Umico nədir? - ən sadə dillə desək, Umico bir bonus kartıdır. Yaxşı, bəs bu qədər bonus kartının olduğu dövrdə niyə məhz Umico? Bir çox supermarket və elektronika mağazalarının özlərinə məxsus bonus kartları olsa da, Umico kart onların hamısından fərqlənir. Digərlərində olduğu kimi, Umico bonus kartı vasitəsilə alış-veriş edərkən aldığınız hər məhsul müəyyən miqdarda bonus kimi sizin hesabınıza qaytarılır, lakin bu kartda eyni zamanda, ayrı-ayrı məkanlardan və mağazalardan etdiyiniz bütün alış-verişlər də sizin vahid kartınızda bonus şəklində toplanır. Daha sonra həmin bonuslarla Umico kartının keçərli olduğu 100-dən çox mağazada və digər müəssisələrdə alış-veriş edə və xidmətlərdən yararlana bilirsiniz. Amma Umico sadəcə bir bonus kartı deyil. O həm də onlayn mağazadır. Əvvəldə də bildirildiyi kimi, Umico sadəcə bonus kartı deyil.
Umico az – sərfəli qiymətlə və münasib kredit şərtləri ilə onlayn alış-veriş etmək istəyən şəxslərin əsas üz tutduqları onlayn marketdir. Saytda müxtəlif endirim kampaniyaları, Umico kartlarının keçərli olduğu tərəfdaş şirkətlər, evinizdən çıxmadan rahatlıqla əldə edə biləcəyiniz minlərlə məhsul haqqında məlumat əldə edə, qapınıza qədər çatdırılan məhsulları almaqla tənbəlliyin dadını çıxara bilərsiniz. Saytda həmçinin Umiconun tətbiqini də əldə etməyiniz mümkündür. Yeni yaradılmış funksiya ilə Umiconun saytında öz məhsullarınızı da sata bilərsiniz.
Umico kart vasitəsilə yığılan bonuslardan istifadə edərkən insanda elə təəssürat yaranır ki, sanki marketə girib ödənişsiz alış-veriş eləmisən. Umico kart istifadəçiləri üçün artıq adi gələn bu halı digər müştərilər çox zaman təsəvvür belə edə bilmirlər. Bəs bu necə baş verir? Bəzən satıcılar Umico kartınızda kifayət qədər bonusun olduğunu və ödənişi məhz həmin yığılan bonuslarla edə biləciyinizi deyəcəklər. Həmin bonusla ödəniş edərək pul xərcləmədən marketdən çıxa bilirsiniz.
Umico bank nə üçündür? Əvvəlcə qeyd edilməlidir ki, Umicodakı bütün yeniliklər sizin rahatlığınız üçündür. İkincisi, debet və kredit kartlarını ayrılıqda əldə etməyə ehtiyac yoxdur. Çünki Birbank Umico kartı ilə bu xüsusiyyətlər eyni kartda cəmlənib.Bu kart vasitəsilə Umico bonuslarınız, həmçinin, şəxsi vəsaitdən pulsuz köçürmələr və nağdlaşdırma kimi imkanlardan yararlanmaq mümkündür. Kartdan istifadə etməkçün Birbank Umico kartını sifariş etdikdən sonra tətbiqdəki Umico bank hissəsinə keçid eləmək lazımdır.
Umico ilə bağlı hər hansı bir sorğunuz olduğu təqdirdə 915 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Sadəcə telefonunuzla edə bildiyiniz milyonlarla əməliyyatın olduğu bu dövrdə rəqəmsallıqdan geri qalmamaq, inamlı karyera qurmaq istəyirsinizsə və rəqəmsal dünyada öz yerinizi tapmaq istəyirsinizsə, siz də Digital Marketing kursumuza yazıla bilərsiniz.
Ən Çox Verilən Suallar