Effektiv Ünsiyyət Nədir

Effektiv Ünsiyyət Nədir?

İçindəkilər

Effektiv Ünsiyyət Nədir?

Effektiv ünsiyyət nədir dedikdə nəzərə almalıyıq ki, insan sosial varlıq olaraq həyatını daima ünsiyyət quraraq keçirir. Buna görə də, cəmiyyətdəki həyat yalnız ünsiyyət qurulduqda sağlam şəkildə davam edə bilər. Effektiv ünsiyyət, qarşılıqlı ünsiyyət quran bütün şəxslərin, bir-birilərini düzgün və aydın şəkildə anlaya bildiyi ünsiyyətdir. Bir insanın uğurlu və effektiv ünsiyyət qura bilməsi üçün özünü doğru və aydın şəkildə ifadə etməsi ilə yanaşı, qarşısındakını anlamağa çalışması, ön mühakimələrdən uzaq bir mövqe tutması və empatiya qura bilməsi vacibdir.

 

Effektiv Ünsiyyət bacarıqları

Effektiv ünsiyyət bacarıqları, insanların digər şəxslərlə ünsiyyət qurduğu zaman istifadə etdikləri bədən dili, diksiya və mimika kimi bir çox elementi əhatə edir. Effektiv ünsiyyət bacarıqları`nı düzgün istifadə etmək, insanın fərdi inkişafına töhfə verir. İnsanlar özlərini nə qədər inkişaf etdirmiş olsalar da, fərqli kontekstlərdə effektiv ünsiyyət qura bilmədikləri təqdirdə, əslində nə demək istədiklərini qarşı tərəfə çatdıra bilməzlər. Kitablar, bol-bol mütaliə etmək effektiv ünsiyyət bacarıqları`nı inkişaf etdirən mühüm faktorlardır.

Ünsiyyət Mədəniyyəti

Ünsiyyət mədəniyyəti ilk növbədə insanın ana dilinə olan sevgisi və hörmətindən yola çıxaraq formalaşır. Bir insan nə qədər çox alınma sözlər əlavə etsə, bu onun qurduğu cümlələrdə doğma dilinin arxa planda qalması ilə təzahür olunacaqdır. Bundan əlavə hörmət və etibar anlayışları insan münasibətlərində qarşılıqlı olaraq formalaşır. Ünsiyyət qurduğunuz şəxsə hörmət etmədiyiniz zaman və ya həmin şəxsin sizə hörmət etmədiyini hiss etdiyinizdə, qarşılıqlı verilən mesajların kontekstdən uzaqlaşma riski yaranır. Ünsiyyət qurduğunuz şəxslə aranızda bir etibar problemi yarandıqda isə verdiyiniz mesajların yanlış başa düşülməsinə və ünsiyyət mədəniyyəti`nin təhrif olunmasına səbəb olacaqdır. Sosial ünsiyyət bacarıqları da ünsiyyət mədəniyyəti`ndə rol oynayır.

Ünsiyyət formaları

Ünsiyyət formalarının aşağıdakı formaları vardır:

Şifahi Ünsiyyət

Şifahi Olmayan Ünsiyyət

Vizual Ünsiyyət

Yazılı Ünsiyyət

Şifahi Ünsiyyət- Göndərənin danışaraq alıcıya fikirlərini, hisslərini, düşüncələrini və istəklərini çatdırmasına şifahi ünsiyyət deyilir. Üz-üzə görüşlər, telefon danışıqları, video konfranslar və danışığı əhatə edən digər bütün ünsiyyət hərəkətləri şifahi ünsiyyət olaraq təsnif edilir.

Şifahi Olmayan Ünsiyyət- Şifahi olmayan ünsiyyət, bədən dili, səs tonu, mimika və jestlər vasitəsilə yaranan ünsiyyətə verilən addır. Adətən şifahi olmayan ünsiyyət, şifahi ünsiyyətin tamamlayıcısı kimi istifadə olunur. Bir insanla danışanda etdiyiniz əl hərəkətləri və istifadə etdiyiniz mimikalar buna nümunə olaraq göstərilə bilər. Ancaq şifahi olmayan ünsiyyətin təkbaşına istifadə edildiyi qarşılıqlı təsirlər də mövcuddur. İşarə dili istifadə edilərək qurulan ünsiyyəti buna misal göstərmək olar.

Vizual Ünsiyyət- Dizayn, tipoqrafiya, illüstrasiya, animasiya kimi vizual elementlər vasitəsilə təmin edilən ünsiyyətə vizual ünsiyyət deyilir. Mağara divarına çəkilmiş təsvirlərdən tutmuş internetdə izlədiyimiz videolara qədər, gözlərimizlə qavradığımız bütün mesajlar vizual ünsiyyət başlığı altına daxildir.

Yazılı Ünsiyyət- Yazılı olaraq ötürülən bütün mesajlar, internet üzərindən göndərilən mesajlar, məktublar, kitablar, e-maillər və yazını fikir, düşüncə, hiss və istək bildirmək üçün istifadə edən bütün qarşılıqlı təsirlər yazılı ünsiyyətdir.

Buradan effektiv ünsiyyət qurmaq üçün daha ətraflı məlumatlar alaraq inkişafınıza töfhə verə bilərsiniz.

   Ən Çox Verilən Suallar

  • + Necə düzgün ünsiyyət qurmalı?
  • + Yaxşı bir dinləyici olmaq üçün hansı məqamlara diqqət yetirməliyəm?
  • + Hansı effektiv ünsiyyət texnikalarında istifadə edə bilərəm?