Təhsil Kreditləri

Təhsil Kreditləri

Hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Lakin bəzi hallarda bu hüquq  hər kəs üçün əlçatan olmaya bilər. Ən əsası da aztəminatlı olan gənclərin bu problem ilə üzləşməyi qaçılmazdır.

Belə halların yaşanmaması üçün isə yeni layihələr ərsəyə gətirilir. Bu layihələrdən biri də günümüzdə aktual olan Təhsil Kreditləridir.

Bəs, təhsil krediti nədir və kimlər üçün nəzərdə tutulub? Hansı hallarda təklif olunur?

Gəlin, məsələni aydınlaşdırmağa çalışaq.

Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s) üçün verilir.

Layihəyə əsasən, təhsil kreditlərinin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir.

Kreditlər sosial həssas qrupdan olandan üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə kredit müvafiq qaydalara uyğun olaraq təklif olunur.

Təhsil kreditinin istifadəsi və qaytarılması ilə bağlı təhsil krediti  müqaviləsi bağlanılır.Bu müqaviləyə əsasən,alınan təhsil kreditini müqavilədə göstərilən  faizlə ödəyir.  Kreditin qaytarılma müddəti kreditin istifadə müddətinin iki dəfəsindən  az və 20  ildən çox ola bilməz. Təhsialan təhsil kreditini müəyyən edilmiş müddətdən əvvəl də qaytara bilər və bu halda krediti qaytardığı gündən sonrakı dövrə hesablanmış faizləri ödəməkdən azaddır.

Təhsil krediti almış təhsilalan həqiqi hərbi xidmətdə, analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi (ağır xəstə olduğu) müddətdə ona kreditin ödənilməsində əlavə möhlət verilir.

Təhsil krediti üzrə faizlər hər ay ümumi təhsil krediti məbləğinin qalığından (ödənilməmiş məbləğindən) hesablanır.

Onu da qeyd edim ki, Təhsil müddətində əlaçı olmuş, təhsildə bir il itirməyən tələbələrə  müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadə etdiyi təhsil kreditini və ya onun bir hissəsini ödəmək öhdəliyindən azad edilir. Beynəlxalq olimpiada, müsabiqə (incəsənətə aid ixtisaslar üzrə təhsil aldıqda) və yarışlarda (idman sahəsində təhsil aldıqda) ilk üç yerdən birini qazanan, təhsil müddətində davamlı olaraq əla, ümumi uğur qazanmış, bu qanunla müəyyən edilmiş şərtlər daxilində son dərəcə istedadlı təhsilalanlara təhsil kreditləri əvəzsiz verilir.

 

Müəllif: Səkinə Əliyeva

Linkedin hesabına keçid