Liderlik nədir

İçindəkilər

Hər hansısa bir məqsədə çatmaq üçün komanda üzvləri öz biliklərini, səylərini, işlərini səfərbər etməlidirlər. Səfərbər olunmuş gücləri isə komanda daxilində bir nəfər tənzimləməlidir. Həmin şəxs “Lider” adlanır. Amma hər liderdə liderlik bacarıqları , əfsuslar olsun ki, olmur.

Liderlik- komanda üzvlərinə göstəriş verməklə bərabər lazım olduqda praktiki olaraq işi izah etmək, iş bölgüsündə ədalətli olmaq və öz öhtəliyinə də müəyyən işləri götürməkdir.

Yaxşı lider hər zaman komandanın zəif tərəflərini öyrənməli və onları aradan qaldırmaqda 1 nömrəli yardımçı olmalıdır. İşçilərin səhvlərini deməli və öz səhvlərini işçilərin dilindən eşitməlidir. İşçilər liderdən qorxmamalı, əksinə ona güvənib hörmət etməlidirlər.

Bunlardan savayı, lider ünsiyyətcil, öyrənməyəmeylli olmalıdır ki, onun rəhbərlik etdiyi insanlar da onun kimi olsun. Çünki, pis liderin başçılığı altında fəaliyyət göstərənlər ya gələcəkdə onun kimi lider olurlar, ya da işlərində məhsuldarlığları aşağı düşür.

Bəzən insanlar müdirlə liderin eyni məna kəsb etdiyini zənn edir. Əksinə olaraq şəkildə göründüyü kimi liderlə müdir arasında kifayət qədər fərq var. Əsl lider komandasının bələdçisi olmalı və bu yolda işçiləri qədər əziyyət çəkməlidir.

Müdiri yalnız nəticənin maraqlandırmasına baxmayaraq lider üçün təkcə nəticə deyil, ona gedən yol da önəm kəsb edir.

Əgər siz lider olmaq istəyirsizsə, çalışın yaxşı lider olasız. Bunun üçün kifayət qədər çalışmaq və özünü-inkişaf etdirmək lazımdır. Müxtəlif kurslar və kitablar oxumalı, praktiki bacarıqları təcrübədən keçirmək lazımdır. Ölkəmizdə keçirilən müxtəlik beynəlxalq və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərib liderlik bacarıqlarınızı praktik cəhətdən yoxlaya və inkişaf etdirə bilərsiniz.

Sadəcə nəticələrin əldə edilməsilə yaxşı lider olunmur. Yaxşı liderlər zəhmət tələb edən nəticələrə qəsdən başqalarının köməyindən faydalanaraq nail olurlar. Onlar tək başına uğursuz şirkətləri şanslı təşkilata çevirə bilirlər. Onlar kampaniyanın inkişafını dəyişə bilərlər. Yaxşı liderlik ümumi nailiyyət üçün ən əsas vasitədir.

Yaxşı liderin səciyyəvi xüsusiyyətləri:

Yaxşı lider necə olur?

Aşağıda onların bəzi çox vacib səciyyəvi xüsusiyyətləri göstərilmişdir:

Özünü tanıma.

Siz daxili emosional vəziyyətiniz barədə gizli biliyə maliksiniz. Siz güclü və zəif tərəflərinizi bilirsiniz. Siz nə zaman axarında işlədiyinizi və nə zaman işlə həddən artıq yükləndiyinizi bilirsiniz. Maksimum potensiala çatmağınıza təkan verəcək imkanlarınız və çatışmazlıqlarınız da daxil olaraq özünüzü tanıyırsınız.

Özünü idarəetmə.

Siz güclü və effektiv yolla özünüzü idarə edə bilərsiniz. Siz məqsədə necə nail olmaq, tapşırıqları necə formalaşdırmaq və ləngimələri necə aradan götürmək lazım olduğunu bilirsiniz. Siz layihələr üçün necə enerji yaratmaq və qəzəbləndiyiniz zaman özünüzü necə sakitləşdirməyi bilirsiniz. Siz lazım olduğunda tez qərar verə , lakin masa arxasında bütün seçimləri tələsmədən müzakirə edə bilirsiniz.

Görmə.

