Email marketing

Email marketing nədir?

İçindəkilər

Email marketing biznesinizin məhsul və ya xidmətlərini tanıtmaq, satışları artırmaq, müştəri sədaqətini qazanmaq, brend şüurunu yaratmaq, yeni müştərilər tapmaq üçün emaildən istifadə edən güclü digital marketing üsullarından biridir.

Email marketinq email üzərindən potensial müştəri ilə marketinq kommunikasiya işinin qurulması və aparılmasıdır.

Email marketing onlayn xidmət göstərən şirkətlərin müştəriləri ilə kommunikasiya qurmasında strateji yer tutur. Bu xidmətdən istifadə edən şirkətlər elektron məktublarını öz məhsul və ya xidmətlərinə maraq göstərən müştərilərə göndərirlər. Şirkət tərəfindən göndərilən məktublar dizayn və məzmun baxımından qarşı tərəf üçün faydalı olmaqla yanaşı, məktubu alan şəxsə ona fərdi yanaşmanı hiss etdirməlidir. Email marketing yeni bir məhsul və ya xidmətin təşviqi, marka məlumatlılığının artırılması, şirkət xəbərləri, endirimlər və ya promosyonlar təklif etmək və izləyiciləri tədbirlərə və ya vebinarlara dəvət etmək kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilər.

 

Email marketing strategiyası necə həyata keçirilir?

 

Email marketingin ən böyük məqsədi istifadəçiyə e-poçtu açdıraraq məzmunun oxunmasını təmin etməkdir. Bəs ilk öncə nə etməli və hardan başlamalıyıq?

1. Email siyahınızı yaradın

Email göndərmək üçün sizdə ilk öncə email üzərindən ünsiyyət qurmaq istədiklərinizin email ünvanları olmalıdır.

2. Email siyahınızı böyüdün

Email marketingin baş tutması üçün 2-ci şərt siyahınızın davamlı şəkildə artmasıdır.

3. Email istifadəçilərinin seqmentləşdirin

Siyahı böyüdükçə onu düzgün idarə etmək, optimallaşdırmaq və istifadə effektivliyini artırmaq çətinləşəcək. Bunun üçün siz müəyyən xassələrə görə istifadəçilərinizi seqmentlərə ayırmalısınız.

 

Effektiv Email marketing necə edilir?

 

Doğru Mesaj: Mailin mövzu əhatəsindən giriş cümləsinə, məzmunundakı mesajın üslubundan mesajda istifadə olunan şəkillərə qədər hər şey düzgün şəkildə planlanmalıdır. 

 

Marka Adıyla Təqdimat: Email göndərərkən göndərən adam qismindən marka adının yazılması, marka tanınması səbəbi ilə istifadəçiyə sizi xatırladır. Fərqli bir domain adresindən göndərilən email istifadəçilər spam olaraq qəbul ediləcəkdir. Göndərən adam qismində markanızın adını istifadə etməyi unutmayın.

Email marketing kampaniyalarının effektivliyinin ölçülməsi

 

E-poçt marketinq səylərinizin effektivliyini izləməlisiniz, çünki ölçmədiyiniz şeyi inkişaf etdirə bilməzsiniz. Mütəmadi olaraq (həftəlik və ya aylıq) hesablamalı olduğunuz əsas Email marketing metrikləri aşağıdakılardır:

 

Açılma faizi (Open Rate)

E-poçtunuzu açan alıcıların faizi. Bu, ölçülən əsas göstəricilərdən biridir, çünki abunəçiləriniz onları açmırsa və oxumursa, Email marketing səyləriniz boşa çıxacaq.

 

Tıklama dərəcəsi (Click-through rate)

Tıklama dərəcəsi e-poçtunuzdakı bir linki vuran alıcıların faizidir. Bu metrikin ölçülməsi vacibdir, çünki bir Email marketing kampaniyasında əsas hədəfiniz auditoriyanı cəlb etməkdir.

 

Abunəlikdən çıxma dərəcəsi (Unsubscribe Rate)

Abunəlikdən çıxma nisbəti, e-poçtunuzdakı “abunəlikdən çıxma” bağlantısını tıklayan alıcıların faizidir. Abunəlik dərəcəsini çox tez-tez ölçməlisiniz.

 

Konversiya dərəcəsi (Conversion rate)

Dönüşüm nisbəti, istədiyiniz əməliyyatı tamamlayan alıcıların faizidir (məsələn, bir məhsul almaq). Dönüşüm nisbətiniz nə qədər yüksək olsa, bir o qədər yaxşıdır.

 

Bloq yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + Email marketing nədir?
  • + Hansı email marketing vasitəsi daha çox istifadə olunur?
  • + Email marketing kampaniyası yaratmaq üçün bizə ilk öncə nə lazımdır?
  • + Email marketingin faydaları nədir?
  • + Email marketingi özüm fərdi olaraq öyrənə bilərəmmi?
  • + Email göndərərkən nələrə diqqət edilməlidir?
  • + Email marketingin ən əsas metriki hansıdır?