“Google Ads” sizə lazım ola biləcək potensial müştərilərə tez bir zamanda çatmaq və satışlarınızı artırmaq üçün geniş fürsətlər təqdim edir. “Google”da reklamın bir neçə növü mövcuddur.
“Search” reklamları;
“Display” reklamları;
Video reklamlar;
“E-mail” üzərindən reklam;
Elektron ticarət veb-saytlarında reklam
Reklam kampaniyasına başlamaq üçün əvvəlcə "Google Ads” hesabı yaratmalısınız. Hesab yaratdıqdan sonra, reklam kampaniyasını qurmaq üçün aşağıdakı addımları izləməlisiniz:
Hədəf auditoriyasını və reklam məqsədini müəyyən edin;
Reklam formatını seçin (məsələn, axtarış reklamları, görüntülü reklamlar, video reklamlar);
Reklam mətnini, görüntü və ya video materiallarını əlavə edin;
Reklam büdcəsini və maksimum təklif dəyərini təyin edin;
Reklamın nə vaxt və harada göstəriləcəyini tənzimləyin;
Kampaniyanı yaratmaq üçün təsdiqləyin və yayımlayın.
"Google Ads” kampaniyasının uğurlu olması üçün bir neçə nüansa diqqət yetirilməlidir:
“Headline” ( başlıq) müştərinin niyyətinə uyğun və düzgün açar sözlərlə qurulmalıdır.
“Description” (açıqlama) başlıqlara uyğun olmalı və qısa, birbaşa məhsulu təsvir etməlidir. Başlıqlar və açıqlamalar iki və ya daha çox ola bilər. Bu optimallaşdırmalar nəticəsində “landing page”nizin (açılış səhifəsi) uyğunluğu artır. Belə olduqda, keyfiyyət səviyyəniz yüksəlir və ümumi büdcəyə xeyirli təsir edir.
“Extension”lar əlavə edərək reklamınızın optimallaşdırma səviyyəsini yüksəldə bilərsiniz.
Müxtəlif alətlərin köməyi ilə açar sözləri araşdırın - açar sözlər üçün “Keyword Planner”, “Moz”, “Ahrefs”, “Semrush” kimi alətlərindən istifadə edə bilərsiniz. "Google Keyword Planner” və digər alətlər ilə açar sözləri təyin edərkən hətta hansı aylarda nə qədər axtarış edildiyini və seçdiyiniz açar sözlərə təxmini nə qədər pul ödəyə biləcəyinizi də öyrənmək mümkündür. Bu, daha uyğun açar söz seçməklə düzgün hədəf kütləsinin qarşısına çıxmağa kömək edir.
Neqativ açar sözlər funksiyasından istifadə edin -neqativ sözlər reklamınızın sizin istəmədiyiniz açar sözlərlə potensial müştərilərinizin qarşısına çıxmasının qarşısını alır və boş yerə “click”ə pul xərcləməyinizi də əngəlləyir.
Təkrarlanan sözləri silin - məsələn, bir reklam qrupunda eyni sözün təkrar-təkrar işlədilməsi keyfiyyət səviyyənizi aşağı sala bilər.
İnsanların axtardığı şeyə uyğun olaraq qarşılarına problemin həlli kimi çıxmaq mümkündür;
Düzgün açar söz və hədəf kütləsi seçimi ilə qısa vaxtda nəticə əldə edilir. Ehtiyacı olduğu vaxtda müştərinin qarşısına çıxan reklam ən yaxşı reklamlardan biridir;
"Google"da reklam edildikdə müştəri özü məhsulu tapır, siz müştərini deyil. Yəni ehtiyacı olmayan bir şeyi heç kim axtarmaz. Bu insanlar potensial müştərilərdir;
Büdcəni müxtəlif seqmentlərə görə tənzimləyərək həm artırıb, həm də azalda bilərsiniz;
Burada müəyyən metrikalar vasitəsilə hansı strategiyanızın yaxşı işləyib-işləmədiyini müəyyən edərək səhvlərinizi düzəldə və biznesinizi daha yaxşı inkişaf etdirə bilərsiniz;
Axtarış zamanı brendiniz ən üstdə görünərək potensial müştərilərə aktiv şəkildə çatır;
Reklam üçün qoyacağınız büdcəni təxmini olaraq sizə göstərir. Buna əsasən sizin üçün ən sərfəli büdcəni müəyyən edə bilərsiniz.
"Google Ads" reklamlarınızı daha effektiv idarə etmək və optimal nəticələr əldə etmək üçün linkə keçid edərək "Google Ads" xidmətimizdən faydalanın!
Bloq yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun.
Ən Çox Verilən Suallar