Siz özünüzdən daha böyük olan hədəfə doğru çalışırsınız. Bu komandanın uğuru kimi kiçik, lakin dünya sülhünə nail olmaq kimi böyük görmə ola bilər. Gələcəyə istiqamətlənərək çalışmaq şəxsi maraqlar uğrunda çalışmaqdan daha ruhlandırıcıdır.

Motivasiya etmək bacarığı.

Liderlər insanlara nəyi etməli olduqlarını deyərək rəhbərlik etməməlidirlər. Əvəzində liderlər insanların onlara kömək etməyi istəmələrinə səbəb olmalıdırlar. Bunun əsas hissəsi başqalarına yardım etmək üçün şəxsi istəklərinizi təkmilləşdirməkdir. Başqaları sizin onlara kömək etmək istədiyinizi düşündükdə onlar da öz növbəsində sizə yardım edəcəklər.

Sosial şəbəkələri və buradakı əsas təsirediciləri başa düşmək liderliyin digər əsas hissəsidir. Kim təşkilatda rəsmi və qeyri-rəsmi olaraq ən böyük gücə malikdir? Kim qrupun ürəyi funksiyasını daşıyır?

Bunlar Yaxşı liderin ən vacib səciyyəvi xüsusiyyətləridir.

Emosional zəka və liderlik.

Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka ilə birbaşa bağlıdır. Yüksək emosional zəkaya malik liderlər təbii olaraq, daha çox özlərindən agah olurlar. Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər. Onlar həvəsində olduqları ilə daha çox təmasda olurlar. Onlar, şübhəsiz, başqalarının qayğısına daha çox qalırlar və əvəzində daha çox şəfqət alırlar. Onlar daha sosialdırlar.

 

Liderlik bacarıqları

Araşdırmalar göstərir ki, aşağıda qeyd edəcəyim 11 bacarıq mükəmməl liderlik üçün önəmli şərtlərdəndir.

1. İstəkləri və xarakterləri bilmək

Lider öz xarakterini və istəkllərinə əmin olmalıdır. Eyni zamanda onunla fəaliyyət göstərən şəxslər haqqında ətraflı məlumatlı olmalısınız. Onun istəklərini, məqsədini və xarakterini dəqiq anladıqda bu sizin işçilərlə münasibətin düzgün qurulmasına, hər bir şəxsə indivudal yanaşaraq onu inkişaf etdirmənizə və fəaliyyətinizi planlayarkən işçiləri düzgün fəaliyyətə istiqamətləndirmənizə kömək olacaq.

2. Resursları tanıımaq və istifadə etmək

Resurslara fəaliyyəti uğurla davam etdirmək üçün lazım olan hər şeyi daxil etmək olar. Ən başlıcası isə insanlardır. Cünki insanlar müəyyən bacarıq və bilik sahibləridir və onları bacarıqlarına uyğun sahəyə yönəltmək lazımdır. İşciləri öz bacarıqlarına uyğun sahəyə yönəltməklə həm onların həmin işə olan maraqlarınını artırmış oluruq və eyni zamanda onların bu sahədə təcrübələri artır və bacarıqları daha da çox inkişaf edir.

3. Komunikasiya

Mümkün qədər çox məlumat əldə etməklə öz bacarıqlarınızı inkişaf etdirin. Hər zaman diqqətlə dinləyin. Özünüzdə mütləq qeydlər aparın. Qarşı tərəfi başa düşmədikdə mütləq suallar verin. Siz hər hansısa məlumat çatdırdıqda, danışığa başlamadan öncə hər kəsin sizi dinləməyə hazır olduğuna əmin olun. Aramla və aydın şəkildə danışın. Diqoramlardan istifadə edin, dinləyicilərdən özlərində qeyd götürmələrini istəyin. Onalrın sizi tam başa düdüklərindən əmin olun. Onları sual verməyə həvəsləndirin.

4. Planlaşdırına

Planlaşdırma tapşırıqların yerinə yetirilməsində ən vacib məsələdir. Tapşırıqları, məqsədləri, alternativləri, resursları hesaba alın. Qərarlar qəbul edin, bütün seçimləri düzgün qiymətləndirin. Planı ümüumilikdə icra edin və qiymətləndirin.

