NFT-yə sahib olmaq rəqəmsal olaraq sənət əsərinə və ya dəyərli hesab etdiyiniz hər şeyə sahib olmaq deməkdir. Başqa sözlə, unikal dəyəri olan NFT-nin rəqəmsal sahibi olursunuz. Siz sahib olduğunuz rəqəmsal aktivi dəyərli hesab edərək, eyni şəkildə sata bilərsiniz. Qiyməti özünüz təyin edirsiniz və hətta hər hansısa dizaynı satdıqdan sonra hər satışdan müəyyən komissiya onu yaradan orijinal şəxsə düşə bilər. Onu yaradan şəxs satış etməzdən əvvəl bu funksiyanı təyin edə bilər. Komissiya almaq NFT-nin təklif etdiyi mühüm xidmətlərdən biridir. Çünki ənənəvi satışlarda sənət əsəri satıldıqdan sonra o parça bütünlüklə onu alan şəxsə məxsusdur.
Blokçeyn texnologiyası və NFT-lər sənətçilərə və yaradıcılara məhsullarından pul qazanmaq üçün unikal fürsət təklif edir. Məsələn, rəssamlar artıq əsərlərini satmaq üçün qalereyalara və ya kirayə yerlərə müraciət etməli deyillər. Bunun əvəzinə, sənətçiyə daha çox qazanc əldə etməyə imkan verən NFT ilə birbaşa istehlakçıya sata bilər.
Hər kəs fərdi fotolara və ya hətta bütün foto kolajlara pulsuz onlayn baxa bilər. Bəs niyə insanlar asanlıqla ekran görüntüsünü və ya yükləyə bildikləri bir şeyə milyonlarla pul xərcləməyə hazırdırlar? Çünki NFT alıcıya orijinal əşyaya sahib olmaq imkanı verir. Nəinki bu, sahibliyin sübutu kimi xidmət edən daxili identifikasiyanı ehtiva edir. Kolleksiyaçılar bu "rəqəmsal öyünmə hüquqlarını" əşyanın özündən daha çox qiymətləndirirlər.
İnternetə çıxışı olan hər kəs blokçeyn texnologiyasının açıq, mərkəzləşdirilməmiş və əlçatan olması sayəsində NFT yarada bilər. Blokçeyn texnologiyası rəssamlara, musiqiçilərə, oyun tərtibatçılarına və sözün əsl mənasında hər kəsə NFT-lər yaratmağa imkan verdi. Ancaq qeyd etmək lazımdır ki, NFT yaratmaq blokçeynlər və NFT prosesi haqqında müəyyən dərəcədə bilik tələb edir.
NFT-ni bir növ kriptovalyuta kimi düşünə bilərsiniz. Amma burada alınıb-satılan və qiymətli görünən pul deyil, əmtəədir. Onun kripto pula bənzəməsinin səbəbi ETH (Ethereum) blokçeyn kimi kriptovalyuta əsaslı struktura malik olmasıdır.
O, ümumiyyətlə Bitcoin və ya Etherium kimi kriptovalyuta ilə eyni proqramlaşdırma növündən istifadə etməklə qurulur, lakin oxşarlıq yoxdur. Ethereum ya da Bitcoin kimi kripto pul vahidləri dəyişdirilə bilərkən NFT dəyişilə bilməz çünki NFT, kopyalanması mümkün olmayan rəqəmsal bir imzaya malikdir. Fiziki pul və kriptovalyutalar dəyər baxımından bərabərdirlər - bir dollar həmişə başqa bir dollar dəyərindədir; bir bitcoin həmişə digər bitcoinə bərabərdir. NFT-lər isə fərqlidir. Hər bir NFT-nin bir-biri ilə mübadilə edilməsini və ya bir-birinə bərabər olmasını qeyri-mümkün edən bir rəqəmsal imza var. Bu o deməkdir ki, onları redaktə etmək, kopyalamaq və ya çoxaltmaq mümkün deyil.
İnkişaf etməkdə olan bir texnologiya olaraq, NFT-lər daim tədqiq edilir və müxtəlif sənaye sahələrinə tətbiq olunur. NFT-lərin əsas istifadəsahələrindən bəziləri bunlardır:
• İncəsənət - Rəqəmsal sənət, o cümlədən şəkillər, interaktiv parçalar və ya hətta AI yaradıcılığı NFT şəklində simvollaşdırıla bilər.
