disiplin nədir

Disiplin nədir?

İçindəkilər

Disiplin, bir insanın müəyyən məqsədlərə çatmaq üçün öz davranışlarını nəzarət altında saxlamaq bacarığıdır. O, istəkləri və hissləri idarə etməyi, planlı hərəkət etməyi və gələcək məqsədlər üçün qısamüddətli rahatlıqlardan imtina etməyi tələb edir. Disiplin həm şəxsi inkişafın, həm də uğurun əsas açarlarından biridir.

Motivasiyaya yox disiplinə inanın

Disiplin və azadlıq qulağa zidd sözlər kimi gələ bilər. Filosof Eric From azadlığı neqativ azadlıq və pozitiv azadlıq olaraq iki yerə ayırır. Neqativ azadlıq heç kimin köləsi deyiləm şüarını ön planda tutur. Pozitiv azadlığın əsas maddəsi isə özümün kralıyam ifadəsidir. Böyük çoxluq içərisində azadlıq sözünün keçdiyi cümlələri sevir və müdafiə edir. Yəni azadlıqla əlaqəli bir şey dəqiq çox yaxşı bir şeydir. Lakin disiplini qəbul etməyən azadlıq anlayışı gözəllik sehri edilmiş bir cadugərə bənzəyir, Nə qədər gözəl görünsə belə heç də göründüyü kimi deyil. Motivasiya, müvəqqəti bir güc və ya enerji kimi bir çox zaman gəlib keçir. Bir an həvəsli, digər an isə istəksiz və yorğun ola bilərik. Lakin disiplin, istək və motivasiya olmadan belə, hədəflərinizə doğru davam etməyinizə imkan verir.

 

Çox yox ağıllı çalışın

Neqativ azadlığın əksinə pozitiv azadlıq həyatınıza bəzi məhdudiyyətlər və bəzi disiplinlər gətirir. Və bu bizə müvəqqəti yox ömürlük bir azadlıq anlayışı təqdim edir. Əsl azadlıqlara gedən yollar nəzarət altında olan disiplin və nəzarət altında olan məhdudiyyətlərlə inşa edilir. İndi gəlin 4 addımda bizə əsl disiplini verəcək azadlğı inşa edək:

1.Özünü sevdiyin üçün disiplinlisən!

Robota çevrilmək üçün yox özümüzü sevdiyimiz üçün disiplinli olmalıyıq. Məsələn, pizza yemək istəyirsiniz, özünüzə bunu deyin. “ Pizza yeməyi çox istədiyini bilirəm amma yedikdən sonra pis hiss edəcəksən onsuz artıq çəkilərindən heç xoşbəxt deyilsən bunu sənə edə bilmərəm çünki səni çox sevirəm” Əsl azadlıq üçün kiçik limitlər lazımdır. Hər şey “pizzaya yox” deməklə başlayır!

2.Disiplini xarakterinin bir parçası kimi qəbul et!

Bəzən birinə baxıb onun necə düzgün danışdığı, nələrə hə deyib nələrə yox dediyi, necə dostları olduğu, həftə sonlarında nələr etdiyi haqqında fikirləşirik. Disiplinli insanlar digər insanların həsəd apardığı insanlardır. Disiplinli olmaq sizi gün keçdikcə sizi insanların diqqət mərkəzində olan bir xarakter halına gətirir. Maraqlıdır, elə deyilmi?

3.Qaçma, hücum et!

Gəlin dürüst olaq, hamımız istəmədiyimiz şeyləri etməyə bəzən məcbur qalırıq. Çətinlikdən qaçırıq, qorxduğumuz şeylərdən qaçırıq, hamımız zəif olduğumuz tərəflərimizdən qaçırıq.