5. Heyətin fəaliyyətini nəzarətdə saxlamaq

Lider heyyət üzvülərinin bütün fəaliyyətini nəzarətdə saxlamalı və onlara təsir etməlidir. Komandanın öz məqsədinə çatması üçün onların birgə fəaliyyəti şərtidir və komanda daxilində fikir ayrıseçkiliyinin, qruplaşmanın olmaması üçün onların bütün fəaliyyətini yaxından izləməli və məqsədə catmaq üçün onlara müsbət təsir etməlidir. Davamlı olaraq onların fəaliyyətini müşahidə edin, nə baş verdiyindən xəbərdar olun və bütün məsələlərə öz münasibətinizi bildirin.

6. Dəyərləndirmə

Dəyərləndirmə komandanın birgə performansının ölçüsünün artmasına kömək edir, dəyərləndirmə zamanı onların peformanslarının inkişaf etdirilməsinə müxtəlif yollar təklif edilir. Hər hansı fəaliyyətin sonunda bu suallar cavablandırılmalıdır:
  • Tapşırıq yerinə yetirildimi?
  • Tapşırıq yerinə düzgün yetirildimi?
  • Tapşırıq yerinə vaxtında yetirildimi?
  • Komandanın birgə fəaliyyətinin üstün və ya catışmayan cəhədləri oldumu?
  • Komanda üzvüləri birgə fəaliyyətdən məmundurlarmı?
  • Komanda konfliktləri həll edə bilirmi?

7. Nümunəvilik

Nümunəvilik hardasa ən vacib liderlik bacarığıdır. Heyyətə necə davranmalarını göstərən ən effektli üsuldur. Bu bacarıq olmadan diger bacarıqlar demek olar ki faydasızdır. Nümunə olmaq üçün bir əsas yol odur ki ozünüzü komanda üzvü kimi hiss edin və sizin liderin nece olmasını istədiyni müəyyənləşdirin.

8. Liderliyi paylaşma

Digər qrup rəhbərlərinə də öz bacarıqlarına uyğun səlahiyyətlər verin. Bütün təkliflərə daim açıq olun. Uyğun təklifləri dəyərləndirin. Bütün hakimiyyəti yalnız öz əlinizdə saxlamayın. Qrup rəhbərlərinə qərar qəbul etmələi üçün imkan yaradın.

9. Tövsiyə

İnsanlara problemlərini həll etməsi üçün kömək göstərin, lazımı zamanda onları həvəsləndirin,ruhlandırın və ya sakitləşdirin. İnsanlar qərar verməkdə çətinlik çəkdikləri zaman, seçim alternativləri olmaqdıqları zaman və s hallarda sizin tövsiyələriniz çox effektli ola bilər.
Necə tövsiyə etməli?-Öncəliklə situasiyanı dəqiqliklə başa düşün, diqqətlə dinləyin, ümumiləşdirin və faktları yoxlayın. Faydalı və faydasız seçimləri ayırd edin. Daha sonra imkan yaradın həlli şəxs özü qərarlaşdırsın. Tövsiyə həvəsləndirmək və məlumat ötürməkdir məsləhət vermək deyil.

10. Qrup təmsili

Qrupunuzu müxtəlif konfranslarda yığıncaqlarda təmsil edin. Qurupunuza üzv olmayanların fikirləri düşüncələri ilə tanış olun.Uyğun zamanlarda qurupunuzun və ya öz qərarlarınızı çatdırın.

11. Effektli təlim.

İşcilərin bilik və bacarıqlarını artırması, təkmilləşdirilməsi məqsədi ilə təlimlər, treyniqlər keçirdin. Hər kəsə öyrəndiklərini praktikada tədbiq etməsi üçün şərait yaradın. Bütün prosesləri qiymətləndirin.

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + Liderlik nədir?
  • + Yaxşı liderin əsas keyfiyyətləri hansılardır?
  • + Liderlik bacarıqlarımı necə təkmilləşdirə bilərəm?
  • + Liderliyi rəsmi təhsil şəraitində öyrənmək olarmı?
  • + Liderlikdə ünsiyyət hansı rol oynayır?
  • + Liderlər komanda daxilində münaqişələri necə idarə edə bilərlər?