• Videolar - Filmlər, musiqi videoları və ya hətta canlı idman klipləri kimi video məzmunu NFT-lərlə təmsil oluna bilər. Bu, video istehsalçılarına qlobal auditoriyaya çatmağa və işlərindən pul qazanmağa imkan verir.
• Musiqi - Eynilə, musiqiçilər və bəstəkarlar da öz işlərini NFT kimi tokenləşdirə bilərlər. Artıq üçüncü tərəflə əlaqəyə keçərək onların mahnılarını, albomlarını, hətta konsert biletlərini birbaşa pərəstişkarlarına satmaq mümkündür.
• Oyun NFT-ləri və kolleksiya əşyaları - NFT-lər həmçinin ticarət kartları, virtual ev heyvanları və ya oyundaxili əşyalar kimi rəqəmsal kolleksiya şəklində ola bilər.
• OpenSea: Platforma istifadəçilərə kolleksiya əşyaları, rəqəmsal incəsənət, ticarət kartları və s. daxil olmaqla geniş çeşiddə unikal tokenlər yaratmağa, almağa və satmağa imkan verir. OpenSea vasitəsilə istifadəçilər öz NFT və NFT kolleksiyalarını pulsuz yarada bilərlər. Bununla belə, OpenSea vasitəsilə etdiyiniz hər bir əməliyyat üçün 2,5% əməliyyat haqqı ödəməlisiniz.
OpenSea-nın 2022-ci ilə qədər 600.000-dən çox istifadəçisiyə sahibdir və əldə olunan məlumata görə hazırda platformanın satışları 4,1 milyard dollar təşkil edir.
• Rarible: OpenSea kimi, Rarible də rəssamlara və yaradıcılara NFT almağa və satmağa imkan verən demokratik platformadır. Rarible üç fərqli blokçeyn şəbəkəsini dəstəkləyir: Ethereum, Flow və Tezos. Bu seçim istifadəçilərə Raribledə bu üç blokçeyn şəbəkəsindən hər hansı birindən NFT yaratmağa, almağa və satmağa imkan verir. OpenSea kimi, Rarible da 2,5% əməliyyat haqqı alır.
Rarible istifadəçilərinin ümumi sayı 1,6 milyondan çoxdur və əməliyyatların ümumi həcmi isə 270 milyon dolları ötüb.
• SuperRare: Ethereum əsaslı NFT bazarıdır. SuperRare rəqəmsal sənət əsərləri satılmazdan əvvəl ciddi təhlükəsizlik qaydalarına və təsdiq proseslərinə malikdir. OpenSea qədər populyar olmasa da, SuperRare də çox xüsusi rəqəmsal sənət əsərlərinə mövcuddur. Digər tərəfdən, SuperRare sənətçilərin ilkin satışlarından 15% əməliyyat haqqı alır.
İlk NFT-lərdən biri olan CryptoPunk oyununa aid olan Alien2089 personajı 2021-ci ilin yanvar ayında 7.5 milyon dallara satıldı.
Twitter baş direktoru və qurucusu Jack Dorsey də NFT bazarına qədəm qoyanlardan biridir. Dorsey ilk twitini bir əsər olaraq satışa çıxardı və 2,9 milyon dollara satdı.
Bu günə qədər ən yüksək dəyərə malik NFT satışı kriptovalyuta sənətçisi Beeple-nin Christie's-də hərraca çıxardığı "Everydays: The First 5000 Days" əsəridir. Beeple-nin 5000 ədəddən ibarət cəmlənmiş jpg formatında rəqəmsal sənət əsəri fevralın 25-də başlayan hərracdan sonra 69,4 milyon dollara satıldı.
Məşhur brendlər, istifadəçi təcrübələrini təkmilləşdirmək üçün NFT texnologiyasından istifadə edərək müştərilərdə marka şüurunu və marka sadiqliyini artıra bilər. Müxtəlif rəqəmsal platformalarda NFT-dən istifadə etməklə yaradılmış mobil reklam kampaniyaları NFT-yə çevirərək daha çox gəlir əldə edə bilər. İstehlakçılar və müştərilər tərəfindən yüksək qiymətləndirilən reklamlar NFT-lərə çevrilərək onları xərc maddəsindən gəlir maddəsinə çevirə bilər. Bu rəqabət mühitinə girən brendlərin daha keyfiyyətli reklamlar etməyə təhrik edəcək.
