Günümüzdə həddindən artıq çox insanın həyatının bir parçasına çevrilmiş sosial şəbəkələrdən istifadə sayı durmadan artır. Ümumilikdə 4.33 milyard insan sosial şəbəkə istifadəçisidir. Sosial şəbəkələr isə müxtəlifdir: “Facebook”, “Instagram”, “Linkedin” və s.
Yer üzündə 2.7 milyarddan çox facebook, 1 milyarddan çox instagram istifadəçiləri var. Bu rəqəmlər ölkəmizdə uyğun olaraq 4 milyon və 3.5 milyon təşkil edir. Aparılan araşdırmalara əsasən, hər iki platformadan ən çox “25-34” və “18-24” yaş aralığındakı insanlar istifadə edir. İstifadəçilər arasında kişilərin payı 63-65%, qadınların payı isə 35-37%dir. Facebookdan istifadə məqsədi dostlar, ailə üzvləri ilə daim əlaqədə olmaq və əylənməkdir. İnstagramdan isə lüks həyat, satış kimi məqsədlərlə istifadə olunur.
Bu günki blogumuz daha professional mühitə sahib olan “Linkedin” platforması haqqındadır. Yer üzündə istifadəçi sayı 630 milyon olan platformadan ölkəmizdə sadəcə 440 min insan istifadə edir. Digər sosial şəbəkələrdə olduğu kimi, əsas kütlə “25-34” və “18-24” yaş aralığdadır. Şirkətlərdə qərar verən insanların 63 milyonu bu platformadan istifadə edir. Bundan əlavə B2B (business to business) əməliyyatlarının 80%i bu platforma üzərindən həyata keçirilir. Hətta burada özünüz üçün investor da tapmaq imkanınız var.
Özünüz insanlara bağlantı təklifləri ata bilərsiniz. Amma bu halda bəzi problemlərlə qarşılaşa bilərsiniz. “Ghost connection” (aktiv olmayan profil istifad sayı arta bilər və bu aktivliyinizi aşağı salacaq. Digər problem isə bağlantı təklifi göndərdiyiniz adamların onu qəbul eləməməsidir və bir müddət say artdıqda Linkedin sizin profilə bəzi qadağalar tətbiq edə bilər. Təbii ki bu problemlərin həll yolları da var. Siz bağlantı təkliflərini geri çəkə və “ghost connection”ları bağlantınızdan çıxara bilərsiniz. Təbii yol isə paylaşımları bəyənmək, şərh və minnətdarlıq mesajı yazmaqla mümkündür.
Linkedində influencer olmaq üçün bağlantı sayınız 1000-30000 arasında olması kifayətdir. Amma influencer profil yaratmaq üçün planınız, səliqəli profiliniz, maraqlı kontentiniz və bağlantılarınızla danışmaq bacarığınız olmalıdır.
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar