. |
<audio> |
Səs məzmunu daxil etmək üçün istifadə edilir. |
<option> |
2 və daha çox seçim əlavə etmək üçün istifadə edilir. |
<div> |
Blok elementi olub, səhifədə bölmə yaratmaq üçün istifadə olunur. |
Daha çox etiket (tag) üçün linkə keçid edin: https://www.w3schools.com/tags/ref_byfunc.asp
Rəqəmsal dünyada hər hansı proqram dilini öyrənmək və təməl biliklərə sahib olmaq üçün mənbə və vasitələri nəzərdən keçirmək vacibdir. Əlbəttə, başlanğıcda yolun çətinliyi nəzərə alınaraq hər gün proqramlaşdırma dilini öyrənmək üçün zaman ayırmaq mütləqdir. Ən populyar proqramlaşdırma dilləri Python, Java, Javascript, SQL, C ++, PHP, Ruby, SWIFT-hesab olunur. Siz araşdırma edərək özünüzə uyğun proqramlaşdırma dilini seçə bilərsiniz. Başlanğıc üçün çətinlik çəkən şəxslər proqramlaşdırma dillərini öyrədən kurslara müraciət edə bilərlər.
https://upperedu.az/backend-kurslari
https://upperedu.az/front-end-nedir
Ən Çox Verilən Suallar
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Rus dili öyrənməyin 6 qısa yolu
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
Rus dilini öyrənmək üçün sözlər və ifadələr
İngilis dilini niyə öyrənə bilmirik?
Rus dilində frazeoloji birləşmələr
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
GMAT və GRE nədir?
Liderlik haqqında sitatlar (RUS-AZE)
SAT nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
İmtahana hazırlaşmağın 4 effektiv yolu
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
Tələbə Krediti
IELTS nədir və nə üçün lazımdır?
Esse nədir?
Ən Yaxşı Təqaüd Veb saytları
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Yös nədir?
İngilis Dili Səviyyələri
Rus Dilində Mətnlər
İngilis dilinin tarixi
Podcast nədir?
Mentor nədir?
Frontend nədir?
Frontend Kursları
Backend Kursları