Rəqəmsallaşma prosesində markaların marketinq fəaliyyətləri və bu çərçivədə marka imici gücləndirilməsində fəaliyyətlərində geridönüş gözlənilməkdədir. Məsələn, bir TikTok videosunun dəyəri baxışların sayına görə, həm də həmin videodan neçə insanın ilhamlandığına görə də ölçülür. Sözügedən versiya nə qədər çox olarsa, videonun orijinal dəyəri də bir o qədər çox olar. NFT-lərin insanların diqqətini cəlb etməyə davam etməsi ilə bu sahədə fəaliyyət göstərən bir çox marka və ya firma rəqəmsal kolleksiyalarını bazara çıxarmışdır. Bu markalara əlavə gəlir əldə etmək və bazarda pərəstişkarları ilə qarşılıqlı əlaqə imkanı yaradır. Digər tərəfdən, markalar yeni biznes modellərini sınaqdan keçirərək (mövcud oflayn platformaları rəqəmsal platformaya köçürməklə) hədəf auditoriyadan birbaşa gəlir təmin edirlər. Bu çərçivədə rəqəmsal marketinqdə markaların NFT PR fəaliyyətləri kontekstində “NFT alqı-satqı” metodlarından istifadə etməklə brend imicini möhkəmləndirdikləri nümunələrin bir neçəsinə baxaq.
Wanna adlı şirkətlə əməkdaşlıq edən dünyaca məşhur moda markası Gucci, bu əməkdaşlıq çərçivəsində 12 dollara satışa çıxardığı "Virtual 25" adlı NFT-ləşdirilmiş rəqəmsal ayaqqabısını təqdim etmişdi. 12 dollar kimi münasib qiymətə alına bilən bu ayaqqabı yalnız smartfonlara quraşdırıla bilən proqramla “geyinilir”.
Digər tərəfdən, Gucci'nin Christie's-də hərraca çıxardığı 2021 payız/qış kolleksiyasının nümayişi üçün hazırlanmış “Aria” adlı dörd dəqiqəlik filmin kadrlarının yer aldığı NFT əsaslı işi 25.000 dollara satılıb. Satışdan əldə edilən gəlir, bütün dünyanın Covid19 peyvəndinə çıxışını təmin etmək üçün yaradılan layihəyə xərclənmək üçün UNICEF-ə bağışlanmışdı.
Kriptovalyutaların populyarlaşması ilə Coca-Cola NFT sektoruna daxil olmuşdur. Coca-Cola, 3D məzmun yaradıcısı Virtue ilə əməkdaşlıq edərək, Beynəlxalq Dostluq Günündə ilk 4 parçadan ibarət NFT kolleksiyasını satışa çıxardığını elan etmişdi. Dizayn edilmiş 4 NFT arasında rəqəmsal olaraq geyinilə bilən Coca-Cola loqosu olan palto, “dost kartı”, Coca-Cola mini soyuducusu və kola qutusunun açılış səsini ehtiva edən parçalar vardı. Əldə etdiyi 575.883,61 dolarlık gəlirlə zehni və fiziki qüsurlu uşaqlar və böyüklər üçün təşkil edilən xüsusi olimpiadalara dəstək məqsədli bağışlayacağını açıqlamışdı.
Yapı Kredi World 2021-ci ilin noyabr ayında 30 illik yubileyinə xüsusi olaraq maskotu Vadaa ilə NFT bazarına daxil oldu. Belə ki, Türkiyədə ilk dəfə olaraq bir marka öz maskotu ilə NFT istehsal edərək satışa təqdim etmişdi. Vadaa kolleksiyasına 19 müxtəlif Vadaa personajı və Vadaanın eskizləri daxildir. Sözügedən kolleksiya Opensea platformasında Worldcars hesabı altında mövcuddur. Bu kolleksiya parçaları bankın rəsmi sosial media hesabları və bank daxilində təşkil olunan lotereyalar vasitəsilə bankın müştərilərinə və əməkdaşlarına hədiyyə edilib. Bank bu kolleksiyanı “30. Yıla özel armağan“ kimi qiymətləndirdiyini bildirmişdi.
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar