Səsli axtarış Digital Marketinqi necə yönləndirir?

İçindəkilər

İnternet artıq günlük həyatımızın ayrılmaz parçası halına gəlmişdir. Axtarış sistemlərində SEO-nun inkişafı ilə birlikdə, ilk səhifə və ilk 3-lükdə yer almaq şərtləri dəyişmişdir və dəyişməyə də davam edir.

Açar sözlər  (keywords) ilə edilən axtarışlarla birlikdə artıq günümüzdə səsli axtarışlar da edilməyə başlamışdır. Səs tanıma proqramları yeni bir texnologiya deyildir. 1952-dən bəri bir çox applikasiyalarda istifadə olmuşdur. Günümüzdə isə ən məşhuru böyük şirkətlərin müştərilərinə köməklik etmək məqsədilə  istifadə etdikləri "audio assistent"lərdir.

İnsanların səsli axtarış dediklərində ağıllarına gələn ilk şey ağıllı telefon “nəhəngi” İphone və onun Siridir. Bir araşdırmaya görə, 2017-ci ildə çoxlu sayda  Amerikanlı ən az ayda bir dəfə səsli axtarışdan istifadə etmişlər. Bu, artıq onu göstərir ki, səsli axtarışlar artıq trendə çevrilir.

İnsanlar niyə səsli axtarışdan istifadə edirlər?

Onlayn alış-veriş həyatımızın bir parçasıdır və şirkətlər istifadəçilərin səsli axtarış nəticələrinə cavab verməlidirlər. 2017-ci ildə İngiltərədə bütün alışların 18% -i onlayn olaraq edilmişdi. Bu hər cür alış-veriş sorğusunun "voice assistent"lərə inteqrasiyası edilə biləcəyi mənasına gəlir.

Google, səs axtarış sorğularının 65% -nin danışıq dilində və daha detallı (long tail keywords) edildiyini bildirdi. Məsələn, insanlar artıq “onlayn marketinq məsləhətləri” deyə yazmırlar, bunun əvəzinə “onlayn marketinq məsləhətləri üçün ən yaxşı yer haradır?” deyə soruşurlar.

Müəssisələr bu SEO taktikasını nəzərdən keçirməli və müəssisənin işinin, xidmətinin axtarıla biləcək  bütün fərqli kombinasiyalarını fikirləşməlidirlər. Yalnız açar sözlər deyil, açar sözlərin  istifadə edildiyi axtarış yolları tapılmalıdır.

Bunun digital marketinq üçün mənası nədir?

Bir çoxları üçün səsli axtarışların bizi hara aparacağı naməlumdur. Belə yeniliklər mövcud bazarı alt-üst edə bilər. Hər şey SEO və UX optimallaşdırılması ətrafında toplanır, lakin bəzi hallarda düşünülür ki, artıq bunlar da zamanı gəldiyində köhnələcək. Beləliklə Amazon Echo, Google Home və digər "voice assistents" üzərində təkmilləşdirmə işləri davam edir.

Cihazların sorğulara yalnızca bir neçə cavab verəcəyi bir gələcəkdə vebdəki sıralama və yerləşmə  tamamilə dəyişəcəkdir. Bəs bu zaman şirkətinizi müvafiq axtarışlarda görünməsini necə təmin edə bilərsiniz? Gələcəkdə şirkətlər “Google Advoice”in sponsorluq etdiyi axtarış nəticələrini əldə edə biləcəklərmi? Bu sualların cavabları hələ məlum deyil, lakin internetdən istifadə üsulları daim yenilənir. Buna görə də marketinqdə olan yeniliklər üzərində  daim işləməli və araşdırma aparmalısınız.

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: