Dividend nədir?

Dividend nədir?

İçindəkilər

Dividend nədir və necə bölüşdürülür?

Sadə dillə desək, dividend şirkətin öz qazancından səhmdarlarına ödədiyi ödənişdir. Belə ki, şirkətin illik xalis mənfəətindən vergilər və digər xərclər çıxıldıqdan sonra qalan hissə 20%-dən az olmamaq şərti ilə səhmdarlara paylanır. Dividendlər adətən nağd şəkildə ödənilir, lakin əlavə səhmlər və ya digər aktivlər şəklində də ödənilə bilər

Dividendlər necə işləyir?

Maliyyə cəhətdən sabit şirkətlər gəlirini səhmdarlarına dividend şəklində ötürməyə üstünlük verirlər. Bəzi şirkətlər illik və hətta aylıq ödəsələr də, dividend ödənişləri müntəzəm olaraq hər 3 aydan bir edilir.

Dividend ödənişinin məbləği adətən şirkətin idarə heyəti tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, bütün şirkətlər dividend ödəmir. Bəzi şirkətlər, xüsusən də startaplar və ya inkişaf etməkdə olan sənayelər, böyümə və innovasiyanı təşviq etmək üçün öz mənfəətlərini yenidən biznesə yatırmağı seçə bilərlər.


Dividend səhmlərinin növləri

Adi dividend:

Ən çox yayılmış dividend növüdür və hər bir səhm üçün bütün səhmdarlara ödənilən sabit məbləğə deyilir.

İmtiyazlı dividend:

Bəzi şirkətlər imtiyazlı səhm kimi müxtəlif kateqoriyalı səhmlər buraxırlar. İmtiyazlı səhmdarlar adi səhmdarlardan daha əvvəl və sabit bir nisbətdə dividend alırlar.

Xüsusi dividend:

Şirkətlər vaxtaşırı müntəzəm dividendlərinə əlavə olaraq xüsusi dividendlər də ödəyirlər. Bunlar, adətən, fövqəladə mənfəət, aktivlərin satışı və ya digər xüsusi hallar nəticəsində yaranan birdəfəlik ödənişlərdir.



Dividend ödəyən şirkətləri necə tapmaq olar?

Onlayn səhm süzgəcləri şirkətləri müxtəlif meyarlar: dividend gəliri, ödəmə nisbəti, bazar kapitallaşması əsasında süzgəcdən keçirməyə imkan verir. Yahoo FinanceGoogle Finance kimi vebsaytlar bu alətləri təklif edir. Bununla yanaşı, dividend ödəyən səhmlərə diqqət yetirən “ETF”lər dividend şirkətlərinin şaxələndirilmiş portfelini tapmaq üçün yaxşı üsuldur.

 

Dividend ödəmə əmsalı (Dividend Payout Ratio) nədir və necə hesablanır?

Bir şirkətin qazancının nə qədər hissəsinin səhmdarlarına dividend olaraq bölüşdürüldüyünü göstərən maliyyə göstəricisidir və şirkətin ödədiyi dividendlərin məbləğini şirkətin xalis gəlirinə böldükdə tapılır:

Dividend ödəmə əmsalı = (ödənilmiş dividend / xalis gəlir) * 100

Bu nisbət adətən faizlə ifadə edilir. Tutaq ki, şirkətin xalis gəliri 1 milyon dollardır və 300.000 dollar dividend ödəyib, dividend ödəmə əmsalı aşağıdakı kimi hesablanacaq:

Dividend ödəmə əmsalı = (300.000 / 1.000.000) * 100 = 30%

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + Dividendlər niyə vacibdir?
  • + Dividend necə almaq olar?
  • + Dividend ödəmə əmsalı (dividend payout ratio) nə üçün vacibdir?
  • + Dividendlər nə vaxt ödənilir?
  • + Bütün şirkətlər dividend ödəyə bilərmi?
  • + Şirkətlər niyə dividend ödəyir?