Remarketinq, rəqəmsal marketinqdə potensial müştəriləri hədəfləmək üçün istifadə olunan bir strategiyadır. Bu proses, daha əvvəl sizin veb-saytınızı ziyarət edən və ya sizin məhsulunuzla maraqlanan istifadəçilərə reklamların təkrar göstərilməsi ilə baş verir. Remarketinq, müştəriləri geri qaytarmaq, satışları artırmaq və brend şüuru yaratmaq üçün effektiv üsuldur. İstər mebel mağazası, istərsə də təhsil biznesi olsun, remarketinqin həyata keçirilməsi sizin müştərilərə yenidən çatmaq və onların diqqətini çəkmək üçün böyük yardım ola bilər.
Günümüzdə remarketinq istər böyük, istərsə də kiçik şirkət və firmalar tərəfindən geniş istifadə olunur. Bunun əsas səbəbi remarketinqin bir sıra önəmli üstünlüklərin olmasıdır.
Remarketinq məhsulunuz üçün pul ödəməyə hazır olan auditoriyanın kampaniyanızı görməsinə şərait yaradır. Bu da öz növbəsində ROI – nin artımına səbəb olur.
Remarketinq fərdiləşdirilmiş reklamlarla həyata keçirilir. Buna görə də ilk öncə istifadəçi və ya ziyarətçilərin davranışları öyrənilməlidir.
Qarşıya qoyduğunuz məqsədə çatmaq artıq daha asan olacaq. Məqsədə uyğun potensial müştərilərin siyahısını yaradaraq satışı reallaşdıra bilərsiz.
Sosial şəbəkələr və onlardan istifadə hər gün daha artır. Harada olmağından asılı olmayaraq istənilən şəxsə öz məhsul və ya xidmətinizi təqdim edə bilərsiz.
Fərz edək ki, siz biznes konsultasiya xidməti satan bir şirkətsiz. İllərdir bu sahədə fəaliyyət göstərirsiz və kifayət qədər müştəri datasına sahibsiz. Digər yandan ilin sonu yaxınlaşır. Bir tərəfdən də artıq şirkətlər il sonu hesabatlarını hazırlayır, analiz edir və bunun fonunda gələcək ildəki strategiyalarını seçirlər. Bu zaman əlinizdə olan müştəri dataları vasitəsilə potensial müştəri siyahısı hazırlayır və LinkedIn platforması üzərindən həmən biznes sahiblərinə, menecerlərə və s. vəzifəli şəxsləri hədəfləyən reklam verirsiz və yeni ildə onlara məqsədlərinə çata bilmələri üçün sizin xidmətinizdən istifadə etməsini xatırladırsız. Bu yolla sizdən məhsul almış müştəriləri əlinizdə saxlaya və brend loyallığını artıra bilərsiz.
Bloq yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar