Pinterest hər növ şəkil videoların paylaşıldığı internet veb saytıdır. Bu sosial şəbəkə 2009-cu ildə Amerikada yaradılıb. Çox uzun müddət populyarlığını saxlayan Pinterest 70 milyona yaxın istifadəçi kütləsinə malikdir. İstifadəçilərin əksəriyyətini qadınlar təşkil edir. Pinterestin limitsiz imkanları yaradıcılıq üçün ideya mənbəyi olmaqla yanaşı, artıq biznes sahibləri üçün də əlverişli bazar rolunu oynayır. Pinterestdə ev dizaynından tutmuş, üslub tərzinə qədər geniş məlumat spektrinə malik məlumatların yaradılmasına və paylaşılmasına imkan verir.
Pinteresti həm internet üzərindən, həm də tətbiqini yükləyərək istifadə etmək olar. Pinterest tətbiqini App Store (İOS) yüklə və ye Google Play (Android) üzərindən ödənişsiz yükləmək mümkündür. Bunun üçün sadəcə mobil telefonun axtarış hissəsində Pinterest yazın və yükləmək düyməsinə basın. Yükləmə tamamlandıqdan sonra Pinterest tətbiqi mobil telefonunuza yüklənmiş olacaq.
Pinterestdə qeydiyyatdan keçmək çox sadədir və bir neçə addımdan ibarətdir. Qeydiyyat üçün nəzərdə tutulan ad&soyad, e-poçt, əlaqə vasitələri kimi məlumatları yazmaqla qeydiyyatı tamamlamaq olar. Qeydiyyat tamamlandıqdan sonra e-poçta gələn təsdiq məktubundan sonra artıq hesabınıza daxil ola bilərsiniz. Hesabınıza daxil olduqdan sonra özünüz barədə əlavə etddiyiniz məlumatlar, profil fotosu, maraqlar və s. digər istifadəçilərin size daha yaxından tanımasına imkan yaradır. Pinterestə giriş edərkən sizin maraqlarınıza uyğun sorğu aparılır. Pinterest sizdən maraqlandığınız bir neçə kateqoriyanı seçməyi istəyir. Beləliklə, qarşınıza daha çox maraq dairənizdə olan vizuallar çıxır.
Pinterestdə müxtəlif kateqoriyalar üzrə fotolar və videolar paylaşmaq imkanı verir. Bunlar pin adlanır. İstifadəçilər limitsiz sayda seçdikləri kateqoriyalar üzrə mood boardlar yarada bilərlər. Bu mood boardlarda onlar həm öz foto&videolarını paylaşa, həm də qarşılarına çıxan digər istifadəçi pinlərini saxlaya bilərlər.
Pinterest digər sosial şəbəkələrlə müqayisədə 3.8 dəfə daha çox satış edir. Bu biznes sahiblərinə geniş auditoriyaya çatmaq üçün imkanlar verir ki, öz məhsulların, yaradadıcılıqlarını, xidmətlərini asanlıqla sata bilsinlər. Burda pinlərə əlavə edilən linklər Pinterest istifadəçilərini birbaşa alış etməyə aparır. 87 faiz Pinterest istifadəçisi pinlədiyi məhsulu almaq üçün qərar verir. Biznes hesabı ilə Pinterest analytics icazə verir ki, onlar öz bizneslərini analiz edə bilsinlər.
Azərbaycanda özü biznesini qurmaq üçün addımlar adlı blog yazımızı oxumaq üçün keçid et.
Pinterestdə biznes hesabı yaratmaq olduqca asandır. Buna görə Pinterest heç bir əlavə ödəniş tələb etmir. Pinterestdə qeydiyyatdan keçərkən biznes istifadəçisi kimi qeydiyyatdan keçmək lazımdır.