HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film

İçindəkilər
Filmlər real həyatdan bir anlıq uzaqlaşmamıza və böyük ekranda xəyali bir dünyaya teleportasiya etməmizə imkan verir. Yaşadığımız bu çətin pandemiya dövründə Netflix və Amazon Prime kimi 
onlayn yayım xidmətləri, bütün bu çətinlikləri müvəqqəti unutmaq üçün bizə bir qaçış pəncərəsi oldular. 
Bəs sizcə filmlər sadəcə əyləncə və başımızı dağıtmaq üçün istifadə etdiyimiz bir vasitədir?
  • Mənim cavabım, təbii ki YOX olacaq.

Və bu cavabın doğruluğunu bizə həqiqətən göstərən bir neçə film tövsiyyə edəcəm sizə. Bu blogumda ki tövsiyyələrim, HR sahəsinə marağı olan, lakin hardan başlayacağını bilməyən, bu sahə üzrə kifayət qədər məlumata sahib olmayanlar üçün çox faydalı olacaq.

HR olmaq istəyən gənclərin izləməsi vacib olan filmlər

 

The Internshıp (Təcrübəçilər)

Google-da yay stajı qazanan iki yaşlı satış mütəxəssisi ətrafında baş verən situasiyaları əks etdirən maraqlı bir komediyadır “The Internshıp”. Film əyləncəli bir film olsa da bizə ötürdüyü məna və dərslər çox dərindir. Təcrübə qazanıb, yeni biliklər əldə etmənin yaşdan aslı olmadığını bizə göstərir bu film.

Əvvəldə qeyd etdiyim kimi, filmdə Google-da yay təcrübə proqramı keçən işçilər haqda danışıldığı üçün, Google şirkətində işçinin seçimi prosesinin və adaptasiya mərhələləri, korporasiyada işin təşkili haqda bizə çox faydalı məlumatlar ötürür.

IMdb rating – 6.3/10

Cast:

Vince Vaughn - William "Billy" McMahon

Owen Wilson - Nicholas "Nick" Campbell

Poster:

 

The Intern (Təcrübəçi)

Bəzi filmlər var ki, bizə çox dəyərli həyat dərsləri verərkən, üzümüzdə kiçik bir təbəssüm yaratmağı bacarır. Bax, bu filmlərdən biri də The Intern filmidir. Film pensiyaçı 70 yaşlı Benin təcrübəçi olaraq daxil olduğu şirkətdəki başına gələn əhvalatları özündə əks etdirir.

Pensioner həyatından sıxılan Ben ticarət şirkətində təcrübəçi olaraq işə başlayır, lakin şirkətin təsisçisi idealist, öz həyatını karyerasına həsr edən Julesin etimadını qazanmaq, Ben üçün heç də asan olmur.

Filmin bizə ötürdüyü məna və dərslər çox vacibdir. Məsələn kollektivdəki “diversity” - müxtəlifliyin müəssisə üçün nə qədər faydalı olabiləcəyi nümunəsi. Bununla yanaşı filmdə olan diğər məqamlar, xüsusən də, HR managerlər üçün özündə çox gözəl dərsləri bizə nümayiş etdirir.

IMdb rating – 7.1/10

Cast:

Robert De Niro - Ben Whittaker

Anne Hathaway - Jules Ostin

Poster:

 

Invictus

Öhdəçilik haqqında danışanda, dərhal ağıla gələn filmlərdən biri də “Invictus” filmidir. Nelson Mandelanın biografiyası əsasında çəkilən bu film bir çox cəhətdən möhtəşəmdir çünki, iş mühitindəki liderliyi və motivasiyanı bizlərə təqdim edir.

Filmdə Mandelanın Cənubi Afrikanın dövrün irqçiliyə görə parçalanmış xalqları arasında ki, ünsiyyəti bərpa etmə mübarizəsini və bunun üçün bir idman növü olan Rugby-dən istifadə etməsindən bəhs edilir.

Filmdəki mesaj HR menecerləri üçün çox anlaşılandır; işçilər asanlıqla işlərindən uzaqlaşa və hətta işlərinə münasibətdə bədbin ola bilərlər. HR-larin vəzifəsi isə müxtəlif ideyalar ilə iş mühitində pozitivliyi, əyləncəni artırıb, bu mühiti işçilərin vəzifə öhdəliklərini yerinə yetirərkən daha əyləncəli və zövq alınabilən bir yerə çevirməsidir

IMdb rating – 7.3/10

Cast:

Morgan Freeman - Nelson Mandela,

Matt Damon - Francois Pienaar

Poster:

 

Up in the Air (Havalar da olarkən)

2000-ci illərin əvvvəlində ABŞ da baş verən böhran zamanı, bir çox şirkətlər bu böhranın təsiri altına düşür. Bu halda müəssisələr hətta illərdir onlar ilə fəaliyyət göstərmiş işçilərini belə işdən çıxarmağa məcbur olur. Belə çətin bir öhdəliyin altından qalxmaq isə, korporativ hüquqşünas Ryan Binghamın məsuliyyəti olur. Bu işi yerinə yetirmək üçün Ryan həmişə şəhərlər arası səyahətdə olur. Lakin yeni işə qəbul edilmiş Natalie Keener-in gəlişi ilə hərşey dəyişir.

“Up in the air” filmi bizə məhz, insanların müəssisələri qurduqlarını və işçi ixtisarına vaxt gələndə, bu itkinin işdən çıxarılan şəxsin deyil də, müəssisənin itkisi olduğunu xatırladır.

Filmdəki məqamlar HR mütəxəssislərinin bilməsi və hakim olması vacib olan bir çox nöqtəyə toxunur xüsusən də, fərqli insanların belə hallarda verdiyi reaksiyaları analiz etmə bacarıqlarını və situasiyanı idarə etmə bacarıqları haqda bizə çox vacib biliklər ötürür.

IMdb rating – 7.4/10

Cast:

George Clooney - Ryan Bingham

Anna Kendrick - Natalie Keener

Poster:

 

Müəllif – Vəciyyə Əliyeva\Vajiyya Aliyeva

Linkedin hesabına keçid - https://www.linkedin.com/in/vajiyya-aliyeva-042567201

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: