
"İmtahan" sözü sizdə hansı hissləri oyadır? Düzdü, "qorxu", "narahatlıq", "stres", "gərginlik". Bu hisslər məktəblilər, tələbələr, valideynlər və hətta müəllimlər tərəfindən yaşanır. İmtahan hər kəs üçün çətindir. Buna görə həm qorxunuzun öhdəsindən gəlmək, həm də müəllimlərə bütün bilik və bacarıqlarınızı göstərmək üçün imtahana yaxşı hazırlaşmaq hazırlaşmaq çox vacibdir.
İmtahanda yüksək nəticə göstərmək, bütün sualları düzgün cavablandırmaq hamının arzusudur. Lakin imtahana qədər proqramı çatdıra bilməyənlərdə az deyil. Onlar sonuncu gün ərzində bütün proqramı oxumağa çalışsalarda, bu mümkünsüzdür. İmtahan qabağı daha çox məlumatı təkrarlamaq, ya da yeni məlumatlar öyrənmək heç də yaxşı nəticə vermir.Çünki siz həmin mövzuların üstünə daha çox düşdükdə, bu bir çox problemlər yarada bilər. Buna görə imtahana daha da yaxşı hazırlaşmaq üçün, sizlərə tövsiyələr təqdim edirik:
1. İmtahana hazırlaşarkən, qısa müddətdə çox miqdarda məlumat yadda saxlamağı lazım olduğunu düşünürsünüz. Buna görə, keçirilən bütün mövzuları təkrarlamaq üçün, vaxtın düzgün ayrılması vacibdir.
Yeni materiallar öyrənməyin və heçnə oxumayın. Bir neçə gün və ya bir həftədə bir fənni tez bir zamanda öyrənə bilərsiniz, ancaq imtahan verən kimi öyrəndikləriniz yadınızdan çıxacaq. Daha çox məlumat öyrənmək istəyirsinizsə, il boyu imtahanlara hazırlaşın.Dərslərdə keçən materialı təkrarlayın, praktik problemləri həll edin və çətin mövzulara diqqət yetirin. İmtahandan əvvəl yalnız il ərzində oxuduğunuz hər şeyi təkrarlamalısınız.
Mövzuları təkrarlamaq üçün plan tərtib edin və müəyyən bir mövzunun təkrarlanmasına neçə günün ayrılacağınızı göstərmək tövsiyə olunur. Yalnız istirahət üçün vaxt ayırmağı unutmayın!
2. Öyrəndiklərinizi xatırlaya bilmək üçün mövzulardaki vacib məqamları bir kənara qeyd edin. Əzbərləməyə deyil, başa düşməyə üstünlük verin. Əgər keçmiş dərslərin hansısa bir hissəsini yadınıza sala bilmirsinizsə, ipucu və qeydlərdən yararlanmaqla öyrəndiklərinizi xatırlamağa çalışın. İmtahana bir gün qalmış bütün məlumatları beyninizə doldurmağa çalışmayın. Həddindən artıq məlumat imtahana olan motivasiya və həvəsi yox edə bilər. Buna görə yalnız son gün deyil, imtahandan əvvəlki bir neçə gün təkrarlamaq məsləhətlidir.
3. Oxuduğunuz mövzuları dostunuza danışın. Ondan həmin mövzulardan suallar verməsini xahiş edin. Sonra isə cavab verə bilmədiyiniz sualların cavablarını mövzulardan tapmağa çalışın. Bu metod sizin mövzuları necə başa düşdüyünüzü göstərəcək. Mövzuları tam başa düşənədək oxuyun.
4. Yuxu rejiminizə diqqət edin! Normal yuxu vaxtı 14-17 yaşındakılar üçün 7-8 saatdır. Gecə dərs oxumaq imtahan nəticənizə pis təsir edəcək. Yuxusuz gecələr üst-üstə gələrsə qavrama qabiliyyətiniz zəifləyəcək. Yuxunuzu azaltmaq istəyirsinizsə, bunu birdən-birə etməyin. İmtahandan əvvəl yuxu rejiminə diqqət etmək lazımdır.
İmtahanda ən vacib olan vaxtınızı səmərəli istifadə etməkdir. Ən effektli yol isə bildiyiniz testdən başlamaqdır. Bildiyiniz testdən başlamaq imtahanda olan həyəcanı aradan qaldırır.
Diqqətinizi imtahan boyunca suallara yönəldin. Zamanla fikrinizin yayındığını hiss etsəniz, sualları təkrar oxumaq istəyəcəksiniz. Belə halda sakit olun və həyəcanınızı aradan qaldırmağa çalışın.
Neqativ fikirləri uzaqlaşdırın, ətrafınızdakıların imtahan qabağı fikirlərinə önəm verməyin. İmtahanı uğurla başa vuracağınıza inanın, diqqətinizi ancaq imtahana yönəldin. Özünüzə güvənin və bacaracağınıza əmin olun!
Evdən Rus Dili öyrənmək üçün 5 Effektiv yol üçün: klik edin
İngilis dili sözlər Yadda Saxlamağın 9 üsulu: klik edin
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
Rus dili öyrənməyin 6 qısa yolu
Sözləri şəkillər vasitəsilə öyrənin
Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
İngilis dilində mətnlər
Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
İngiliscə lüğəti genişləndirmək
İngiliscə danışığı öyrənməyin 10 yolu
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
Rus dilini öyrənmək üçün sözlər və ifadələr
İngilis dilini niyə öyrənə bilmirik?
Rus dilində frazeoloji birləşmələr
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
TOEFL nədir?
GMAT və GRE nədir?
Liderlik haqqında sitatlar (RUS-AZE)
SAT nədir?
İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
İngilis dilini evdə öyrən
Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
CV hazırlamaq
İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
HR Nədir?
HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
Tələbə Krediti
IELTS nədir və nə üçün lazımdır?
Esse nədir?
Ən Yaxşı Təqaüd Veb saytları
ACCA nədir?
Yerli Təqaüd Proqramları
Yös nədir?
İngilis Dili Səviyyələri
Rus Dilində Mətnlər
İngilis dilinin tarixi
Podcast nədir?
Mentor nədir?
Frontend nədir?
Frontend Kursları
Backend Kursları
HTML Nədir?