Bəs hara kimi qaçacayıq. Bir dəfə də qaçmağı yox hücum etməyi sına. Qaçmağı sevmirsən? Elə indi qaçmağa başla! Çoxluğun önündə danışmaqdan narahat olursan? İki-üç nəfər dostunun önündə danışmağa başla! Planlı yaşamaq çətin gəlir? Hər səhər həmin gün üçün plan qur, və o plana sadiq qal! Başlanğıcda bunlar hamısı çətin gəlsə də vaxt keçdikcə artıq bunlar sənin gününün əsas işləri olmağa başlayacaq. Məsuliyyətlərinizdən qaçmaq yerinə onların üstünə getməyi sınayaraq işlərdən qaçma refleksiniz azalmağa başlayacaq.

4.Disiplin azadlığın təməlidir!

Disiplin ürəyimiz istəmədiyində belə davam etməyimizə kömək edir. Əgər maliyyə azadlığı istəyiriksə maliyyə disiplininə sahib olmalıyıq. Daha çox boş vaxt və daha çox tətil istəyiriksə onda vaxtımızı disiplinli formada idarə etmə vərdişini qazanmalıyıq. Disiplin qazanmaqda “Atomic Habits” kitabı sizin əsas köməkçiniz olacaq. Həmçinin siz bu kitab haqqında olan videonu da izləyə bilərsiniz.

Disiplinin psixoloji təsirləri

Disiplin yalnız xarici məqsədlərə yox, eyni zamanda daxili hisslərə də təsir edir. İnsanlar daha disiplinli olduqda özlərini daha güvənli və idarə olunan hiss edirlər. Bu da, həyatın digər sahələrindəki müsbət nəticləri dəstəkləyir. Disiplin həmçinin psixoloji sağlamlıq üzərində də müsbət təsir göstərir, çünki insanlar öz həyatlarını daha nizamlı və yönəldilmiş hiss edirlər.

Disiplin mövzusunda kitablar və filmlər siyahısı 

Kitablar:

            1.         “Atomic Habits” – James Clear

Disiplinli vərdişlər yaratmaq və həyatınızı dəyişdirmək üçün praktiki yanaşmalar təklif edir.

            2.         “The Power of Habit” – Charles Duhigg

Vərdişlərin necə formalaşdığını və bu vərdişləri dəyişdirməyin yollarını öyrədir.

            3.         “Discipline Equals Freedom: Field Manual” – Jocko Willink

Fərdi inkişaf və disiplinin həyatınıza necə azadlıq gətirə biləcəyini izah edən bir bələdçi.

            4.         “Grit: The Power of Passion and Perseverance” – Angela Duckworth

Uğurun yalnız istəkdən deyil, eyni zamanda davamlılıqdan gəldiyini göstərir.

            5.         “Make Your Bed: Little Things That Can Change Your Life…And Maybe the World” – Admiral William H. McRaven

Disiplinin kiçik amma mühüm addımlarla necə başlanması haqqında təcrübələr.

 

Filmlər:

            1.         “The Pursuit of Happyness” (2006)

Həyatın çətinliklərinə baxmayaraq, öz məqsədlərini əldə etmək üçün disiplin və iradə ilə mübarizə aparan bir insanın hekayəsi.

            2.         “Rocky” (1976)

Bir boksçunun zəhmət və disiplinlə mübarizəni necə qazanması haqqında.

            3.         “The Social Network” (2010)

Mark Zuckerberg-in Facebook-u yaratmaq üçün sərf etdiyi zəhmət və disiplinlə bağlı bir hekayə.

            4.         “Moneyball” (2011)

Disiplin və statistikaya əsaslanan düşüncə ilə idman dünyasında inqilab etmək haqqında bir film.

            5.         “The Karate Kid” (1984)

Disiplinin və özünə inanmağın vacibliyini öyrədən bir klassik film.

 

Bu kitablar və filmlər, disiplinin həyatda necə tətbiq olunduğunu və nələrə gətirib çıxardığını daha yaxşı başa düşməyinizə kömək edəcək.

 

   Ən Çox Verilən Suallar

  • + Disiplin nədir və niyə vacibdir?
  • + Disiplinlə motivasiya arasında nə fərq var?
  • + Disiplinli olmağı necə öyrənə bilərəm?
  • + Disiplinli olmağı çətinləşdirən əsas maneələr hansılardır?