Sahibkar necə olmaq olar ?

İçindəkilər
Sahibkar olmaq və ya vöen açmaq o qədər də çətin bir iş deyil. İlkin olaraq siz fərdi sahibkar kimi 200000AZN dövriyyə və əməkdaş sayı səhv etmirəmsə 10 olana qədər fəaliyyət göstərə bilərsiniz.

Fərdi sahibkarlar üçün proseslər ardıcıllığı aşağıdakı kimidir:

1) Gedirsiz asan xidmətə VÖEN açırsız. Deyəcəklər səhəri gün gəlib götürün.
2) Səhəri gün ora getməmiş yaxınlığdakı mobil operator servis maqazininə girib orda nömrənizin asan imzalı versiyasın çıxardırsız. 25 manat + xidmət haqqı 2.5 manat olmalıdır.
3) Nömrəni çıxardıqdan sonra Asan xidmətə gedirsiz, orda deyirsiz nömrə ilə VÖEN - ə bağlasınlar. Həmçinin vöenlə bağlı sənədləri götürürsüz.
4) Mühasib xidmətləri göstərən çoxlu şirkət və şəxslər var. Onu artıq özünüz uyğun bildiyinizlə işləyirsiz. Rüblük qiymətləri ortalama 50 - 150 manat arası dəyişir.
5) Mühasibiniz olduqdan sonra sənədləri mühasibinizə aparırsız. O sizə hər hansı bir bankda multi hesab açmaq üçün vergilərə müraciət edir. 3 günə cavab gəlir. Siz ya onlayn , yada gedib bankda hesab açırsız. İstifadə etdiyimiz banklardan hələ ki, ən yaxşısı Kapitaldır.
6) Müqavilə üçün isə standart xidməti müqavilə və ya individual olaraq sahənizlə bağlı bir müqavilə hazırlada bilərsiniz.
7) Əgər hüquqi şəxslərlə işləyirsinizsə 5% mənfəət vergisi + 1% nəğdləşdirmə vergisi + 0.5% bank komissiyası ödəyəcəksiz.
8) DSMF üçün isə hər ay 62.5 sosial fonda + 10 manat icbari sığortaya ödəyəcəksiz.
9) Əgər hesabınıza pul daxil olmasa belə boş hesabatlar verilməlidir. Əgər verilməsə 40 manat cərimə yazacaqlar hər hesabat (DSMF və vergi) üçün.
10) VÖEN-ə bağlı Bank hesabı açmaq üçün Vergilər saytından seçdiyiniz bankı seçib Şəadətnamə Duplikartı göndərməlisiniz. 3-5 günə Banka yaxınlaşıb hesabı açırsınız
10) Post terminal lazım olsa icarə müqavilənizi göndərib obyekt kodu almalısınız, sonra banka obyekt odu sənədini təqdim edib Post terminal ala bilərsiniz.
 
MMC lər üçün yuxarıdaki proseslərdən əlavə:
1) 10 Manat nizamnamə kapitalı qoymalısınız.
2) Statistika hesabatı verməlisiniz olmasa onunda baya illik cəriməsi var
 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + Hər kəs sahibkar ola bilərmi?
  • + Sahibkarların qarşılaşdığı əsas problemlər hansılardır?
  • + Sahibkarlıq konkret sənaye və ya sektorlarla məhdudlaşır?
  • + Sahibkarların formal təhsilə və ya təlimə ehtiyacı varmı?
  • + Sahibkarlıqda innovasiyanın rolu nədir?