Artıq dijital bir dövrdə yaşayırıq. Həyatımızı kompyutersiz, telefonsuz təsəvvür eləmək mümkün deyil. İzlədiklərimiz, oxuduqlarımız, aldığımız çox informasiya artıq dijitallaşıb.
İstifadəçilərə uyğun kontent hazırlamaq, sosial mediada, axtarış platformalarında reklam vermək artıq rəqəmsal marketinqdir.
Ənənəvi marketinqdə isə biz bu reklamları qazetlərdə, radioda,televiziyada verirdik. Elə əsas fərq də budur amma hər ikisi xidmətin və ya məhsulun insanlara çatması və irəliləməsi üçün vacibdir.
Rəqəmsal marketinqin birçox üstünlükləri var. Siz bu marketinq növünü istifadə etməklə müştərinin cinsiyyətini, yaşayış yerlərini, yaş və maraq dairələrini hədəfləyə bilərsiz.
Həmçinin analiz aparmaq üçün də birçox fürsət verir sizə. Saytınıza kim hardan daxil oldu, nə qədər vaxt keçirdi, hansı əməliyyatları icra etdi kimi detallı məlumatları əldə edə bilərsiz.
Rəqəmsal marketinqdə rəqabət çoxdur. Hamı saytının ilk pillələrdə yer almağını istəyir və bu zaman tələb edir. Reklamlar çoxdur ona görə də gərək həmişə yaradıcı ideyaların olsun burda hərşey pulla həll olunmur. Diqqətli olmalısan analiz qabiliyyətin güclü olmalıdır kiçik səhvlərin böyük nəticələri ola bilər. Ancaq yenə də istifadə edilməlidir dövr bunu tələb edir.
Ənənəvi marketinq sayəsində biz lokal müştəriyə yaxşı çata bilirik. onun öyrəşdiyi tərzdə ( televiziya, bilbord) reklamlar ilə qarşısına çıxa bilirik. Ənənəvi yollarla bazar araşdırması edib düzgün plan hazırlaya bilirik.
Dijital marketinqə nisbətən daha maliyyətlidir. Reklam effektivliyini ölçəm çətindir. Məs. televiziya və ya bilbord reklamı verdiz bu reklamın nə qədər adam tərəfindən görüntüləndiyini dəqiq bilə bilməzsiz.
Burda birçox sahə var. SMM mütəxəssisi, copywriter, SEO mütəxəssisi, digital analitik və s.
SMM mütəxəssisi sosial media hesablarının idarə olunması ilə məşğuldur.
Copywriter sloqan düşünür, postların text kontentini yazır və onların nə vaxt paylaşılmasının planını hazırlayır.
SEO mütəxəssisi saytın orqanik nəticələrdə daha ön pillələrə çıxması üçün optimizasiya işləri görür.
Digital analitik sosial mediada və saytda müşdəri davranışını incələyib datalara nəzarət edir.
Burda PR menecer, marketinq mütəxəssisi, marketinq analitik, brend menecer və s. sahələr var.
PR menecer şirkətin reputasiyasına, imicinə nəzarət edir. Tədbirlərin keçirilməsi, planlanması ilə məşğul olur.
Marketinq mütəxəssisi illik və ya aylıq bazar strategiyası hazırlayır, planların necə olacağını qeyd edir.
Marketinq analitik bazar araşdırmaları edir, data toplayır buna uyğun aylıq və ya illik planlar hazırlayır.
Rəqamsal marketinqə başlarkən ilkin olaraq sosial media hesablarınız olsun. Buralarda informativ və satışa yönəlik postlar paylaşın. Trendi izləyin daima yeniliklərdən xəbərdar olun. Sosial mediada gözəl dizaynlı post hazırlayıb, düzgün müştəri hədəf kütləsini seçərək reklamlar verə bilərsiz.
Özünüzə sayt yarada bilərsiz. SEO, SEM sahəsində axtarış nəticələrində ön sıralara gələ bilərsiz. Saytınıza kimin haçan, hansı cihazla girdiyini analiz edə, saytda nə qədər vaxt keçiridiyini, hansı hadisələri yerinə yetirdiyini görə bilərsiz.
Artıq texnologiya xeyli inkişaf edib, internetdə keçirdiyimiz vaxtın müddəti artıb. Bu istər-istəməz marketinqdən də yan keçmədi. Ənənəvi marketinq papulyarlığını itirib yerini digital marketinqə verir. Süni zəkanın və robotların da inkişafı ilə bu daha da sürətlənir. Əgər zamana ayaq uydura bilsələr bu marketinq sahəsində işləyənlərin işini əlin almayacaq əksinə vaxta qənaət edəcək.
İnformasiya çoxluğu bizləri yorur. Bunun üçündür ki artıq reklam olaraq fikrimizi daha qısa və lakanik çatdırmalıyıq. Gündəmi izləməli, real time marketinqdə üstünlük verməliyik.
Bloq yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar